Məhkəmə qərarları › İş №e-2(028)-556/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-556/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-556/2022 31.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********6524 Samsung Galaxy S20 FE markalı telefon üçün 1218 manat ödənilməmiş hissə, 121 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********96726 Xiaomi Redmi 9T markalı telefon üçün 555 manat ödənilməmiş hissə, 55 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən mikrodalğalı soba Samsung üçün 242,8 manat ödənilməmiş hissə, 24 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic ev telefonu, Hoffmann Led TV üçün 235,6 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən JBL qulaqlıq, JBL qulaqlıq üçün 230,2 manat ödənilməmiş hissə, 23,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən qızıl zəmanətə aid olmayan hissənin ödənişi üçün 105 manat ödənilməmiş hissə olmaqla ümumilikdə 2833 manat borc və 48,33 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “ABC TELECOM’’ MMC ilə xx.xx.2021-ci, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ kodu **********6524 Samsung Galaxy S20 FE markalı telefon, İMEİ kodu **********96726 Xiaomi Redmi 9T markalı telefon, mikrodalğalı soba Samsung, Panasonic ev telefonu, Hoffmann Led TV, JBL qulaqlıq, JBL qulaqlıq, qızıl zəmanətə aid olmayan hissənin ödənişini almış və nəticədə 2833 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1864 manat (25 ay x 71,8 manat + 69 manat ilkin ödəniş) olan İMEİ kodu **********6524 Samsung Galaxy S20 FE markalı telefon üçün ümumilikdə 1339 manat olmaqla ondan 1218 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 121 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 666 manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********96726 Xiaomi Redmi 9T markalı telefon ümumilikdə 610 manat olmaqla ondan 555 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 55 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 313,2 manat (18 ay x 17,4 manat + 0 manat ilkin ödəniş) olan mikrodalğalı soba Samsung üçün ümumilikdə 266,8 manat olmaqla ondan 242,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 24 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 549,6 manat (12 ay x 45,8 manat + 0 manat ilkin ödəniş) olan Panasonic ev telefonu, Hoffmann Led TV üçün ümumilikdə 258,6 manat olmaqla ondan 235,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 23 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 259,2 manat (18 ay x 14,4 manat + 0 manat ilkin ödəniş) olan JBL qulaqlıq, JBL qulaqlıq üçün ümumilikdə 253,6 manat olmaqla ondan 230,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 23,4 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 405 manat (2 ay x 135 manat + 135 manat ilkin ödəniş) olan qızıl zəmanətə aid olmayan hissənin ödənişi üçün 105 manat olmaqla ondan 105 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 0 manat cərimə pulu hesablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1470,4 manat təşkil edir.Cavabdehlə bağlanılmış xx.xx.2021-ci, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə İMEİ kodu **********6524 Samsung Galaxy S20 FE markalı telefon, İMEİ kodu **********96726 Xiaomi Redmi 9T markalı telefon, mikrodalğalı soba Samsung, Panasonic ev telefonu, Hoffmann Led TV, JBL qulaqlıq, JBL qulaqlığa dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2021-ci, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəllərindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (25 ay) 71,8 manat, hər ay (18 ay) 37 manat, hər ay (18 ay) 17,4 manat, hər ay (12 ay) 45,8 manat, hər ay (18 ay) 14,4 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2021-ci il tarixli 23133600 saylı razılaşmadan görünür ki, tərəflər ("xxxx" MMC və Cavabdeh) razılaşırlar ki, 22233954 nömrəli müqavilə üzrə əldə edilmiş Samsung Galaxy S20Fe (Sm-G780F) markalı, **********26524 **********26521 seriya nömrəli mal müştərinin istəyi ilə qaytarılır (dəyişdirilir).Qaytarılma (dəyişdirilmə) anında malın əmtəə görünüşün pozulması nəticəsində "xxxx" MMC-yə 405 manat məbləğində zərər dəymişdir.Müştəri bu məbləği razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə, yəni ilkin olaraq 135 manat ödəniş etməklə qalan məbləği 2 aya hər ay 135 manat ödəmək şərtini öz öhdəsinə götürür. xx.xx.2021-ci, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh İMEİ kodu **********6524 Samsung Galaxy S20 FE markalı telefon, İMEİ kodu **********96726 Xiaomi Redmi 9T markalı telefon, mikrodalğalı soba Samsung, Panasonic ev telefonu, Hoffmann Led TV, JBL qulaqlıq, JBL qulaqlıq adlı məhsulları tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********6524 Samsung Galaxy S20 FE markalı telefon üçün 1218 manat ödənilməmiş hissə, 121 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********96726 Xiaomi Redmi 9T markalı telefon üçün 555 manat ödənilməmiş hissə, 55 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən mikrodalğalı soba Samsung üçün 242,8 manat ödənilməmiş hissə, 24 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic ev telefonu, Hoffmann Led TV üçün 235,6 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən JBL qulaqlıq, JBL qulaqlıq üçün 230,2 manat ödənilməmiş hissə, 23,4 manat cərimə, xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən qızıl zəmanətə aid olmayan hissənin ödənişi üçün 105 manat ödənilməmiş hissə olmaqla ümumilikdə 2833 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda göstərilir ki, Cavabdeh müqavilənin şərtlərini kobud surətdə pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 246,4 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 70 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********6524 Samsung Galaxy S20 FE markalı telefon üçün 1218 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********96726 Xiaomi Redmi 9T markalı telefon üçün 555 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən mikrodalğalı soba Samsung üçün 242,8 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Panasonic ev telefonu, Hoffmann Led TV üçün 235,6 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən JBL qulaqlıq, JBL qulaqlıq üçün 230,2 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən qızıl zəmanətə aid olmayan hissənin ödənişi üçün 105 manat ödənilməmiş hissə olmaqla ümumilikdə 2656,6 manat borc və 48,33 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar