Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-557/2023 17.10.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulmasına dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi üzrə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Huawei watch gt 2 pro qol saat üçün 282 manat ödənilməmiş hissə, 28 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən epilyator braun üçün 235,4 manat ödənilməmiş hissə, 23,6 manat cərimə, cəmi ümumilikdə 569 manat borc və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə 2706/V saylı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün işi baxılmamış saxlayaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixdə verilmiş ərizəni, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər və Qubadlı Rayon Məhkəməsinin e-2(028)-557/2023 saylı mülki işi üzrə iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzi əsasında ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" MMC-yə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulmasına dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlansın. İddiaçı "xxxx" MMC-nin iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-557/2023 saylı mülki işi üzrə iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzi əsasında ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən "xxxx" MMC-yə geri qaytarılsın. Qərardadın icrası Qubadlı rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-557/2023
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-557/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver