Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-146/2025 18.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzər cavabdeh İddiaçı Binyaməddin qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik zamanı mirasdan məcburi payın ayrılması” tələbinə dair, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Binyaməddin qızına və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasa dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla mirasın mülkiyyətə verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Binyaməddin qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik zamanı mirasdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəsiyyət üzrə vərəsəlik zamanı mərhum X5nın miras kütləsinə daxil olan, Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.1118 ha həyətyanı torpaq sahəsinə dair məcburi payı müəyyən olunmaqla həmin payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh, İddiaçı Binyaməddin qızına və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasa dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla mirasın mülkiyyətə verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X9 miras kütləsinə daxil olan, Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla miras payının müəyyən olunaraq mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.2418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun X5na məxsus olmuş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat, **********38-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X5 özünün mülkiyyətində 0.2418 ha torpaq sahəsinin 0.13 ha hissəsini özünün nəvəsi X32 bağışlamış, onların aralarında 30 dekabr 2009-cu il tarixdə bağışlama müqaviləsi bağlanmış və həmin müqavilə Qusar rayonu Notariat Kontorunda 4ə-1-185 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin 0.1118 ha hissəsi isə X38nın mülkiyyətində qalmışdır. X38 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə aşağıdakı vərəsələri qalmışdır. O, İddiaçı, X10, X21, X22, X15. Mərhum anasının digər vərəsələri olan X26, X12 və X13 isə vəfat etmişlər. Mərhum X38 vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan fərdi yaşayış evində o, yaşayır və həmin evdə qeydiyyatdadır. Anası vəfat etdikdən bir müddət sonra qardaşı oğlu Cavabdeh ilə aralarında mübahisə yaranmış, mirasın bütövlükdə ona verilməsini tələb etmişdir. Eyni zamanda, məlum olmuşdur ki, X5 özünün mülkiyyətində olan bütün əmlaklarını, o cümlədən yuxarıda göstərilən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsini Cavabdeh vəsiyyət etmiş, bu barədə 26 dekabr 2014-cü il tarixli vəsiyyətnamə tərtib etmiş, həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Urva kənd İƏD üzrə Nümayəndəliyində 92 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mərhum anası özünün mirasına dair vəsiyyətnamə qoyduğuna görə Mülki Məcəllənin tələblərinə əsasən qanun üzrə vərəsəlik müəyyən oluna bilməz və vəsiyyət üzrə vərəsəlik müəyyən olunmalıdır. Lakin, mirasa dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunan zaman onun mirasda məcburi payı ayrılmalıdır. Çünki, o, miras qoyan Zərbaf Xeyirbəyovanın mirasından məcburi pay hüququ olan şəxslərin dairəsinə daxildir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət etmişdir, lakin həmin notariat ofisi ona bununla bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.2418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X11 məxsus olmuş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat, **********38-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Zərbaf Xeyirbəyova xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə aşağıdakı vərəsələri qalmışdır: İddiaçı, X10, X21, X22 və X15. X3 onun nənəsidir və həmin şəxs özünün mülkiyyətində olan bütün əmlaklarını, o cümlədən yuxarıda göstərilən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini, cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona vəsiyyət etmiş, bu barədə 26 dekabr 2014-cü il tarixli vəsiyyətnamə tərtib etmiş, həmin vəsiyyətnamə Qusar rayon İHB-nın Urva kənd İƏD üzrə Nümayəndəliyində 92 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mərhum nənəsi özünün mirasına dair vəsiyyətnamə qoyduğuna görə Mülki Məcəllənin tələblərinə əsasən qanun üzrə vərəsəlik müəyyən oluna bilməz və vəsiyyət üzrə vərəsəlik müəyyən olunmalıdır. Vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərə, o cümlədən İddiaçı qanunla müəyyən olunmuş həcmdə payların verilməsinə etiraz etmir. İddiaçı Binyaməddin qızına və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, İddiaçı Binyaməddin qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ilkin iddianı müdafiə edir, qarşılıqlı iddianı qəbul edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, özünün qarşılıqlı iddiasını müdafiə edir, vəsiyyət üzrə vərəsəlik zamanı İddiaçı mirasdan məcburi pay verilməsinə də etiraz etmir. Həmçinin, bildirir ki, şəxsi işləri ilə əlaqədar olaraq təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir və ona görə də işə onun iştirakı olmadan baxılaraq onun qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə, ilkin iddiaya münasibətdə isə qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyi üçün iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 418102 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə Qusar rayonu Çiləgir kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 01 aprel 2024-cü il tarixli 214 saylı saylı arayışın surətindən görünür ki, X3 vəfat etdiyi günədək Qusar rayonu Çiləgir kəndində yaşamış və ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. X21, X23, X22, X1 Yaşar Binyəddin oğlu-vəfat edib, X12-vəfat edib, X26- vəfat edib, Cavabdeh. İşdə olan Seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində X9 mülkiyyətində olan 0.2418 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27.7 kv.m yaşayış, 68.5 kv.m köməkçi sahədən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabında 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 30 dekabr 2009-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X2 rayon ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qusar rayonu Çiləgir kəndində yerləşən 0.2418 ha torpaq sahəsi üzərində tikilmiş iki mərtəbəli iki otaqdan ibarət olan fərdi yaşayış evin yalnız 0.13 ha həyətyanı torpaq sahəsi nəvəsi X32 bağışlamışdır. İşdə olan 26 dekabr 2014-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X4 rayonun Çiləgir kəndində yerləşən 0.24 ha torpaq sahəsində olan iki mərtəbəli iki otaqlı 27.7 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi X7 vəsiyyət etmişdir. İşdə olan AZ-İ 781431 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə Qusar rayonu Çiləgir kəndində ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Çiləgir kəndində yerləşən 0.2418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X11 məxsus olmuş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat, **********38-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X14 özünün mülkiyyətində 0.2418 ha torpaq sahəsinin 0.13 ha hissəsini özünün nəvəsi X32 bağışlamış, bu barədə 30 dekabr 2009-cu il tarixdə bağışlama müqaviləsi bağlanmış və həmin müqavilə Qusar rayonu Notariat Kontorunda 4ə-1-185 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin 0.1118 ha hissəsi isə Zərbaf Xeyirbəyovanın mülkiyyətində qalmışdır. Zərbaf Xeyirbəyova xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə aşağıdakı vərəsələri qalmışdır. İddiaçı, X10, X21, X22, X15. Zərbaf Xeyirbəyovanın digər vərəsələri olan X26, X12 və X13 isə vəfat etmişlər. Eyni zamanda X14 özünün mülkiyyətində olan bütün əmlaklarını, o cümlədən yuxarıda göstərilən fərdi yaşayış evinin və həyyətyanı torpaq sahəsini Cavabdeh vəsiyyət etmiş, bu barədə 26 dekabr 2014-cü il tarixli vəsiyyətnamə tərtib etmiş, həmin vəsiyyətnamə Qusar rayon İHBnın Urva kənd İƏD üzrə Nümayəndəliyində 92 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1177. Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196.Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə hesab edir ki, Zərbaf Xeyirbəyovadan miras qalmış Qusar rayonunun Çiləgir kəndində yerləşən 0.1118 ha torpaq sahəsi və həmin torpaq sahsəsində yerləşən fərdi yaşayış evinin miras qoyan Zərbaf Xeyirbəyova tərəfindən vəsiyyətnamə qoyulduğuna görə qanuni vərəsəlik istisna olunur və həmin mirasa dair məhz vəsiyyətnamə üzrə vərəsəlik müəyyən olunmalıdır. Miras qoyan Zərbaf Xeyirbəyovanın hal-hazırda 5 nəfər vərəsəsi var. Zərbaf Xeyirbəyova xx.xx.2016-cı ildə vəfat etmiş, vəfat etdiyi zaman iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 atası X6 olmuş və birinci dərəcəli vərəsələr sırasında olmuşdur. X12 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və onun vərəsəlik hüququ irsi transmissiya qaydasında övladlarına keçmişdir. Belə olan halda 6 nəfər vərəsənin Zərbaf Xeyirbəyovanın əmlakına məcburi paya dair hüququları vardır. Vəsiyyət üzrə vərəsəlik zamanı həmin payın yarısı yəni, 1/12 hissədə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin olunmalı, vəsiyyət üzrə vərəsəlik zamanı X3nın miras kütləsinə daxil olan, Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.1118 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı Binyaməddin qızının 1/12 hissədə məcburi payı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin olunmalı, X9 miras kütləsinə daxil olan, Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla Cavabdeh miras payı 7/12 hissədə müəyyən olunaraq mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E TDİ: İlkin iddia təmin edilsin Vəsiyyət üzrə vərəsəlik zamanı X3nın miras kütləsinə daxil olan, Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.1118 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı Binyaməddin qızının 1/12 hissədə məcburi payı müəyyən edilsin. Qarşılıqlı iddia təmin edilsin X9 miras kütləsinə daxil olan, Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən olunmaqla Cavabdeh miras payı 7/12 hissədə müəyyən olunaraq mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-146/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-146/2025
18.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver