Məhkəmə qərarları › İş №e-2(029)-312/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-312/2023

09.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-312/2023 09.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1Dalik oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı kompensasiya ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kompensasiya ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlərə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 (dörd min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh3 iddiaçının qardaşı arvadı və Cavabdeh2 isə iddiaçının qardaşı oğludur. Cavabdehlər hazırda isə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bağışlama müqaviləsinə əsasən iddiaçının atası Qusar rayonu, Qusar şəhəri, M.Vəliyev küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50.5 kv.m yaşayış, 27,6 kv.m yardımçı olmaqla ümumi 78.1 kv.m sahədən ibarət olan 14 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışlar. Həmin ev paylı mülkiyyət deyil və tam pay olaraq İddiaçı mülkiyyətindədir. Hesab edir ki, şəxsə 4000 manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməlidir. Bundan başqa, Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddia tələbinin əsası kimi iddiaçı ona istinad etmişdir ki, Qusar şəhəri, M.Vəliyev küçəsində 0,04 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 78,1 kv.m. olan 14 saylı fərdi yaşayış evi atası tərəfindən ona bağışlamışdır və tam payla mülkiyyətindədir. Cavabdehlər həmin evdə qeydiyyatdadırlar və orada yaşayırlar. Hesab edir ki, 4.000 manat kompensasiya verməklə cavabdehləri həmin evdən yaşayış hüququna xitam verilməsini tələb edə bilər və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci və 228-ci maddəsinə istinad etmişdir. İddia tələbi mülkiyyətçinin əldə etdiyi mülkiyyət hüququndan sui-istifadə, ümumi ailənin yaşayış sosial vəziyyətinin çətinləşdirilməsinə yönəldiyindən bununla bağlı maddi hüququ normalarına ziddi olduğundan iddianı qəbul etmir. Belə ki, İddiaçı onun doğma bacısı, digər cavabdehlər Cavabdeh3 həyat yoldaşı, Cavabdeh2 isə oğludur. İş üzrə tərəflər ailə üzvləri olmaqla, adı çəkilən 14 saylı fərdi yaşayış evində qeydiyyatda olub, birgə yaşayırlar. Həmin ev mərhu atası Dalik Ağarəhimova məxsus olmuşdur. O və bacısı İddiaçı həmin evdə anadan olub, orada böyümüşlər. Yoldaşı Salihat həmin evə atasının sağlığında gəlin köçmüş, oğlu Nail orada anadan olmuşdur. Atası ölümündən əvvəl evi bacısı İddiaçı bağışlamışdır. Göründüyü kimi həmin evə bağışlama yolu ilə mülkiyyət hüququnu bacısı iddiaçı əldə edərkən, onlar həmin evdə qeydiyyatda olmaqla, birgə yaşayırlar və mülkiyyətin ona bağışlanması zamanı evdə olan yaşayış hüququna xitam veriləcəyinə dair öhdəlik götürməmişdir. Tam əksinə evə mülkiyyət hüququnun onun adına rəsmiləşdirilməsinə tərəfindən etiraz edilməməsi, gələcəkdə bir yerdə yaşamaqda davam etməsi razılaşması əsasında olmuşdur. O, da yeni mülkiyyətçi olaraq, evi əvəlki mülkiyyətçidən bu şəkildə qəbul etmişdir. Yəni iddiaçı həmin evə mülkiyyət hüququnu “onlar cavabdehlərin həmin evdə qeydiyyatda olmaqla, yaşadıqları və mülkiyyət hüququ ona keçəndən sonra da yaşayacaqları” kimi məhdudiyyətlə qəbul etmişdir. Bu baxımdan da iddiaçı tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsində təsbit olunmuş “mülkiyyətçinin ona mənsub əmlaka istəyinə uyğun sərəncam vermə” hüququndan sərbəst deyil, cavabdehlərə nisbətdə məhduddur. Çünki, hazırkı iddia ilə o, bağışlama yolu ilə ona keçmiş mülkiyyəti hüququndan cavabdehlərə nisbətdə sui-istifadə etmiş olur ki, bu da qeyd olunan maddənin tələbinə görə yol verilməzdir. Belə ki, adı çəkilən Məcəllənin 152.5-ci maddələrinin tələblərinə əsasən mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Bu məsələlərin həlli zamanı istifadə hüququnun yaranması və davam etməsi, istifadəsi zamanı mülkiyyətçi ilə bərabər ailə üzvlərinin yaşayış evindən istifadəsi mümkünsüzlüyü və s. dəlillər nəzərə alınmalıdır. Bu mövqey həmçinin mülkiyyətçinin keçmiş ailə üzvü üçün də eyndir. Qərara görə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi “istifadə hüququna xitam verilməsi” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi, yalnız bir “mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallar” yol verilir. Lakin hazırkı iddia tələbi ilə bağlı belə bir “mümkünsüzlük” halı mövcud deyildir. Belə ki, tərəflər ailə üzvü olmaqla, həmin evdə birgə yaşayaırlar. İstifadədə olan əmlak 3 yaşayış otaqlardan və köməkçi sahələrə malik fərdi yaşayış evindən və 0,04 ha. torpaq sahəsindən ibarət olduğundan, tərəflərin hər biri üçün birgə istifadə edilməsi imkanları genişdir. Ailə və birgə yaşayış münasibətləri iddianın qaldırıldığı müddətdən deyil, mülkiyyət hüququ iddiaçıya keçməmişdən əvvəl uzun müddət davam edir. İş üzrə tərəflər olan mülkiyyətçi və evdə istifadə hüququna malik ailə üzvlərinin birgə əmlakdan istifadəsi ilə bağlı hər hansı maneə mövcud deyildir. Bu baxımdan adı çəkilən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilməsinə dair iddiaçı tərəfindən irəli sürülən dəlillərin heç birinin hüquqi əsası yoxdur. İddia ərizəsinə baxılarkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiqləyərək izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh3 iddiaçının qardaşı arvadı və Cavabdeh2 isə iddiaçının qardaşı oğludur. Cavabdehlər hazırda isə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bağışlama müqaviləsinə əsasən iddiaçının atası Qusar rayonu, Qusar şəhəri, M.Vəliyev küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50.5 kv.m yaşayış, 27,6 kv.m yardımçı olmaqla ümumi 78.1 kv.m sahədən ibarət olan 14 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışlar. Həmin ev İddiaçı mülkiyyətindədir. Həmin evin şəraiti pisdir, evin qiymədi iddiaçının dediyinə görə 10 min manat təşkil edir. Evi bir mərtəbəli olmaqla üç otaqdan ibarətdir. Cavabdehlərin həmin evdən başqa yaşayış evinin olduğunu bilmir. Cavabdehlər hazırda yaşadığı həmin evdə qeydiyyatdadırlar. İddiaçı həmin evi satmaq istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, ev olan torpaq sahəsi 12 sotdur. Həmin evin qiyməti hazırda 40 min manat olar. Qonşusu eyni vəziyyətdə olan evi 40.000 manata satıb. İddiaçının qızı iki il əvvəl onlara yeddi min manat təklif edib, lakin o, razı olmamışdır. Həmin ev atasından qalmış evdir. O cəzaçəkmə müəssisəsində cəza çəkən vaxt atası evi iddiaçıya bağışlayıb. İddiaçı iki dəfə cəzaçəkmə müəssisəsinə onun yanına gəlib, atası evin onun adına keçirdiyini deyib, o da, öz razılığını bildirmiş və bu barədə imza etmiş, həmin vaxt iddiaçı ona hədə qorxu gəlməmiş, ona zor tətbiq etməmişdir. Sənədi imzalayanda atasının adında olan evin bacısının adına keçdiyini bilirdi. Onun başqa evi və torpaq sahəsi yoxdur. Orada 12 sot torpaq sahəsi var, ev üç otaqdan bir səkkiz metr uzunluğu olan zaldan ibarətdir. O, ailəsilə bir otaqda qalır. Evi o, keçən il təmir etmiş, təzə suvaq, boya və divar kağızı vurmuş, cəmi 500 manat xərc çıxmışdır. Evin hamamı yoxdur, mətbəx evin içindədir. Həmin evin yaşı çoxdur, köhnə evdir. Evin iddiaçıya verilməsinə böyük qardaşı razı olmayıb. İddiaçı altı ildir ki, onu həmin evdən çıxartmaq istəyir. İddiaçı həmin evə 5-6 ildən bir gəlir, bir gün qalıb gedir. Hazırda həmin evin kirayə haqqı 100 manat da olmaz. O cəzaçəkmə müəsssində olanda həmin evdə kirayəşin qalırdı, həmin evə də kirayə haqqı olaraq 100 manat verilirdi. Həmin evin şəraiti yaxşı deyil. İddiaçı onlara heç olmasa 15-16 min manat versə evdən çıxmağa razıdır, o da özünə ev tikmək üçün torpaq sahəsi alsın. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, 1996-cı ildə həmin evə gəlin köçmüşdür, 2008-ci ilə kimi həmin evdə yaşamış, əri cəzaçəkmə müəsssində gedəndən sonra dörd il atasının evində qalmış daha sonra təzədən mübahisəli evdə ailəsilə yaşamağa başlamış və hal hazıra-hazıra kimi həmin evdə yaşayır. Həmin ev ərinin atasının olub. Evin təmiri pis deyil yaşamaq olar, ancaq evin hamamı yoxdur. Hazırda həmin evin dəyəri 40.000 min manat olar. O cür evlərin kirayə haqqı 100 manat olar. İddiaçı onlara heç olmasa 16-17 min manat versə həmin evdən çıxmağa razı olarlar. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv/m, yardımçı sahəsi 27.6 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüuquq üzrə İddiaçı məxsusdur. İşdə olan **********72-10301 saylı fərdiyaşayış evinin texniki pasportunun suərindən görünür ki, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv/m, yardımçı sahəsi 27.6 kv/metr-dir. Həmin ev 1967-ci il də tikilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 18 mart 2021-ci il tarixli 703 saylı arayışın surətindən görünür ki, ünvan 3 ünvanda aşağıdakı şəxslər yaşayırlar. Cavabdeh1, Cavabdeh3 (qeydiyyatsız), Cavabdeh2. İşdə olan 23.10.08-ci il tarixli 14 saylı CGM-nın rəisi Ədliyyə Polkivnik-leytenantı Həsənov tərəfindən təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, 14 saylı cəzaçəkmə müəssəsində cəza çəkən Cavabdeh1 Qusar şəhəri M.Vəliyev küçəsində yerləşən 14 saylı evin, bacısı İddiaçı adına keçirilməsinə heç bir etirazı yoxdur. Onun adından bütün sənədlərin hazırlanması və imzalanmasını bacısı, Qusar şəhəri M.Vəliyev küçəsi ev 14-də qeydiyyatda olan İddiaçı etibar edir. İşdə olan AZ-İ 818046 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 nikahları 16 mart 2013-cü il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 39 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Ağarəhimova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ 539073 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh3dır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hərkəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.2-ci maddəsində göstərilir ki, Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İnsan Hüquqlarının vəƏsas X1 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, işin mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanda yerləşən istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv/m, yardımçı sahəsi 27.6 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə yaşamaqla mənzilə dair istifadə hüquqları vardır. Cavabdeh1 iddiaçının qardaşı, digər cavabdeh Salihat Ağakərimov iddiaçının qardaşı arvadı, cavabdeh Nail Ağakərimov isə cavabdehlərin oğludur. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin satmaq istədiyini bildirmişdir. Odur ki, hazırda iddiaçının mənzilə dair mülkiyyət hüququ ilə cavabdehlərin istifadə hüquqları toqquşur və iddiaçı cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Cavabdeh1 iddiaçının iddia tələbinə qarşı yalnız kompensasiyanın məbləği ilə bağlı etiraz etmiş, həmçinin, iddiaçı ilə onun daimi olaraq həmin evdə yaşaması ilə bağlı razılığa gəldiyini bildirmiş, lakin belə bir razılaşmanı məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin həmin etirazına dair dəlillərini qəbul etmir. Məhkəmə İddiaçı özünə məxsus Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin istifadə hüquqlarına 4000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehlərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin mənzilə oxşar bir mənzildə yaşamalarının təmin olunması üçün kifayətdir. Belə ki, qeyd olunan mənzil köhnə tikili olmaqla yaşayış sahəsi 78.1 kv.metr təşkil edir və Qusar şəhərində həmin ölçüdə və şəraitdə olan mənzillərin kirayə haqları yüksək deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Odur ki, cavabdehin etirazı iddiaçının iddia tələbinin əsaslı olmasını şübhə altına alacaq dərəcədə deyil və ona görə də, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 (dörd min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 (dörd min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar