Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-26/2024 29.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştiraklari ilə İddiaçılar İddiaçı3, İddiaçı1 Robertovnanın və İddiaçı2 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 Robertovna və İddiaçı2 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi cə cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və yolu bağlayan darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışına əsasən Qusar rayonu Köhnə Xudat kəndində yerləşən torpaq sahəsi İddiaçı3 mülkiyyətindədir. Həmin publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışına əsasən Qusar rayonu Köhnə Xudat kəndində yerləşən torpaq sahəsi digər İddiaçı1 mülkiyyətindədir. Həmin ərazidəki yol isə X4 mülkiyyətindədir. X4 xx.xx.2005-ci il tarixli iclasının 12 saylı protokolu və xx.xx.2005-ci il dəyişdirmə müqaviləsinə əsasən Qusar rayonu Köhnə Xudat kənd ərazisində yerləşən su anbarını əhatə edən torpaq sahəsi X6 mülkiyyətinə verilsə də ora gediş-gəliş yolu açıq qalmalı idi. X2 göstərişi ilə onun oğlu X3 Xudat kəndində su gölünə gedən yolun ortasına, xx.xx.2005-ci il tarixli 12 saylı qərarına əsasən bələdiyyə mülkiyyətində olan yolun giriş hissəsinə dəmir darvaza quraşdıraraq, qıraqlarına isə setka çəkərək yolu bağlamışdır. Bu da kənd camaatının narazılığına səbəb olmuşdur. İddiaçıların həyətyanı sahələrinə və tikilmiş evlərinə gediş-gəliş məhdudlaşdırılmışdır. Bu göl həm də Köhnə Xudat kənd sakinlərinin gündəlik istifadə etdiyi su anbarıdır. Hətta yanğın söndürən maşınlar da bu gölün suyundan istifadə edir. Bir neçə dəfə yolun açıq saxlanılması ilə əlaqədar olaraq Qusar Rayon İcra hakimiyyətinə müraciət olunmuş, X7 xəbərdarlıq gəlsə də yol hələ də açılmamışdır. Beləliklə, iddiaçılar öz torpaq sahələrindən istifadə edə bilmirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddiaya qarşı etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, Qusar rayonu Köhnə-Xudat Bələdiyyəsinin qərarına, rəsmi notariat qaydada təsdiq edilmiş xx.xx.2005-ci il tarixli dəyişdirmə müqaviləsinə və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 03 may 2005-ci il 1MK-2796/2005 saylı qətnaməsinə əsasən Qusar rayonu Köhnə-Xudat kəndi ərazisindən 30000 kv metr torpaq sahəsi sahibkarlıq fəalyyəti məqsədi ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planına əsasən həmin torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilərək Cavabdeh təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinin ayrıldığı dövrdə, yəni 2005-ci ildə həmin ərazidə hazırki mübahisənin predmetini təşkil edən yol sahəsi ümumiyyətlə mövcud olmamışdır. Sonradan təxminən 2021-2022-ci illərdə Qusar rayonu Köhnə-Xudat Bələdiyyəsi tərəfindən hazırki iş üzrə iddiaçılar İddiaçı1 Robenovaya və İddiaçı3 hər birinə 0,12 ha, ümumilikdə 0,24 ha həyətyanı torpaq sahəsi satılmış və həmin həyətyanı torpaq sahələrinin yolunu isə X8 xüsusi mülkiyyətinə verilmiş 30000 kv metr torpaq sahəsi hesabına salmışdır. 2005-ci ildə qeyd edilən 30000 kv metr torpaq sahəsi Cavabdeh ayrılarkən həmin ərazinin baş planında mübahisəli yol olmamış və gələcəkdə də, bu ərazidə hər hansı yolun salınması nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən dəmir torla bağlanmış ərazi özünə məxsusdur və qoyulmuş darvaza həmin torpaq sahəsi daxilindədir. Odur ki, iddiaçılar İddiaçı1 Robenovanın, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınmasına və yolu bağlayan darvazanın cavabdehin hesabına sökülməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı1 nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh tərəfindən qoyulmuş darvaza bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Odur ki, iddianın təmin ediıməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, mübahisənin aradan qaldırılması üçün dəfələrlə cavabdehlə görüşmüşlər, digər şəxslərin vasitəsi ilə yolun açılmasını xahiş etmişlər, lakin cavabdeh həmin yerdə yolun olmadığını, digər tərəfdə olan yolu da bağlayacağını, heç kimi buraxmayacağını bildirir. Hətta, cavabdeh ona da təzyiqlər göstərmişdir. Belə ki, cavabdeh Köhnə Xudat kəndi ərazisində olan və uzun illər vətəndaşın istifadəsində olmuş torpaq sahəsinin ona satılmasını istəmiş, lakin o, razılaşmadığına görə onun barəsində müxtəlif orqanlara şikayətlər etmişdir. Hazırki vəziyyətdə cavabdehin mövqeyi yol verməməkdir. Qeyd etmək istəyir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi örüş sahəsidir. Cavabdehin təqdim etdiyi kadastr planı mülkiyyət hüququnu təsdiq edən sənəd deyil. Həmin torpaq sahəsi qeyd etdiyi ki, örüş sahəsidir və mülkiyyətə verilə bilməz. Cavabdeh bir neçə dəfə həmin torpaq sahəsinə çıxarış almaq üçün müraciət etmiş, lakin onun adına həmin torpaq sahəsinə dair çıxarış verilməmişdir. Sözü gedən mübahisəli yol həmişə olmuş, lakin hazırda cavabdeh tərəfindən bağlanmışdır. Kadastr planına gəldikdə isə, həmin kadastr planı DT və XK tərəfindən verilmiş, hazırda isə həmin komitə ləğv edilmişdir. Bundan başqa bələdiyyə ilə cavabdeh arasında dəyişmə müqaviləsi olmuş, lakin həmin müqavilə camaatın narazılığına səbəb olmuş, buna görə də həmin qərarın ləğv olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə şikayətlər olunmuş və şikayət qismən təmin olunmuş, su anbarı bələdiyyədə saxlanılmışdır. Cavabdeh isə yolu bağlamışdır, bələdiyyə həmin su anbarına gedib-gələ bilmir. Hesab edir ki, iddia əsaslıdır və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Qusar Rayonu Köhnə-Xudat Bələdiyyəsi qərarına, rəsmi notariat qaydada təsdiq edilmiş xx.xx.2005-ci il tarixli Dəyişdirmə Müqaviləsinə və Azərbaycan Respublikası Appelliyasiya Məhkəməsinin 03 may 2005-ci il 1MK-2796/2005 saylı qətnaməsinə əsasən Qusar Rayonunun Köhnə-Xudat kəndi ərazisindən 30000 kv metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə Cavabdeh xüsusi mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planına əsasən həmin torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilərək Cavabdeh təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsinin ayrıldığı dövrdə, yəni 2005-ci ildə həmin ərazidə hazırki mübahisənin predmetini təşkil edən yol sahəsi ümumiyyətlə mövcud olmamışdır. Sonradan təxminən 2021-2022-ci illərdə Qusar Rayonu Köhnə Xudat Bələdiyyəsi tərəfindən hazırki iş üzrə iddiaçılar İddiaçı1 Robenovaya və İddiaçı3 hər birinə 0,12 ha, ümumilikdə 0,24 ha həyətyanı torpaq sahəsi satılmış və həmin həyətyanı torpaq sahələrinin yolunu isə X8 xüsusi mülkiyyətinə verilmiş 30000 kv metr torpaq sahəsi hesabına salmışdır. 2005-ci ildə qeyd edilən 30000 kv metr torpaq sahəsi Cavabdeh ayrılarkən həmin ərazinin baş planında mübahisəli yol olmamış və gələcəkdə də, bu ərazidə hər hansı yolun salınması nəzərdə tutulmamışdır. İş üzrə verilmiş ekspert rəyi ilə razı deyillər, ekspert rəyində cavabdehin istifadəsində olan 30000 kv.metr torpaq sahəsinin koordinatları dəqiq müəyyən olunmamış, həmin torpaq sahəsi ilə mübahisəli yol sahəsinin üst-üstə düşüb-düşməməsi müəyyən olunmamış, rəydə yalnız həmin torpaq sahəsinə mülkiyyət sənədinin verilməməsinin qeyd olunması ilə kifayətlənilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3 adına qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-torpaqşünaslıq ekspertizasının 25 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9760 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planında göstərilən 30000 kv.metr torpaq sahəsinə Cavabdeh adına mülkiyyəti təsdiq edilmiş sənəd verilməmişdir. Cavabdeh tərəfindən Qusar rayonu Köhnə Xudat kəndi ərazisində quraşdırılmış darvazanın 6.94 metr hissəsi Qusar rayonu X5 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, 3.09 metr hissəsi isə Qusar rayonu X5 məxsus yaşayış məntəqələrinin torpaq sahəsində yerləşir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının 30 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq sahəsinin Kadastr planında göstərilən, Cavabdeh məxsus 30000 kv.metr torpaq sahəsi ayrıldığı dövrdə, yəni 2005-ci ildə həmin ərazidə hər hansı yol nəzərdə tutulub-tutulmaması haqqında hər hansı məlumat mövcud deyildir. İddiaçılar İddiaçı3 və İddiaçı1 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol Qusar rayonu X5 məxsus torpaq sahəsinin daxilindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinin 2ci abzasında göstərilmişdir ki, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 47-ci maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin həmin Maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, həqiqətən də, Cavabdeh Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşməklə bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahəsinin daxilində yerləşən və iddiaçılar İddiaçı1 ilə İddiaçı3 xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol sahəsində heç bir qanuni əsas olmadan darvaza quraşdırmışdır. Bu, isə iddiaçılar İddiaçı1 ilə İddiaçı3 öz mülkiyyətlərində olan həyətyanı torpaq sahələrindən istifadə etmələrini mümkünsüz etməklə həmin şəxslərin torpaq sahələrinə dair mülkiyyət hüquqlarının tərkib elementi olan istifadə hüququnu pozmuşdur. Cavabdeh iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan ərazilərinin yaxınlığında inşa etdiyi tikilinin (qapının) onun əmlakı olduğu və öz vəsaiti hesabına tikdiyini bildirsə də, bu dəlillər əsaslı ola bilməz. Çünki, bu tikili cavabdehin vəsaiti hesabına tikilsə də, qanuni əsaslarla olmamışdır. Tikintinin yerləşdiyi ərazi də hər hansı bir hüquqla ona məxsus olmamışdır. Bununla yanaşı, həmin tikilidən istifadə hər hansı şəxsin, o cümlədən iddiaçıların hüquqlarını pozmamalıdır. Belə vəziyyətdə, yəni iddiaçıların öz ərazilərinə keçmələri üçün maneə yaradan həmin darvazanın sökülməsi barədə iddianı məhkəmə əsaslı edir. Cavabdehin öz vəsaiti ilə inşa etdiyini iddia etdiyi bu özbaşına tikili üzrə əmlak hüquqlarının qorunması isə iddiaçının hüquqlarının pozulması hesabına olmamalıdır. Odur ki, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı3 dəlilləri ilə razılaşaraq hesab edir ki, həmin şəxslərin iddiası əsaslı olduğundan təmin edilməli, həmin şəxslərin pozulmuş əmlak hüquqları müdafiə olunmaqla onların Qusar rayonu Köhnə Xudat kəndində yerləşən həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş, Qusar rayonu X4 mülkiyyətinə aid yol sahəsində Cavabdeh tərəfindən quraşdırılmış darvaza Cavabdeh hesabına sökülməli, yol sahəsindən istifadəyə törədilən maneçiliklərə son qoyulmalıdır. Lakin, məhkəmə eyni zamanda hesab edir ki, İddiaçı2 iddiası əsassızdır və təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı halda, İddiaçı2 mübahisəli yol sahəsinə dair hər hansı əmlak hüququ mövcud olmadığından, eyni zamanda Cavabdeh tərəfindən həmin şəxsin hər hansı əmlak hüququ pozulmadığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, qeyd olunan yol sahəsi Qusar rayonu X4 mülkiyyətinə aid torpaq sahəsinin daxilindədir və İddiaçı2 həmin bələdiyyənin sədri olsa da, iddianı bələdiyyənin adından qaldırmamış, hazırkı iddia tələbini fiziki şəxs kimi öz adından qaldırmışdır. Odur ki, İddiaçı2 iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3 və İddiaçı1 Robertovnanın iddiası təmin edilsin. İddiaçılar İddiaçı3 və İddiaçı1 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş, Qusar rayonu X4 mülkiyyətinə aid yol sahəsində Cavabdeh tərəfindən quraşdırılmış darvaza Cavabdeh hesabına sökülsün, yol sahəsindən istifadəyə törədilən maneçiliklərə son qoyulsun. İddiaçı2 iddiası rədd edilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-26/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-26/2024
29.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver