Məhkəmə qərarları › İş №e-2(028)-548/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-548/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-548/2025 09.10.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, HP VİCTUS 16 komputer üçün 2924,02 manat ödənilməmiş hissə, 292,40 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********07380 İPHONE 15 markalı telefon üçün 2834,08 manat ödənilməmiş hissə, 283,41 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 3 İL XİDMƏTİ, SAMSUNG TV üçün 2827,19 manat ödənilməmiş hissə, 282,72 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən PLAYSTATİON 5 SLİM üçün 776,04 manat ödənilməmiş hissə, 77,60 manat dəbbə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən SBS APPLE AİRPODS PRO 2ND GEN qulaqlıq üçün, 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 54 manat dəbbə ümumilikdə 10891,46 manat borc, 122,68 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 2025-ci il tarixli müqavilələrə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, HP VİCTUS 16 kompüter, APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, İMEİ KODU **********07İ3P8H0ONE 15 markalı telefon, ZƏMANƏT + 3 İL XİDMƏTİ, SAMSUNG TV, PLAYSTATİON 5 SLİM, APPLE AİRPODS PRO 2ND GEN qulaqlıq almış və nəticədə manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3269,04 manat (16 ay x 194,94 manat + 150 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, HP VİCTUS 16 komputer üçün ümumilikdə, 3216,42 manat olmaqla ondan, 2924,02 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 292,40 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3188,52 manat (18 ay x 177,14 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, İMEİ KODU **********07380 İPHONE 15 markalı telefonüçün ümumilikdə, 3117,49 manat olmaqla ondan 2834,08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 283,41 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3358,58 manat (18 ay x 166,31 manat + 365 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL XİDMƏTİ, SAMSUNG TüVçün ümumilikdə, 3109,91 manat olmaqla ondan, 2827,19 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 282,72 manat dəbbə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1356,04 manat (12 ay x 64,67 manat + 580 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 SLİM üçün ümumilikdə, 853,64 manat olmaqla ondan, 776,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77,60 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 726 manat (12 ay x 45 manat + 186 manat ilkin ödəniş) olan SBS APPLE AİRPODS PRO 2ND GEN qulaqlıq üçün ümumilikdə 594 manat olmaqla ondan, 540 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1996,85 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdeh tərəfindən tələb olunmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)İ sonuncuya sifariş verir, sonuncu həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq ləavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə qaytarır. xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)İ sonuncuya sifariş verir, sonuncu həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq ləavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə qaytarır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-ci il tarixli müqavilələrin əlavələrinə əsasən APPLE 20W USB-C ADAPTER, İphone 15 256 GB Black, HP Victus 16 kompüter, Samsung TV, Playstation, Apple airpods adlı məhsullar 18286087 saylı, 01884913 sylı, 14029962 saylı, 03119658 saylı, ********* saylı fakturalar ilə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarına əsasən Cavabdeh APPLE 20W USB-C ADAPTER, İphone 15 256 GB Black, HP Victus 16 kompüter, Samsung TV, Playstation, Apple airpods adlı məhsulları tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, HP VİCTUS 16 komputer üçün 2924,02 manat ödənilməmiş hissə, 292,40 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********07380 İPHONE 15 markalı telefonüçün 2834,08 manat ödənilməmiş hissə, 283,41 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 3 İL XİDMƏTİ, SAMSUNG TV üçün 2827,19 manat ödənilməmiş hissə, 282,72 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən PLAYSTATİON 5 SLİM üçün 776,04 manat ödənilməmiş hissə, 77,60 manat dəbbə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən SBS APPLE AİRPODS PRO 2ND GEN qulaqlıq üçün, 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 54 manat dəbbə ümumilikdə 10891,46 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqda göstərilir ki, o, müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, məhkəməyə müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan avadanlıqları cavabdehə vermiş, lakin cavabdeh avadanlıqların dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 292,4 manat, 283,41 manat, 282,72 manat, 77,6 manat və 54 manat məbləğində cərimələrin tutulması tələb olunur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 31 manat, 25 manat, 25 manat, 15 manat və 10 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 10007,33 manat olduğundan (2924,02 manat əsas + 31 manat dəbbə; 2834,08 manat əsas + 25 manat dəbbə; 2827,19 manat əsas + 25 manat dəbbə; 776,04 manat əsasə +15 manat dəbbə; 540 manat əsas +10 manat dəbbə) iddiaçı tərəfindən ödənilmiş 122,68 manat dövlət rüsumunun 120,02 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 2,66 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, HP VİCTUS 16 komputer üçün 2924,02 manat ödənilməmiş hissə, 31 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE 20W USB-C ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, İMEİ KODU **********07380 İPHONE 15 markalı telefon üçün 2834,08 manat ödənilməmiş hissə, 25 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 3 İL XİDMƏTİ, SAMSUNG TV üçün 2827,19 manat ödənilməmiş hissə, 25 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən PLAYSTATİON 5 SLİM üçün 776,04 manat ödənilməmiş hissə, 15 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən SBS APPLE AİRPODS PRO 2ND GEN qulaq üçün 540 manat ödənilməmiş hissə, 10 manat dəbbə, cəmi 10007,33 manat borc və 120,02 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 2,66 manatı iddiaçının özünə aid edislin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar