Məhkəmə qərarları › İş №e-2(029)-1109/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-1109/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-1109/2025 06.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında bağlanılmış BE018660 saylı xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 112,99 (bir yüz on iki manat doxsan doqquz qəpik) əsas borc, (0) cərimə, BE026550 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 199,99 (bir yüz doxsan doqquz manat doxsan doqquz qəpik) əsas borc, (0) cərimə, BE182470 saylı xx.xx.2024-cü il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 692,99 (altı yüz doxsan iki manat doxsan doqquz qəpik) əsas borc, (0) cərimə, BE047481 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 463,99 (dörd yüz altmış üç manat doxsan doqquz qəpik) əsas borc, 20 (iyirmi) manat cərimə, ümumilikdə 1489,96 (bir min dörd yüz səksən doqquz manat doxsan altı qəpik) borcun və 35 (otuz beş manat) dövlət rüsumunun Cavabdeh BAĞİŞ QİZİndan tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında bağlanmış BE018660 saylı xx-xx-2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 43 (qırx üç) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında BE026550 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 25 (iyirmi beş) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında BE182470 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 6 ay müddətinə hər ayın 21-dən gec olmamaqla 134 (bir yüz otuz dörd manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında BE047481 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 49 (qırx doqquz) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh BAĞİŞ QİZİ İddiaçı MMC-yə BE018660 saylı müqaviləyə əsasən 112,99 (bir yüz on iki manat doxsan doqquz qəpik) manat əsas borc, (0) cərimə, BE026550 saylı müqaviləyə əsasən 199,99 (bir yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat əsas borc, (0) cərimə, BE182470 saylı müqaviləyə əsasən 692,99 ( altı yüz doxsan iki manat doxsan doqquz qəpik) manat əsas borc, (0) cərimə, BE047481 saylı müqaviləyə əsasən 463,99 (dörd yüz altmış üç manat doxsan doqquz qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə, ümumilikdə 1 489,96 (bir min dörd yüz səksən doqquz manat doxsan altı qəpik) manat borcu qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında bağlanmış BE018660 saylı xx-xx-2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 43 (qırx üç) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında BE026550 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 25 (iyirmi beş) manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında BE182470 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 6 ay müddətinə hər ayın 21-dən gec olmamaqla 134 (bir yüz otuz dörd manat) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh BAĞİŞ QİZİ arasında BE047481 saylı xx-xx-2024 il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 17-dən gec olmamaqla 49 (qırx doqquz) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilərək onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslılığı tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh BE018660 saylı xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 112,99 (bir yüz on iki manat doxsan doqquz qəpik) əsas borc, (0) cərimə, BE026550 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 199,99 (bir yüz doxsan doqquz manat doxsan doqquz qəpik) əsas borc, (0) cərimə, BE182470 saylı xx.xx.2024-cü il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 692,99 (altı yüz doxsan iki manat doxsan doqquz qəpik) əsas borc, (0) cərimə, BE047481 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 463,99 (dörd yüz altmış üç manat doxsan doqquz qəpik) əsas borc, 20 (iyirmi) manat cərimə, ümumilikdə 1489,96 (bir min dörd yüz səksən doqquz manat doxsan altı qəpik) borc tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, "xxxx" MMC tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh BE018660 saylı xx.xx.2023-cü il tarixli Nisyə satış müqaviləsinə əsasən yaranmış 112,99 (bir yüz on iki manat doxsan doqquz qəpik) əsas borc, BE026550 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 199,99 (bir yüz doxsan doqquz manat doxsan doqquz qəpik) əsas borc, BE182470 saylı xx.xx.2024-cü il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 692,99 (altı yüz doxsan iki manat doxsan doqquz qəpik) əsas borc, BE047481 saylı xx-xx-2024 il tarixli Nisyə-satış müqaviləsinə əsasən yaranmış 463,99 (dörd yüz altmış üç manat doxsan doqquz qəpik) əsas borc, 20 (iyirmi) manat cərimə, ümumilikdə 1489,96 (bir min dörd yüz səksən doqquz manat doxsan altı qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 35 (otuz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar