Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-545/2024 30.10.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxılaraq, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Samsung 25W charger, İMEİ kod **********23554 Samsung Galaxy A54 5G markalı telefon üçün 245,2 manat ödənilməmiş hissə, 24,8 manat cərimə, cəmi ümumilikdə 270 manat borc və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün mülki işin baxılmamış saxlanması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. İddia ərizəsinə məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Tərəflər qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3-cü və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r v e r d i: İddiaçı "xxxx" MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri geri qaytarılsın. İddiaçı "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixdə X1 vasitəsi ilə qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211 olan 30 (otuz) manat ödədiyi dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-545/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-545/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver