Məhkəmə qərarları › İş №e-2(029)-429/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-429/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-429/2024 04.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə ” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə ” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RSK5722544 nömrəli, 17 iyul 2019-cu il tarixli müqavilə üzrə 774 manat əsas, 232 manat dəbbə pulu, RSK5761936 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 138 manat əsas, 41 manat dəbbə pulu, RSK5761937 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 750 manat əsas, 225 manat dəbbə pulu və 42 manat onun tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2202 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 17 iyul 2019-cu il, 13 yanvar 2020-ci il və 13 yanvar 2020-ci il tarixlərində Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında RSK5722544 nömrəli, RSK5761936 nömrəli, və RSK5761937 nömrəli hissəhissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən RSK5722544 nömrəli müqavilə üzrə 916 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. RSK5761936 nömrəli müqavilə üzrə 660 manat dəyəri olan 1 ədəd “X1 8” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. RSK5761937 nömrəli müqavilə üzrə 1000 manat dəyəri olan 1 ədəd “Riffel” markalı paltaryuyan alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən Alıcı RSK5722544 nömrəli müqavilə üzrə 34 manat ilkin ödəniş olmaqla, qalan 882 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 49 manat olmaqla, hər ayın 16-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5761936 nömrəli müqavilə üzrə 48 manat ilkin ödəniş olmaqla, qalan 612 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 51 manat olmaqla, hər ayın 12-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5761937 nömrəli müqavilə üzrə 40 manat ilkin ödəniş olmaqla, qalan 960 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 40 manat olmaqla, hər ayın 12-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5722544 nömrəli müqavilə üzrə 774 manat əsas, 232 manat dəbbə pulu olmaqla, 1006 manat, RSK5761936 nömrəli müqavilə üzrə 138 manat əsas, 41 manat dəbbə pulu olmaqla, 179 manat, RSK5761937 nömrəli müqavilə üzrə 750 manat əsas, 225 manat dəbbə pulu olmaqla, 975 manat, borcu yaranmışdır. Alıcı tərəfindən RSK5722544 nömrəli, 17 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə 10 manat ödəniş; RSK5761936 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-ci il tarixdə 50 manat ödəniş; RSK5761937 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Onun tərəfındən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 17 iyul 2019-cu il tarixli ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən görünür ki, fiziki şəxs İddiaçı Cavabdeh 916 (doqquz yüz on altı) manat məbləğində SAMSUNG GALAXY A50 SM-A505 BLUE satmışdır. İşdə olan 13 yanvar 2020-ci il tarixli ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən görünür ki, fiziki şəxs İddiaçı Cavabdeh 660 (altı yüz altmış) manat məbləğində X1 8 128 GB BLUE satmışdır. İşdə olan 13 yanvar 2020-ci il tarixli ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin surətindən görünür ki, fiziki şəxs İddiaçı Cavabdeh 1000 (min) manat məbləğində WM RİFFEL WRFM 81422W satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür/ Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 17 iyul 2019-cu il, 13 yanvar 2020-ci il və 13 yanvar 2020-ci il tarixlərində Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında RSK5722544 nömrəli, RSK5761936 nömrəli, və RSK5761937 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən RSK5722544 nömrəli müqavilə üzrə 916 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. RSK5761936 nömrəli müqavilə üzrə 660 manat dəyəri olan 1 ədəd “X1 8” markalı telefon alıcıya hissəhissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. RSK5761937 nömrəli müqavilə üzrə 1000 manat dəyəri olan 1 ədəd “Riffel” markalı paltaryuyan alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən Alıcı RSK5722544 nömrəli müqavilə üzrə 34 manat ilkin ödəniş olmaqla, qalan 882 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 18 ay müddətinə, aylıq 49 manat olmaqla, hər ayın 16-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5761936 nömrəli müqavilə üzrə 48 manat ilkin ödəniş olmaqla, qalan 612 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 51 manat olmaqla, hər ayın 12-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5761937 nömrəli müqavilə üzrə 40 manat ilkin ödəniş olmaqla, qalan 960 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 40 manat olmaqla, hər ayın 12-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5722544 nömrəli müqavilə üzrə 774 manat əsas, 232 manat dəbbə pulu olmaqla, 1006 manat, RSK5761936 nömrəli müqavilə üzrə 138 manat əsas, 41 manat dəbbə pulu olmaqla, 179 manat, RSK5761937 nömrəli müqavilə üzrə 750 manat əsas, 225 manat dəbbə pulu olmaqla, 975 manat, borcu yaranmışdır. Alıcı tərəfindən RSK5722544 nömrəli, 17 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 -ci il tarixdə 10 manat ödəniş; RSK5761936 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-ci il tarixdə 50 manat ödəniş; RSK5761937 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Məhkəmə "xxxx" KB ASC-nin Cavabdeh əsas borcuna dair göstərdiyi məbləğlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğlərin azaldılaraq RSK5722544 nömrəli, 17 iyul 2019-cu il tarixli müqavilə üzrə 5 (beş) manat, RSK5761936 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 5 (beş) manat, RSK5761937 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 5 (beş) manat məbləğlərində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edirki, iddia qismən təmin olunmalı, Cavabdeh RSK5722544 nömrəli, 17 iyul 2019-cu il tarixli müqavilə üzrə 774 (yeddi yüz yetmiş dörd) manat əsas, 5 (beş) manat dəbbə pulu, RSK5761936 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 138 (yüz otuz səkkiz) manat əsas, 5 (beş) manat dəbbə pulu, RSK5761937 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 750 (yeddi yüz əlli) manat əsas, 5 (beş) manat dəbbə pulu və İddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 1719 (min yeddi yüz on doqquz) manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh RSK5722544 nömrəli, 17 iyul 2019-cu il tarixli müqavilə üzrə 774 (yeddi yüz yetmiş dörd) manat əsas, 5 (beş) manat dəbbə pulu, RSK5761936 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 138 (yüz otuz səkkiz) manat əsas, 5 (beş) manat dəbbə pulu, RSK5761937 nömrəli, 13 yanvar 2020-ci il tarixli müqavilə üzrə 750 (yeddi yüz əlli) manat əsas, 5 (beş) manat dəbbə pulu və İddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 1719 (min yeddi yüz on doqquz) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar