Məhkəmə qərarları › İş №e-2(028)-57/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-57/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-57/2023 23.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Bike Vista markalı velosiped və Electric Scooter üçün 815,4 manat ödənilməmiş hissə, 81,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Asus markalı kompüter və Lenovo markalı çanta üçün 228,6 manat ödənilməmiş hissə, 22,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Bike Saft üçün 200 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********14814 olan Samsung Galaxy A70 və İMEİ kodu **********58085 olan Huawei Y6 markalı telefonlar üçün 148 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47605 olan Samsung Galaxy A32 makalı telefon üçün 130 manat ödənilməmiş hissə, 13 manat cərimə olmaqla ümumilikdə 1673 manat borc və 36,73 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “ABC TELECOM’’ MMC ilə xx.xx.2021-ci, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən Bike Vista markalı velosiped və Electric Scooter, Asus markalı kompüter və Lenovo markalı çanta, Bike Saft , İMEİ kodu **********14814 olan Samsung Galaxy A70 və İMEİ kodu **********58085 olan Huawei Y6 markalı telefonlar və əsasən İMEİ kodu **********47605 olan Samsung Galaxy A32 makalı telefon almış və nəticədə 1673 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1208,4 manat (12 ay x 100,7 manat + 0 manat ilkin ödəniş) olan Bike Vista markalı velosiped və Electric Scooter üçün ümumilikdə 897 manat olmaqla ondan 815,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 81,6 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 825,6 manat (24 ay x 34,4 manat + 0 manat ilkin ödəniş) olan Asus markalı lompyuter və Lenovo markalı çanta ümumilikdə 251 manat olmaqla ondan 228,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 22,4 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 425,7 manat (9 ay x 47,3 manat + 0 manat ilkin ödəniş) olan Bike Saft üçün ümumilikdə 220 manat olmaqla ondan 200 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 20 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 505,2 manat (12 ay x 42,1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********14814 olan Samsung Galaxy A70 və İMEİ kodu **********58085 olan Huawei Y6 markalı telefonlar üçün ümumilikdə 162 manat olmaqla ondan 148 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 14 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 796,8 manat (12 ay x 66,4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********47605 olan Samsung Galaxy A32 makalı telefon üçün ümumilikdə 143 manat olmaqla ondan 130 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 13 manat cərimə pulu esablanmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 2239,7 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2021-ci, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Bike Vista markalı velosiped və Electric Scooter, Asus markalı kompüter və Lenovo markalı çanta, Bike Saft , İMEİ kodu **********14814 olan Samsung Galaxy A70 və İMEİ kodu **********58085 olan Huawei Y6 markalı telefonlar və əsasən İMEİ kodu **********47605 olan Samsung Galaxy A32 makalı telefona dair müqavilə imzalamışdır. Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2021-ci, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəllərindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 100,7 manat, hər ay (24 ay) 34,4 manat, hər ay (09 ay) 47,3 manat, hər ay (12 ay) 42,1 manat, hər ay (12 ay) 66,4 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2021-ci, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh Bike Vista markalı velosiped və Electric Scooter, Asus markalı kompüter və Lenovo markalı çanta, Bike Saft, İMEİ kodu **********14814 olan Samsung Galaxy A70 və İMEİ kodu **********58085 olan Huawei Y6 markalı telefonlar və əsasən İMEİ kodu **********47605 olan Samsung Galaxy A32 makalı telefon adlı məhsulları tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Bike Vista markalı velosiped və Electric Scooter üçün 815,4 manat ödənilməmiş hissə, 81,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Asus markalı kompüter və Lenovo markalı çanta üçün 228,6 manat ödənilməmiş hissə, 22,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Bike Saft üçün 200 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********14814 olan Samsung Galaxy A70 və İMEİ kodu **********58085 olan Huawei Y6 markalı telefonlar üçün 148 manat ödənilməmiş hissə, 14 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47605 olan Samsung Galaxy A32 makalı telefon üçün 130 manat ödənilməmiş hissə, 13 manat cərimə olmaqla ümumilikdə 1673 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda göstərilir ki, Cavabdeh müqavilənin şərtlərini kobud surətdə pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 151 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 40 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Bike Vista markalı velosiped və Electric Scooter üçün 815,4 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Asus markalı kompüter və Lenovo markalı çanta üçün 228,6 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Bike Saft üçün 200 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********14814 olan Samsung Galaxy A70 və İMEİ kodu **********58085 olan Huawei Y6 markalı telefonlar üçün 148 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********47605 olan Samsung Galaxy A32 makalı telefon üçün 130 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 1562 manat borc və 36,73 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar