Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-1210/2025 06.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraata dair iddia ərizəsinə və əlavə edilmiş sənədlərə məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq Müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraata dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə elektron informasiya sisteminin çıxarışından görünür ki, cavabdehin qeydiyyat yeri Gəncə şəhəri, N.Nərimanov küçəsi, 3-cü döngə, ev 4, mənzil 9 ünvanı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri, N.Nərimanov küçəsi, 3-cü döngə, ev 4, mənzil 9 olduğuna görə İddiaçı MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraata dair iddia ərizəsi ilə mülki Qusar rayon məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraata dairiddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı MMC məhkəmədə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı MMC-nin hesabına qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraata dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraata dair iddia ərizəsi üzrə Gəncə Şəhər məhkəməsinə müraciət edə bilər. İddiaçı MMC məhkəmədə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı MMC-yə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-1210/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-1210/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver