Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-454/2022 21.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə, miras əmlakda payların müəyyən edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə, miras əmlakda payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 05 oktyabr 2021-ci il tarixli 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 və onun özünün adına verilmiş 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə və X3ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ½ hissədə-yəni 0,59355 ha hissədə onun və ½ hissədə, yəni 0,59355 ha hissədə Cavabdeh1 miras paylarının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1i ərazisində onun və mərhum anası X6 ümumi birgə mülkiyyətlərində 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. X50 əvəzinə həmin torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2020-ci il tarixdə onun və mərhum X3nın adına **********10 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X3 30 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbədə vərəsələri o və onun X4 qalmışlar. Anasının ölümündən sonra ondan miras qalmış torpaq sahəsini birinci növbədə vərəsələri, o və X4 faktiki qəbul edərək sahiblik etmişlər. X4 22 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra anasından miras qalmış torpaq sahəsindən o və qardaşının oğlu, iş üzrə Cavabdeh1 birlikdə istifadə etmişlər. Onun və mərhum X3nın ümumi birgə mülkiyyətlərində olan həmin 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adlarında səhvlər olmuşdur. O, həmin səhvləri aradan qaldırmaq üçün 2020-ci ildə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 24 iyul 2020-ci il tarixli 2(029)- 603/2020 saylı qətnaməsinə əsasən JN:0003 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı səhvlər aradan qaldırılaraq həmin Dövlət Aktının ona və mərhum anası X15ma məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra o, həmin 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən onun və mərhum X3nın adına 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. İş üzrə Cavabdeh1, ondan gizlin, mərhum X4nun ölümündən sonra onun vərəsəsi olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 08 oktyabr 2020-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun və mərhum anası X6 ümumi birgə mülkiyyətində olan 2,3742 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən anasının payına düşən torpağın yarısına qanunsuz olaraq bütünlüklə öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh Qusar rayon Notariat Ofisi 05 oktyabr 2021-ci il tarixdə 2V-981 saylı reyestrdə qeydiyyata almaqla, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun və mərhum X3nın ümumi birgə mülkiyyətində olan 2,3742 hektar torpaq sahəsindən anasının payına düşən torpağın yarısına bütünlüklə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, X3nın birinci növbədə vərəsələri olmaqla həm onun, həm də ki, X4nun vərəsəsi olaraq iş üzrə Cavabdeh1 adlarına hərəsinə 1/2 hissədə bərabər paylarda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilərdi. Bundan sonra Cavabdeh1 cavabdeh Qusar rayon Notariat Ofisinin verdiyi 05 oktyabr 2021-ci il tarixli, 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən həmin 2,3742 hektar torpaq sahəsinin 1/2 hissəsinə özünün və 1/2 hissəsinə onun mülkiyyət hüquqlarına dair 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Qusar rayon Notariat Ofisi X3nın birinci növbədə vərəsələrinin dairəsini dəqiq müəyyənləşdirmədən, qanunsuz olaraq Cavabdeh1 adına 05 oktyabr 2021-ci il tarixli 2V-981 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki X3nın birinci növbədə vərəsəsi olaraq onu heç axtarmağa da ehtiyac yox idi, vərəsəlik məsələsinin həll edildiyi torpaq sahəsinə dair çıxarışda onsuz da onun adı var idi. Bir daha qeyd etmək istəyir ki, mübahisənin predmeti olan ünvan 1ində yerləşən 2,3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və mərhum X3nın ümumi birgə mülkiyyətində olmuş, həmin torpaqda payları notariat və ya məhkəmə qaydasında ayrıca müəyyənləşdirilməmişdir. Qanunun tələbinə uyğun olaraq həmin 2,3742 ha torpaq sahəsinin yarısı, yəni 1,1871 ha hissəsi ona, digər yarısı olan 1,1871 ha hissəsi isə X3na məxsusdur. Buna uyğun olaraq o, X3ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/2 hissədə, yəni 0,59355 ha hissədə onun və 1/2 hissədə, yəni 0,59355 ha hissədə Cavabdeh1 paylarının müəyyənləşdirilməsini tələb edir. Ona görə də cavabdeh Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 05 oktyabr 2021-ci il tarixli, 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 və onun özünün adına verilmiş 16 noyabr 2021-ci il tarixli, **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli və X3ndan miras qalmış ünvan 1ində yerləşən 1,1871 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/2 hissədə, yəni 0,59355 ha hissədə onun və 1/2 hissədə, yəni 0,59355 ha hissədə Cavabdeh1 payları müəyyənləşdirilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, onun mərhum anası Oğlanbacı və mərhum qardaşı Ağakişi bir yerdə yaşamışlar, o isə 1985-ci ildən onlardan ayrılaraq Qusar şəhərində yaşamış, hal-hazırda da Qusar şəhərində kirayədə yaşayır. O, əvvəllər Rusiya Federasiyasında olmuş, Rusiya Federasiyasından qayıtdıqdan sonra da, anası və qardaşı ilə yaşamamış, ata yurdundan pay tələb etməmiş, payını onlara bağışlamış, özü isə onlardan ayrı yaşamışdır. Mübahisəli torpaq sahəsinə dair vergilər onun tərəfindən ödənilmiş, o, torpağa görə subsidiyalar almış, fermer kimi kartları olmuşdur. Həmin torpaq sahəsində fındıq ağacları əkmişdir. Cavabdeh özlərinə məxsus torpaq sahəsini satmış, mübahisəli torpaq sahəsini də satmaq istəyir. Həmin torpaq sahəsinin yarısından çox hissəsini özü istifadə edir, mirası faktiki qəbul etmişdir. Onun başqa bacı və qardaşları da var, onlardan rəhmətə gedənlər də var. Onlar həmin torpaq sahəsindən heç nə istəmirlər. Anası vəfat etdikdən sonra o, mirasın qəbul edilməsi ilə bağlı Qusar rayonu Notariat ofisinə müraciət etmişdir. O, iddianı vaxtında vermişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1i ərazisində iddiaçının və onun anasının ümumilikdə mülkiyyətində 2,3742 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi dövlət aktına əsasən həmin şəxslərin birgə mülkiyyətində olmuşdur. Sonradan həmin torpaq sahəsinə dair çıxarış verilmişdir. 2006-cı ildə iddiaçının anası vəfat etdikdən sonra həmin torpaq sahəsi iddiaçı və onun mərhum qardaşı Ağakişi tərəfindən istifadə olunmuşdur. İddiaçının qardaşı Ağakişi 22 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçının və onun anasının adına verilmiş həmin torpaq sahəsinə dair dövlət aktında adların səhv olduğuna görə məhkəməyə müraciət edilmiş, Qusar rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən həmin səhvlər aradan qaldırılmışdır. İş üzrə Cavabdeh1 iddiaçıdan gizli, iddiaçının mərhum qardaşı Ağakişinin ölümündən sonra onun vərəsəsi olaraq həmin torpaq sahəsindən iddiaçının anasının payına düşən torpağın yarısına qanunsuz olaraq bütünlüklə öz adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, sonra həmin torpaq sahəsinin ½ hissəsinə özünün və ½ hissəsinə isə iddiaçının mülkiyyət hüquqlarına dair çıxarış almışdır. Hazırda həmin torpaq sahəsini hər ikisi istifadə edir, formal olaraq həmin torpaq sahəsini 2 yerə bölmüşlər və iddiaçı orada fındıq bağı salmış, digər hissəsində isə taxıl əkmişdir. İddiaçı faktiki olaraq mirası qəbul etmiş, müddəti ötürməmişdir. Həmçinin, iddiaçı iddia müddətini ötürməmişdir. Mirasın qəbul edilməsi ilə bağlı iddiaçı rəsmi müraciət etməmişdir. Həmin torpaq sahəsinə dair bütün vergiləri iddiaçı ödəyir, lakin vergilərin ödənilməsi barədə qəbzlər onlarda yoxdur. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun nənəsi Oğlanbacı Ağakişiyeva 2006-cı ildə vəfat etmiş, 2017-ci ilə kimi nənəsinin torpaq sahəsini X47lə birlikdə o, istifadə etmişdir. X47 2017-ci ildə vəfat etmiş, bundan sonra mübahisəli torpaq sahəsinə o, baxmış, 2017-ci ilə kimi və bundan sonra həmin torpaq sahəsinə qulluq etmişdir. 2017-ci ildə əmisi Bilal Rusiyadan gələrək həmin torpaq sahəsinin özünə məxsus olduğunu demişdir. Əmisi Bilal 2017-ci ilədək həmin torpaq sahəsinin mövcudluğu haqqında heç xəbəri belə olmamışdır. Hətta, həmin torpaq sahəsinin harada yerləşdiyini bilməmişdir. O, torpaq sahəsində taxıl əkmiş, bir hissəsində isə fındıq bağı salmışdır. Atası Bilal 2017-ci ildə, vəfat etməmişdən əvvəl əmisi Bilalla öz aralarında razılaşaraq torpaq sahəsini bölmüş, nənəsinin mülkiyyət payı atasına, əmisi Bilalın mülkiyyət payı isə həmin şəxsə düşmüşdür. O, atası Ağakişi və nənəsi ilə bir yerdə yaşamış, əmisi Bilal isə ayrı yaşamışdır. Atası Notariusa müraciət edərək pul almasından əmisinin xəbəri olmuşdur. Həmin torpaq sahəsinə dair bütün vergilər onun tərəfindən ödənilmiş, mübahisəli torpaq sahəsində bütövlükdə fındıq ağacları onun tərəfindən əkilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində heç bir ağac əkilməmiş, digər işlər görülməmişdir. Torpaqda aparılan bütün əkin işlərini o, özü aparmışdır. Həmçinin, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə Qusar rayon Notariat Ofisinin notariusunun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının, onun nümayəndəsi və vəkilinin, Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.3742 hektar kənd təsərrəfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və X7 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-603/2020 saylı qətnaməsinin surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X12”nun və “İddiaçı Ağasəf oğlu”nun adına verilmiş JN:0003 KOD 30124028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının İddiaçı və X9 məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan AZ-İ 020755 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İşdə olan İ-İE 463093 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ağakişi Ağasəf oğlunun anasıdır. Ata qrafası isə boş saxlanılmışdır İşdə olan AZ-T 188425 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Bilal Aqassar oğlunun anasıdır. Ata qrafası isə boş saxlanılmışdır İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 11 iyul 2012-ci il tarixli 2V- 1251 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 30 iyul 2006-cı il tarixdə vəfat etmiş X8 vərəsəsi ünvan 1ində qeydiyyatda olan oğlu X19, şəhadətnamənin verildiyi miras əmlak kimi isə Əmanət Kassasına qoyulmuş 3462 nömrəli hesabdakı pul göstərilmişdir. İşdə olan AZ-İ 896447 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan XİX-JQ 296564 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Asəf Ağakişi oğlunun atasıdır. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli 2V-981 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X7 vərəsəsi kimi X16r, sonuncu xx.xx.2017-ci il tarixdə vəfat etdiyinə görə miras əmlakı Cavabdeh1 keçir. Şəhadətnamə verilən miras əmlak kimi xx.xx.2020-ci il tarixdə X9 verilmiş **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 2.3742 ha olan torpaq sahəsi göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X7 adlarına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 2.3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin digər 1/2 hissəsinə dair hüquq sahibi kimi İddiaçı göstərilmişdir. İşdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 255 saylı arayışdan görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X11 vəfat edənə kimi ünvan 1ində yaşamışdır. Onun vəfatından sonra aşağıdakı vərəsələr qalmışlar:
1. İddiaçı
2. X18-vəfat edib
3. X27
4. X25
5. X28-vəfat edib
6. X20
7. X17. Mərhumun vəfatından sonra əmlakını X18 (vəfat edənə kimi, sonra onun oğlu Cavabdeh1) və İddiaçı idarə edir. İşdə olan X21, X26 və X42 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli aktdan görünür ki, 30 iyul 2006-cı il tarixdə vəfat etmiş X8 və onun oğlu İddiaçı ünvan 1ində yerləşən 2,3742 ha torpaq sahəsi olmuşdur. X32 vəfat edənədək Cavabdeh1 atası X24 ilə birlikdə yaşamış və ona məhz Ağakişi Ağakişiyev baxmışdır. X32 vəfat etdikdən sonra ünvan 1ində yerləşən 2,3742 ha torpaq sahəsinin həmin şəxsə məxsus 1,1871 ha hissəsi məhz Ağakişi Ağakişiyev tərəfindən idarə olunmaqla onun sahibliyində olmuşdur. Ağakişi Ağakişiyev 2017-ci ildə vəfat etmişdir. Həmin şəxs vəfat etməmişdən əvvəl qardaşı İddiaçı ilə razılığa gəlmişlər ki, 2,3742 ha torpaq sahəsinin yarısını, yəni 1,1871 ha hissəsini İddiaçı, digər 1,1871 ha hissəsini isə Ağakişi Ağakişiyev istifadə etsin. Həmin vaxtdan etibarən uzun müddət razılıq əsasında həmin qaydada torpaq sahəsi istifadə olunmışdır. Ağakişi Ağakişiyev xəstələndikdən sonra isə sonuncunun oğlu Cavabdeh1 həmin 1,1871 ha torpaq sahəsindən istifadə etməyə başlamış, orada bağ sahəsi salmışdır. Cavabdeh1 6-7 ildir ki, həmin torpaqdan istifadə edir. İddiaçı isə özünün 1,1871 ha hissəsini istifadə etmişdir. İddiaçı torpaq sahəsinin X32ya məxsus 1,1871 ha hissəsini heç vaxt istifadə etməmiş, ona sahiblik etməmişdir. İşdə olan Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən görünür ki, yerli vergi ödəyicisi kodu 47251xxxxxxx olan Cavabdeh1 ünvan 1ində yerləşən torpaq sahəsinə görə 2021-ci il üçün 10.07 manat, ötən dövrlər üçün 10.07 manat, faiz məbləği 3.16 manat, cəmi ödəniləcək məbləğ 23.30 manat hesablanmaqla həmin borcun bələdiyyənin X53 filialında yerləşən VÖEN **********, AZ33AİİB******************** nömrəli hesabına X51 üzərindən bank və poçt şöbələri, ödəniş terminalı vasitəsilə nağd, www.gpp.az saytından isə ödəniş kartları vasitəsilə ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən Qusar rayonu Şirvanlı bələdiyyəsinin hesabına torpaq vergisi kimi 36,88 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan Qusar rayonu Şirvanlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 93 saylı arayışından görünür ki, ünvan 1 sakini Cavabdeh1 xx.xx.2022-ci il tarixə kimi qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 1.1871 ha torpaq sahəsinin vergisini ödəyir. İşdə olan Qusar rayon Notariat Ofisinin 11 mart 2022-ci il tarixli X-379 saylı mıəktubunun surətindən görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ona xx.xx.2006-cı ildə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlaka tam olaraq Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi üçün mümkün deyildir. Bununla bağlı hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. İşdə olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, o, iddiaçı tərəfindən hazırkı iddia üçün nəzərdə tutulmuş 2 ay iddia müddətinin ötürüldüyünü göstərərək iddiaçının iddiasına iddia müddəti tətbiq edilməklə iddiadan imtina olunaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədən görünür ki, o, Cavabdeh1 23 iyun 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsinin əsassız hesab edilməsini və iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1ində yerləşən 2.3742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X7 və İddiaçı adına qeydiyyata alınmışdır. Oğlanbacı Ağakişiyeva xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Həmin şəxs vəfat edənə kimi ünvan 1ində oğlu X24 ilə birlikdə yaşamış, onun oğlu, iş üzrə İddiaçı isə həmin kənddə qeydiyyatda olsa da, uzun müddətdir ki, Qusar şəhərində yaşayır. Oğlanbacı Ağakişiyeva vəfat etdikdən sonra onun cəmi yeddi vərəsələri qalmışdır. X36 istisna olmaqla digər vərəsələrdən heç biri X32nın mirasını qanunla müəyyən edilmiş müddət daxilində qəbul etməmiş, bu barədə ərizə ilə müvafiq notariat orqanına müraciət etməmişlər. Ağakişi Ağakişiyev isə həmin şəxsin Əmanət Kassasında olan hesabdakı pulunu miras əmlak kimi qəbul etmiş, bu barədə Qusar rayon Notariat Kontoruna müraciət etmiş və onun adına 11 iyul 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da, X33 Ağakişiyevanın vərəsəsi olaraq onun həmin mirasını qəbul edib ona yiyələnmişdir. Onun həmin mirası qəbul etməsinə iddiaçı da daxil olmaqla digər vərəsələrin heç biri etiraz etməmiş, bununla bağlı ona qarşı hər hansı iddia irəli sürməmişlər. Bundan başqa, Ağakişi Ağakişiyev mərhum X23 rayonu Qullar kəndində yerləşən mübahisəli torpaq sahəsinə də sahiblənməklə ondan istifadə etmiş, bunu iddiaçı tərəf də bildirmişdir. Ağakişi Ağakişiyev həmin torpaq sahəsinə məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq sahiblənmiş və ondan istifadə etmiş, oğlu Cavabdeh1lə birlikdə orada bağ sahəsi salmışdır. Ağakişi Ağakişiyev xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bundan sonra həmin torpaq sahəsinə onun oğlu, iş üzrə Cavabdeh1 sahiblənmiş, ondan istifadə etmiş, Qusar rayonu Şirvanlı bələdiyyəsində 1.1871 ha torpaq sahəsinə dair vergi ödəyicisi kimi qeydiyyata alınmış və torpaq sahəsinin torpaq vergilərini ödəmişdir. İddiaçı miras qoyan X32nın mirasını qəbul edərək ondan Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini-yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra onun oğlu Cavabdeh1lə birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməlidir. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras açıldığı vaxtdan təxminən 16 il müddət keçməsinə baxmayaraq belə bir ərizə verməmiş, miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, yalnız 11 mart 2022-ci il tarixdə bu barədə Qusar rayon Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. İddiaçı özünün iddiasını onun özünün miras qoyanla birlikdə mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması və bu səbəbdən də torpaq sahəsindən istifadə etməklə onu faktiki olaraq qəbul etməsi ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, torpaq sahəsinin mülkiyyətçisi kimi onun sahibi olmaq və ondan istifadə edilməsi mülkiyyət hüquq münasibətlərinə, torpaq sahəsinə vərəsə olaraq sahiblənmək və ondan istifadə edilməsi isə vərəsəlik hüquq münasibətlərinə aiddir. Birinci halda şəxs özünün mülkiyyətində olan əmlaka sahiblik edir və ondan istifadə edirsə, ikinci halda şəxs vərəsə kimi miras qoyanın mülkiyyətində olan əmlaka sahiblənir, ondan istifadə edir və onun mülkiyyətçisi olmaq niyyətini nümayiş etdirir. İddiaçı miras qoyan X32nın mirasını faktiki qəbul edərək ondan Ağakişi Ağakişiyevlə birgə istifadə etdiyini göstərsə də, onun torpaq sahəsinin mülkiyyətçisi kimi deyil, məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq istifadə etdiyini, ona sahibləndiyini-yəni Ağakişi Ağakişiyevlə, sonuncunun ölümündən sonra isə onun oğlu Asəf Ağkişiyevlə birlikdə torpaq sahəsinin məhz miras qoyan Oğlanbacı Ağakişiyevaya məxsus 1.1871 ha hissəsinin torpaq vergisinin ödənilməsində, orada bağ salınmasında iştirak etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 255 saylı arayışını isə onun Oğlanbacı Ağakişiyevanın mirasını faktiki qəbul etdiyini sübut edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışda İddiaçı Ağakişi Ağakişiyevlə və Cavabdeh1lə birlikdə əmlakı idarə etdiyi göstərilsə də, onun həmin əmlakı nə qismində idarə etdiyi, onun əmlakı idarə etməsinin nədə ifadə olunması dəqiq şəkildə göstərilməmişdir. Bundan başqa, Qusar rayonu Şirvanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişindən və xx.xx.2022-ci il tarixli 93 saylı arayışdan müəyyən olunur ki, Oğlanbacı Ağakişiyevanın 1.1871 ha torpaq sahəsinin torpaq vergisi ödəyicisi yalnız Cavabdeh1dir. Bundan başqa, İddiaçı özü də izahatında bildirmişdir ki, o, 1985-ci ildən valideynlərinin evindən çıxmış, uzun müddət Rusiya Federasiyasında yaşamış, Qusar rayonuna qayıtdıqdan sonra da valideynlərinin evində yaşamamış, oradan pay tələb etməmiş, anasından və qardaşı Ağakişi Ağakişiyevdən ayrı yaşamışdır. İddiaçı anası öldükdən sonra da, onun evinə köçərək orada yaşamamışdır. Bu, isə əslində həmin şəxsin əvvəlcədən valideynlərinin, o cümlədən miras qoyan anası Oğlanbacı Ağakişiyevanın mirasına yiyələnməklə həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olmadığına dəlalət edir. İddiaçı qardaşı Ağakişi Ağakişiyevlə torpaq sahəsinin formal bölüşdürülməsi və ondan istifadə edilməsi barədə razılığa gələrkən artıq mirası Ağakişi Ağakişiyev anası öldüyü vaxtdan faktiki olaraq qəbul etmiş, İddiaçı isə mirasın qəbul edilməsi müddətini ötürmüşdü. Həmçinin, o, torpaq sahəsinin formal olaraq bölünməsində və torpaq sahəsindən istifadə edilməsində vərəsə kimi deyil, torpaq sahəsinin birgə mülkiyyətçisi kimi iştirak etmişdir. Ağakişi Ağakişiyevin torpaq sahəsindən istifadə etməsi isə onun miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasına dair vərəsəlik hüququndan irəli gəlmişdir. Bilal Ağakşiyevin mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçisi olması isə onun X32nın mirasını faktiki qəbul etmə kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı birgə mülkiyyət hüququnun vərəsəlik hüququna aidiyyəti yoxdur və onun vərəsə olub-olmaması onun həmin torpaq sahəsinin birgə mülkiyyətçisi olmasına heç bir təsir etmir. Bundan başqa, İddiaçı ölən qardaşı Ağakişi Ağakişiyev həm də, miras qoyan Oğlanbacı Ağakişiyevanın mirasının bir hissəsini-yəni Əmanət Kassasındakı hesabda olan pul vəsaitini mirasın qəbul edilməsinin formal üsulu ilə-yəni ərizə vermək yolu ilə qəbul etmişdir. Ağakişi Ağakişiyev öldükdən sonra isə onun X32nın mirasına dair bütün hüquqları oğlu Cavabdeh1 keçmiş və bu səbəbdən də, həmin mirasa dair Qusar rayon Notariat Ofisi haqlı olaraq həmin şəxsin adına məlum qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Odur ki, məhkəmə iddiaçının X32nın mirasını faktiki olaraq qəbul etməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qəbul etmir, onun iddiasını qanuni və əsaslı hesab etmir. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini müzakirə edərək aşağıdakıları qeyd edir. Göründüyü kimi, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı məlum mirasa dair Ağakişi Ağakişiyevin, onun vəfatından sonra isə oğlu Cavabdeh1 X32nın mirasına sahibləndiyini, onun yaşadığı evdə yaşamaqda davam etdiklərini, miras əmlaklardan istifadə etdiklərini, həmçinin Ağakişi Ağakişiyevin miras qoyanın Əmanət Kassasında olan hesabındakı pulu vərəsə kimi qəbul edib ona yiyələndiyini bilsə də, bununla bağlı nə Ağakişi Ağakişiyevə, nə də Cavabdeh1 qarşı iddia irəli sürməmiş, bununla bağlı susmuşdur. İddiaçı özünün hazırkı iddiasında da torpaq sahəsindən Ağakişi Ağakişiyevin, onun vəfatından sonra isə oğlu Cavabdeh1 istifadə etdiyini göstərmişdir. Bununla da, o, özünün torpaq sahəsinin birgə mülkiyyətçisi, həmin şəxslərin isə məhz Oğlanbacı Ağakişiyevanın vərəsəsi olaraq torpaq sahəsindən istifadə etdiklərini, bununla da, miras qoyanın mirasını faktiki olaraq qəbul etdiklərini uzun müddət əvvəl bilmiş, buna baxmayaraq mirasın onların tərəfindən qəbul edilməsi ilə bağlı heç bir mübahisə açmamış, bununla bağlı iddia irəli sürməmişdir. Bununla da, məhkəmənin qənaətinə görə mirasın qəbul edilməsi ilə bağlı mübahisə üzrə iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə, miras əmlakda payların müəyyən edilməsinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə, miras əmlakda payların müəyyən edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV