Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-1009/2025 05.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərədən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə onun qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, barəsində tələb irəli sürülmüş Cavabdeh 23 iyun 2025-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2.-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qeyd olunan normalarının tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh kimi göstərilmiş Cavabdeh artıq vəfat etmiş olduğundan, qeyd olunan qanunvericilik normasına əsasən ona qarşı iddia tələbi ilə müraciət edilməsi istisna olunur. Bu isə ona dəlalət edir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxıla bilməz və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-1009/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-1009/2025
05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver