Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-96/2025 07.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USBC adapter, İMEİ KOD **********34294 İPHONE 14 PRO markalı telefon üçün 5464,38 manat ödənilməmiş hissə, 1639,31 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Glass, Apple 20W USBC adapter, case, İMEİ kodu **********232 İPHONE 15 PRO max markalı telefon üçün 3879,1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 1163,73 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X8 2 X7, Samsung 25W compact charger İmei kodu **********58373 Samsung galaxy A54 5G markalı telefon üçün 444,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 133,35 manat dəbbə, ümumilikdə 12771,57 manat borc, 128,32 manat ödənilmiş dövlət rüsumu cavabdeh X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən Apple 20W USB-C adapter, İMEİ KODU **********34294 İphone 14 PRO markalı telefon, Glass, Apple 20WUSB-C adapter, Case, İmei kodu **********23291 İphone 15 Pro MAX markalı telefon, X8 2 X7, Samsung 25w Compact Charger, İMEİ KODU **********58373 Samsung Galaxy A54 5G markalı telefon almış və nəticədə 12771,57 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 6085,92 manat (18 ay x 321,44 manat + 300 manat ilkin ödəniş) olan Apple 20w Usb-C Adapter, İmei Kodu **********34294 İphone 14 PRO markalı telefonüçün ümumilikdə, 7103,69 manat olmaqla ondan, 5464,38 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1639,31 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5117,98 manat (18 ay x 277,11 manat + 130 manat ilkin ödəniş) olan Glass, Apple 20w Usb-C Adapter, Case, İmei Kodu **********23291 İphone 15 PRO MAX markalı telefon üçün ümumilikdə, 5066,43 manat olmaqla ondan, 3879,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, müştəriyə güzəşt olunaraq 1163,73 manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1780,08 manat (12 ay x 148,34 manat + 0 manat ilkin ödəniş) olan X8 2 X7, Samsung 25w Compact Charger, İmei Kodu **********58373 Samsung Galaxy A54 5g markalı telefon almış, ümumilikdə 601,45 manat olmaqla ondan, 444,50 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, müştəriyə güzəşt olunaraq 133,35 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 9787,98 manat təşkil edir.Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2023-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki,cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarıda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək bildirdi ki, müqavilələr üzrə avadanlıqları tanışı üçün öz adına götürmüşdür. Həmin şəxs hazırda axtarışdadır. Borcun yaranma səbəbi odur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Apple 20W USB-C adapter, İMEİ KODU **********34294 İphone 14 PRO markalı telefon, Glass, Apple 20WUSB-C adapter, Case, İmei kodu **********23291 İphone 15 Pro MAX markalı telefon, X8 2 X7, Samsung 25w Compact Charger, İMEİ KODU **********58373 Samsung Galaxy A54 5G markalı telefona dair müqavilə imzalamışdır. Müqavilələrin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. Eyni zamanda müqavilənin qeyd hissəsində göstərilir ki, müştərinin "xxxx" MMC qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi olarsa, bu halda "xxxx" MMC dəyəri tam ödənilməmiş istənilən məhsulun, o cümlədən mobil telefon cihazının istifadəsini mümkünsüz edə bilər. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Əlavələrdən (Ödəniş Cədvəllərindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (18 ay) 321,44 manat, hər ay (18 ay) 277,11 və hər ay (12 ay) 148,34 manat manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh Apple 20W USB-C adapter, İMEİ KODU **********34294 İphone 14 PRO markalı telefon, Glass, Apple 20WUSB-C adapter, Case, İmei kodu **********23291 İphone 15 Pro MAX markalı telefon, X8 2 X7, Samsung 25w Compact Charger, İMEİ KODU **********58373 Samsung Galaxy A54 5G markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USBC adapter, İMEİ KOD **********34294 İPHONE 14 PRO markalı telefon üçün 5464,38 manat ödənilməmiş hissə, 1639,31 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Glass, Apple 20W USBC adapter, case, İMEİ kodu **********232 İPHONE 15 PRO max markalı telefon üçün 3879,1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 1163,73 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X8 2 X7, Samsung 25W compact charger İmei kodu **********58373 Samsung galaxy A54 5G markalı telefon üçün 444,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 133,35 manat dəbbə ümumilikdə 12771,57 manat manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilələrin şərtlərini kobud surətdə pozaraq, müqavilələrə əməl etməmişdir. O, borcunu ödəməsə, məhkəməyə müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə satış müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan avadanlıqları cavabdehə vermiş, lakin cavabdeh avadanlıqların dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də iddiaçının xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2023-cü tarixli nisyə satış müqavilələri üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 1639,31 manat, 1163,73 manat və 133,35 manat məbləğində cərimənin tutulması tələb olunur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, cərimə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 500 manat, 380 manat və 45 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 10760,18 manat olduğundan (5464,38 manat əsas + 500 manat dəbbə; 3879,1 manat əsas + 23,6 manat İnnovativ Layihələr Mərkəzinə rüsum + 380 manat dəbbə; 444,5 manat əsas + 23,6 manat İnnovativ Layihələr Mərkəzinə rüsum + 45 manat dəbbə) iddiaçı tərəfindən ödənilmiş 128,32 manat dövlət rüsumunun 122,28 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 6,04 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USB-C adapter, İMEİ KOD **********34294 İPHONE 14 PRO markalı telefon üçün 5464,38 manat ödənilməmiş hissə, 500 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Glass, Apple 20W USB-C adapter, case, İMEİ kodu **********232 İPHONE 15 PRO max markalı telefon üçün 3879,1 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 380 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X8 2 X7, Samsung 25W compact charger, İmei kodu **********58373 Samsung galaxy A54 5G markalı telefon üçün 444,5 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 45 manat dəbbə pulu, cəmi 10760,18 manat borc və 122,28 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumunun 6,04 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-96/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-96/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver