Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-673/2023 25.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı «İcbari Sığorta Bürosu” X4 Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 118,5 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 148,8 manatın xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adına sığortalanmış “RAVON NEXİA R3 MİNİK” markalı, 90PK634 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020 tarixində Bakı şəhəri, H.Cavid pr. ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən X5 əmlakına maddi ziyan vurulmuşdur.Hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə xx.xx.2020-ci il tarixində 118,8 manat məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmiş, bu səbəbdən onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin327.6-cı maddəsində nəzərdə tutulmuş (hadisə yerindən yayınma) qaydada TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərar (əlavə olunur) qəbul edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar yol hərəkət qaydalarının pozulmasına görə tərtib edilən xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan məlum olur ki, yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən büro bu Qanunun 25.4cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X8 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. “İcbari Sığortalar haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP3546064 saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-cu il tarixli İXP3110685 nömrəli protokol və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə 09:00-da H.Cavid prospektində Ravon Nexia R3 minik markalı 90PK634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmış və əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Buna görə Cavabdeh 100 manat məbləğində cərimə edilməsi barədə tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, RAVON markalı 90PK634 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC-dir. Hadisə baş verdiyi anda sürücü Cavabdeh ayıq olmuşdur.Zərər dəyən əmlakın mülkiyyətçisi X3 və zərər dəyən əmlak Volkswagen markalı, 99 MV587 dövlət nömrə nişanlı avtomobil. İC AA 2131/20 saylı işə dair xx.xx.2020-ci il tarixli Sığorta arayışından görünür ki, "xxxx" MMC-yə məxsus RAVON NEXİA R3 MİNİK markalı, 90PK634 dövlət qeydiyyat nömrəli avtomobili idarə edən Cavabdeh xx.xx.2020-ci il tarixdə 9:00-da Bakı şəhəri, H.Cavid pr.-də sığortalının ehtiyatsızlığından sığorta hadisəsi baş vermişdir.Zərər çəkən avtomobil Volkswagen markalı, 99 MV587 dövlət nömrə nişanlı avtomobil.Zərərin ümumi həcmi 120 manat.Barəsində subroqasiya tələbi irəli sürülməli şəxs Cavabdeh. Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə 09:00-da H.Cavid pr-də Volsvagen Jetta markalı **-MV-*** dövlət qeydiyyat nömrəli avtomobilin qabaq buferi sınmış, sağ qabaq qanadı şişmişdir. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı - Ravon Nexia markalı, 90PK634 dövlət qeydiyyat nömrəli avtomobil. PST********** nömrəli xx.xx.2019-cu il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı "xxxx" MMC-nin RAVON NEXİA R3 MİNİK dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortaçı ASC "xxxx" Sığorta Şirkətində sığortalanmışdır. Müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2020-ci il. "xxxx" MMC-nin №POA********** saylı xx.xx.2020-ci il tarixli etibarnaməsindən görünür ki, etibarnamə "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli CAR-1622 saylı “Daxili lizinq Müqavləsi” əsasında lizinqə verilmiş 1 ədəd RAVON NEXİA R3 MİNİK dövlət qeydiyyat nişanlı null maşınının yalnız Azərbaycan Respublikası ərazisində Cavabdeh tərəfindən idarə edilməsində səlahiyyəti olmasına görə verilir. Əmlaka dair xx.xx.2020-ci il tarixli qiymətləndirilmə aktından görünür ki, Volkswagen Jetta markalı avtomobilə 70 manat xidmət haqqı, 50 manat ehtiyyat hissələri, cəmi 120 manat miqdarında zərər dəymişdir. xx.xx.2020-ci il tarıxli ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən xx.xx.2020-ci il tarixli siyahı №739 əsasən X2 118,8 manat kompensasiya ödənişi edilmişdir (2131/20 saylı iş). «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunun 23.1.6-ci maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X8 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, Büro tərəfindən kompensasiya ödənişi verilir. Həmin Qanunun 32.4-cü maddəsinə əsasən Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Həmin Qanunun 63.1-ci maddəsinin tələbinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə 118,8 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 148,8 manat iddiaçı «İcbari Sığorta Bürosu» X4 xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-673/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-673/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver