Məhkəmə qərarları › İş №e-2(029)-1028/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-1028/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-1028/2025 17.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İL xidməti, SOYUDUCU HOFFMANilÇün 547.95 (beş yüz qırx yeddi manat, 95 qəpik) manat ödənilməmiş hissə, 54.80 (əlli dörd manat, 80 qəpik) manat cərimə, xx.xx.2024--cü il, tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL XİDMƏTİ, HOFFMANN TVYUPİTER YP-TV ascpsn 480.23 (dörd yüz səksən mnaat, 23 qəpik) manat ödənilməmiş hissə, 48.02 (qırx səkkiz manat, 02 qəpik) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, İMEİ KODU **********65935 OPPO A markalı telefon üçün, 227.60 (iki yüz iyirmi yeddi manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 22.76 (iyirmi iki manat, 76 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, ƏTÇƏKƏN TEFALçün 195.17 (yüz doxsan beş manat, 17 qəpik) manat ödənilməmiş hissə, 19.52 (on doqquz manat, 52 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XL XİDMƏTüçün 66.45 (altmışa ltı manat, 45 qəpik) manat ödənilməmiş hissə, 6.65 (altı manat, 65 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, BLENDER HOFFMANÇİü n 52.96 (əlli iki manat, 96 qəpik) manat ödənilməmiş hissə, 5.30 (beş manat, 30 qəpik) manat cərimə, ümumilikdə 1751 manat borc 37.51 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq “ABC TELECOM’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MMCnin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminin çıxarışından görünür ki, Cavabdeh 06 sentyabr 2025-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2.-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qeyd olunan normalarının tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh kimi göstərilmiş Cavabdeh oğlu artıq vəfat etmiş olduğundan, qeyd olunan qanunvericilik normasına əsasən ona qarşı iddia tələbi ilə müraciət edilməsi istisna edilirdi. Bu isə ona dəlalət edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı MMC məhkəmə işə baxılması üçün ödənilmiş 37.51 (otuz yeddi manat əlli bir qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin AZ78PAHA40060AZNHC********** hesab nömrəsinə qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı MMC məhkəmə işə baxılması üçün ödənilmiş 37.51 (otuz yeddi manat əlli bir qəpik) manat dövlət rüsumuİddiaçı MMC-nin AZ78PAHA40060AZNHC********** hesab nömrəsinə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar