Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-212/2024 16.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı"xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kodu **********47552 olan SAMSUNG GALAXY A73 markalı telefon üçün 1155.86 (bir min yüz əlli beş manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 115.14 (yüz on beş manat, on dörd qəpik) manat cərimə, ümumilikdə, 1271 manat borc və 32.71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" TELECOM MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********47552 SAMSUNG GALAXY A73 markalı telefon almış və nəticədə 1271 (bir min iki yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1390.96 (bir min üç yüz doxsan manat, doxsan altı qəpik) manat (yəni 12 ay x 105.08 manat + 130 manat ilkin ödəniş) İmei kodu **********47552 SAMSUNG GALAXY A73 markalı telefon üçün ümumilikdə, 1271 (bir min iki yüz yetmiş bir) manat olmaqla ondan 1155.86 (bir min yüz əlli beş manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115.14 (yüz on beş manat, on dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 235.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdirilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin MMC-nin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, məhkəmədə üzürlü səbəbdən işitrak etmək mümkün olmadığına görə məhkəmə iclasının onun iştirakı olmadan baxılmasına etirazı yoxdur. Odur ki, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və mülki iş üzrə yekun məhkəmə aktı çıxarılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir. Samsung Galaxü A73 markalı telefona görə ondan tələb olunan 1155.86 manat ödənilməmiş pul və 115.14 manat məbləğində cəriməni qəbul edir. Lakin, həmin məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. Tələb olunan məbləği gələcəkdə hissə-hissə ödəyəcəkdir.İşi ilə əlaqədar 16 aprel 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 02713865 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinin və ona əlavənin surətlərindən görünür ki, Cavabdeh aldığı İmei kodu **********47552 olan SAMSUNG GALAXY A73 markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 105.08 manat olmaqla cəmi 1390.96 (min üç yüz doxsan manat doxsan altı qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 07 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə İmei kodu **********47552 olan SAMSUNG GALAXY A73 markalı telefona görə 1155.86 (bir min yüz əlli beş manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 115.14 (yüz on beş manat, on dörd qəpik) manat cərimə, ümumilikdə, 1271 manat borcu mövcuddur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********47552 SAMSUNG GALAXY A73 markalı telefon almış və nəticədə 1271 (bir min iki yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1390.96 (bir min üç yüz doxsan manat, doxsan altı qəpik) manat (yəni 12 ay x 105.08 manat + 130 manat ilkin ödəniş) İmei kodu **********47552 SAMSUNG GALAXY A73 markalı telefon üçün ümumilikdə, 1271 (bir min iki yüz yetmiş bir) manat olmaqla ondan 1155.86 (bir min yüz əlli beş manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115.14 (yüz on beş manat, on dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 235.1 manat təşkil edir. İddiaçı alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. İş materiallaına əlavə olunmuş cavabdehin ərizəsindən görünür ki, iddia tələbində qeyd edilən əsas borc və cərimə məbləğlərini qəbul etmişdir. Belə olan halda məhkəmə həmin ərizəni cavabdeh iddianı tam qəbul etməsi kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə cavabdehin ərizəsini və iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2023-cüil tarixli müqavilə üzrə İmei kodu **********47552 olan SAMSUNG GALAXY A73 markalı telefon üçün 1155.86 (bir min yüz əlli beş manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 115.14 (yüz on beş manat, on dörd qəpik) manat cərimə, ümumilikdə, 1271 (min iki yüz yetmiş bir) manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 32.71 (otuz ik manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********47552 olan SAMSUNG GALAXY A73 markalı telefon üçün 1155.86 (bir min yüz əlli beş manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 115.14 (yüz on beş manat, on dörd qəpik) manat cərimə, ümumilikdə, 1271 (min iki yüz yetmiş bir) manat borc və 32.71 (otuz ik manat yetmiş bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-212/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-212/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver