Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-504/2025 18.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********89606 Samsung Galaxy A15, JBL qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd sandisk , 2 ədəd vinil şəffaf üçün 616,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 61,67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən , LG tv, qizil zəmanət ultra 3 il xidməti üçün 543,62 manat ödənilməmiş hissə, 54,36 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X8 5 pro qulaqlıq üçün 121,49 manat ödənilməmiş hissə, 12,15 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********84995 Samsung galaxy A55, Qızıl zəmanət ultra 3 il xidməti üçün 1335,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 133,56 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən mikser Panasonic, qızıl zəmanət ultra 3 İL xidməti üçün 120,84 manat ödənilməmiş hissə 12,08 manat cərimə, cəmi ümumilikdə 3059,28 manat borc və 50,6 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********89606 Samsung galaxy A15, JBL qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd sandisk, 2 ədəd vinil şəffaf, LG tv, qızıl zəmanət ultra 3 il xidməti, X8 5 pro qulaqlıq, İmei kod **********84995 Samsung galaxy55, Qızıl zəmanət ultra 3 il xidməti, mikser Panasonic, qızıl zəmanət ultra 3 İL xidməti satmış və nəticədə 3059,28 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 873,9 manat (18 ay x 48,55 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89606 Samsung Galaxy A15, JBL qulaqlıq, Qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd Sandisk , 2 ədəd vinil şəfaf üçün ümumilikdə 701,97 manat olmaqla ondan, 616,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 61,67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 698,94 manat (18 ay x 38,83 manat + 0 manat ilkin ödəniş) olan LG TV, qızıl zəmanət ultra3 il xidmət üçün ümumilikdə, 597,98 manat olmaqla ondan, 543,62 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54,36 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 162 manat (12 ay x 13,5 manat + 0 manat ilkin ödəniş) olan X8 5 Pro qulaqlıq üçün ümumilikdə, 133,64 manat olmaqla ondan, 121,49 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,15 manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1335,6 manat (12 ay x 111,3 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********84995 Samsung galaxy A55, qızıl zəmanət ultra 3 İL xidməti üçün ümumilikdə, 1492,76 manat olmaqla ondan, 1335,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 133,56 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 126,84 manat (12 ay x 10,07 manat + 6 manat ilkin ödəniş) olan Mikser Panasonic, qızıl zəmanət ultra 3 İL xidməti üçün ümumilikdə, 132,92 manat olmaqla ondan, 120,84 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,08 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 459,03 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdi. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri Dövlət rüsumunun ödənilməsi haqqında məlumat siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdeh ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 172312585 saylı xx.xx.2024-cü il tarixli və 03678468 saylı xx.xx.2024-cü il tarixli Müqavilələrə əsasən Cavabdeh "xxxx" MMC ilə əsasən İmei kod **********89606 Samsung galaxy A15, JBL qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd sandisk, 2 ədəd vinil şəffaf, LG tv, qızıl zəmanət ultra 3 il xidmətinə dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 448722 saylı xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)İ sonuncuya sifariş verir, sponuncu həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq ləavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə qaytarır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 448722 saylı müqavilənin əlavəsinə əsasən X8 5 pro qulaqlıq 18046740 faktura ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli 448722 saylı müqavilənin əlavəsinə əsasən İmei kod **********84995 Samsung galaxy A55, Qızıl zəmanət ultra 3 il xidməti 18717170 faktura ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli 448722 saylı müqavilənin əlavəsinə əsasən mikser Panasonic, qızıl zəmanət ultra 3 İL xidmət ********* faktura ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarına əsasən Məmmədov X2 **********89606 Samsung galaxy A15, JBL qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd sandisk, 2 ədəd vinil şəffaf, LG tv, qızıl zəmanət ultra 3 il xidməti, X8 5 pro qulaqlıq, İmei kod **********84995 Samsung galaxy55, Qızıl zəmanət ultra 3 il xidməti, mikser Panasonic, qızıl zəmanət ultra 3 İL xidməti adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışına görə Cəmiyyət tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İMEİ kod **********89606 Samsung Galaxy A15 və İmei kod **********84995 Samsung galaxy A55 markalı mobil telefolarının açılıbbağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 47,2 manat (23,6 manat x 2) pul ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən X3 xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ kod**********89606 Samsung Galaxy A15, JBL qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd sandisk, 2 ədəd vinil şəffaf üçün 616,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 61,67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən LG tv, qizil zəmanət ultra 3 il xidməti üçün 543,62 manat ödənilməmiş hissə, 54,36 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X8 5 pro qulaqlıq üçün 121,49 manat ödənilməmiş hissə, 12,15 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********84995 Samsung galaxy A55, Qızıl zəmanət ultra 3 il xidməti üçün 1335,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 133,56 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən mikser Panasonic, qızıl zəmanət ultra 3 İL xidməti üçün 120,84 manat ödənilməmiş hissə 12,08 manat cərimə, cəmi ümumilikdə 3059,28 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqda göstərilir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, məhkəməyə müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod**********89606 Samsung Galaxy A15, JBL qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd sandisk, 2 ədəd vinil şəffaf üçün 616,7 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 61,67 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən LG tv, qızıl zəmanət ultra 3 il xidməti üçün 543,62 manat ödənilməmiş hissə, 54,36 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X8 5 pro qulaqlıq üçün 121,49 manat ödənilməmiş hissə, 12,15 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********84995 Samsung galaxy A55, Qızıl zəmanət ultra 3 il xidməti üçün 1335,6 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 133,56 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən mikser Panasonic, qızıl zəmanət ultra 3 İL xidməti üçün 120,84 manat ödənilməmiş hissə 12,08 manat cərimə, cəmi 3059,28 manat borc və 50,6 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-504/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-504/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver