Məhkəmə qərarları › İş №e-2(029)-469/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-469/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-469/2024 30.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması” tələbinə dair iddia tələbi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3cü mərtəbəsində yerləşən tikintisi başa çatmamış, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınması və Cavabdeh üzərinə, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-342 Reyestr №-li ilkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, tərəflər - “Satıcı”, Qusar rayonun Köhnə Xudat Ərazi Dairəsi, Köhnə Xudat kəndində yaşayan Cavabdeh (ŞV AA*******, xx.xx.2019, ASAN-QUBA,FİN: xxxxxxx; d/1:3.02.1990) ilə “Alıcı” - Qusar rayonun Kuzunqışlaq Ərazi Dairəsi, Zindanmuruq qışlaq kəndində yaşayan İddiaçı (ŞV AA*******, xx.xx.2019, ASAN- QUBA , FİNxxxxxxx; d/t: xx.xx.1969) arasında 18 sentyabr 2022-ci il tarixdə, Reyestrdə 3M-342 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsi bağlanaraq notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin predmeti, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir. Müqavilənin 2.1-ci maddəsinə görə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən, “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi, “oxdan-oxa” 70,0 kv.m olan hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə görə də bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci maddəsinə əsasən birinci tərəf - yəni “Satıcı”, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə - yəni “Alıcı”ya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin - yəni “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə görə ikinci tərəf - yəni “Alıcı”, birinci tərəf - yəni “Satıcı” ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəya dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 5.5-ci maddəsinə görə də həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alqı-satqı müqaviləsinin bağlanması anınadək qüvvədədir. Müqaviləyə əsasən iddiaçı, yəni - “Alıcı” tərəfindən müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müddətinin tamamlandığı xx.xx.2023-cü il tarixdə həmin məbləği ödəmək üçün cavabdeh, yəni - “Satıcı” ilə əlaqə saxladıqda bildirilmişdir ki, həmin ödəniş, bayramdan sonra - yəni 2024-cü ilin yanvar ayının əvvəlində həyata keçirilsin. Lakin həmin bayramdan sonra cavabdeh, iddiaçı ilə görüşməkdən yayınır, eləcə də iddiaçıya məlum olmuşdur ki, bina tikilib tamamlanmamış və müqavilənin predmeti olan 70 kv.metrdən ibarət yaşayış sahəsi də “Alıcı”ya təhvil verilməsi üçün hazır deyildir. Halbu ki, tərəflər arasında bağlanmış həmin müqavilənin mətnindən görünür ki, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi yaşayış sahəsinin inşası tamamlanmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. Əks halda, yəni yaşayış sahəsi iddiaçıya təhvil verilib alqı-satqı müqaviləsi bağlanmadan, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqavilənin məzmununa və məntiqə ziddir və həmin 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi ilə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Alqı-satqı müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınmadan da tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Cavabdehin bu hərəkəti də qeyd olunan İlkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin, yəni tərəflər arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli müqavilənin 3.1ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin “Satıcı” tərəfindən pozulmasıdır. Ona görə də qeyd olunan tikilinin tamamlanıb “Alıcı”ya təhvil verilməsi və müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin edib, müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi barədə Pretenziya - Xəbərdarlıq məktubu ilə, iddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdeh isə həmin məktubu 22 yanvar 2024-cü il tarixdə Xəbərnamə qəbzini imzalayıb qəbul etməsinə baxmayaraq, bu günə kimi heç bir nəticəsi yoxdur və iddiaçının müraciətinə cavab verilməmişdir. Bununla da Cavabdeh, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-342 Reyestr №-li İlkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəlikləri yerinə yetirməyərək, həmin yaşayış sahəsinin inşasının tamamlanmasını, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı iddiaçıya satması, alqı-satqı müqaviləsi bağlaması və daşınmaz əmlakın onun mülkiyyətinə verməsi barədə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, bununla bağlı iddiaçının rəsmi müraciətinə cavab belə vermir. Bütün göstərilənlərə görə də Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən tikintisi başa çatmamış, sahəsi “oxdanoxa” 70 kv.m olan yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmalı və Cavabdeh üzərinə, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M- 342 Reyestr №-li İlkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın dəyişdirilərək onun tələbinin həcminin azaldılması dair ərizə verərək bildirmişdir ki, Cavabdeh üzərinə, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-342 Reyestr №-li ilkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-Şəkərəli oğlunun ona qarşı mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması tələbinə iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş,iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, tərəflər arasında 18 sentyabr 2022-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanaraq notarial qaydada təsdiq edilib. Həmin müqavilədə göstərildiyi kimi pulun 20 min manatı iddiaçı ilkin olaraq ödəyib, iddiaçı qalan 22 min manatı da 31 dekabr 2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürüb. Mənzilin dəyəri 42 min manat məbləğində müəyyən edilib, həmin məbləğ müqavilənin 2.1-ci bəndində yazılıb. 31 dekabr 2023-cü il tarixdə iddiaçı cavabdehə zəng edərək qalan pulunu da ödəmək istədiyini deyib, cavabdeh də pulu yeni il bayramdan sonra ilk iş günündə ödəməsini deyib. 31 dekabr 2023-cü il tarixdə iddiaçı cavabdehə zəng edərək qalan pulunu da ödəmək istədiyini deməsi, cavabdeh də pulu yeni il bayramdan sonra ilk iş günündə ödəməsini deməsi barədə məhkəməyə sübut təqdim edə bilmir. Yanvarın ilk iş günündə iddiaçı pulu ödəmək istəyəndə cavabdeh müqavilənin şərtləri pozduğuna görə pulu qəbul etməyib, verdiyi 20 min manatı geri götürməsini, artıq evi satmadığını bildirib. Bundan əvvəl cavabdeh tikintiyə pul lazım olduğunu deyib iddiaçıdan qeyri rəsmi olaraq 10 min manat pul alıb, lakin həmin pul sonradan iddiaçıya qaytarıb. İddiaçı onunla müqavilə bağladıqdan sonra cavabdehə xəbərdarlıq məktub yazaraq 22 min manatın ödənilməsi üçün bank hesabını tələb etmişlər, lakin cavabdeh həmin məktubu şəxsən almasına baxmayaraq onlara bank hesabı verməmişdir. Evin dəyəri kvadratı 600 manatdan hesablanıb, sonradan cavabdeh kvadratı 900 manatdan satacağını deyib əlavənin ödənilməsini tələb edib, daha sonra cavabdeh mənzili başqa şəxsə satacağını, şərtləri dəyişdiyini deyib mənzili iddiaçıya satmaqdan imtina edib. Tərəflərin danışığından sonra üstündən bir həftə keçib, o qədər müddət də keçməyib, 15 gündən sonra da xəbərdarlıq məktub göndərib. Sonuncu məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, müqavilənin 5.4-cü bəndində qeyd edilib ki, müqavilənin icrası zamanı meydana çıxan bütün mübahisələr qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilir. Bu yolla öz həllini tapmayan mübahisələr qüvvədə olan qanunvericilik əsasında məhkəmə qaydasında həll edilir.İddiaçı kənddə yaşayır, onun bank hesablardan başı çıxmır. İlkin müqavilənin bağlanmasının təşəbbüskarı yəqin cavabdeh tərəf olar. İlkin alqı-satqı müqaviləsində hər hansı hesab yazılmayıb, nə də iddiaçıya hər hansı hesab verilməyib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 dediklərini təsdiq etmişdir. Sonuncu məhkəmə iclası barədə İddiaçı oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı tərəf ödənişlərin edilməsi üçün hesab nömrəni istədiyini deyir, ancaq birinci ödəniş olanda notariat kontoru vasitəsi ilə olub. Onlar pulu notariusun hesabına köçürüb, oradan da o götürmüşdür. İddiaçı pulunun olmadığını, nəyinsə satıb ödəniş edəcəyini demişdir. Buna görə də iddiaçı onu ziyana salıb, tikinti materialları vaxtında ala bilməmişdir. İddiaçı ödəniş qaydalarını yaxşı bilir, ona başa salmışdır ki, ödənişi notariusun hesabına ödəsin. Yanvar ayını 9-da iddiaçı onun yanına gələrək pulun olmadığını, əllərində 9 min manatın olduğunu, qalan məbləğin də sonra ödəyəcəyini demiş, onların mübahisəsi də bundan sonra yaranmışdır. Sonradan iddiaçı ona məktub göndərib, o yenə iddiaçını başa salmışdır ki, pulu notariusun hesabına ödəsin. O, iddiaçının ödədiyi pulu qaytarmağa razıdır. İddiaçı ona 10 min manat pul əlbəəl verməyib. Sonuncu məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiaya dair yazılı şəkildə mülahizə təqdim edərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır, iddianın təmin edilməsinə dair qanuni və faktiki əsaslar yoxdur. Tərəflər arasında notariat orqanında bağlanmış 18 sentyabr 2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndə iddiaçının qeyd etdiyi öhdəliklərin həmin qaydada ardıcıllığı müəyyən olunmamışdır. 18 sentyabr 2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin 2.1 bəndindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən 0.0825 ha torpaq sahəsi üzərində inşa edəcək binanın 3-cü mərtəbəsində yerləşəcək “oxdan-oxa” 70 kv.m olan hissəsinin dəyəri 42.000 manat dəyərində müəyyən edilmişdir, alıcı satıcıya ilkin olaraq 20.000 manat ödəyir, qalan 22.000 manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1 bəndinə görə, Birinci tərəf, yəni cavabdeh N. Ağayev Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin Dövlət reyestrindən çıxarışın alınması və əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakı ikinci tərəfə, yəni İddiaçı satmağı, alğı- satqı müqaviləsini bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1 bəndinə görə, ikinci tərəf, yəni İddiaçı birinci tərəflə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəyə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin qeyd olunan bəndlərindən göründüyü kimi, ilk öncə iddiaçı tərəf cavabdehə ilkin 20.000 manat və xx.xx.2023-cü il tarixinədək 22.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə belə bir bənd yoxdur ki, alıcı 20.000 manatı satıcıya ödəməli, satıcı daşınmaz əmlakın inşasını başa çatdırmalı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almalı, yüklülük arayışı almalı və sonra əsas müqavilə imzalanarkən alıcı satıcıya 22.000 manatı ödəməlidir və əsas alqı-satqı müqaviləsi tərəflər arasında imzalanmalıdır. Müqavilədə alıcı ilkin olaraq satıcıya 20.000 manat ödəməli, xx.xx.2023-cü il tarixinədək isə 22.000 manatı ödəməlidir. Müqavilədə satıcının daşınmaz əmlakın inşasını başa çatdırmaq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almaq, yüklülük arayışı almaq müddətlə müəyyənləşdirilməyibdir. Ona görə də iddia ərizəsində 22.000 manatı binanın inşası başa çatdırıldıqdan, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yüklülük arayışı alındıqdan sonra əsas alqı-satqı müqaviləsi imzalanan vaxt 22.000 manat pulu satıcıya ödəyəcəyi barədə iddianın dəlilləri ilkin alqı-satqı müqaviləsinin tələblərinə uyğun deyildir. Cavabdeh mülkiyyətində olan Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən 0.0825 ha torpaq sahəsi üzərində inşa edəcək binanın ümumilikdə (3-cü mərtəbəsində yerləşəcək “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsi də daxil olmaqla) inşa edilib həmin binaya Dövlət reyestrindən çıxarış alması üçün məlumatlandırma icraatı həyata keçirilməli, bundan sonra müvafiq hüquqi prosedurlar çərçivəsində müvafiq icra hakimiyyəti orqanı həmin tikintiyə dair iradlarını bildirmədikdə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrini aparan quruma müraciət etməli, həmin müraciətin təmin edilib-edilməməsi, təmin edilmədikdə inzibati icraat qaydasında məhkəmədə inzibati mübahisənin irəli sürülməsi, çıxarılmış məhkəmə aktının qanuni qüvvəyə minməsi, icraya yönəlməsi və s. müəyyən zaman tələb edir. İddiaçı ilkin alqı-satqı müqaviləsi ilə 22.000 manat pulu cavabdehə ödəməsi və cavabdehin onun pulunu qəbul etməməsi barədə dəlilləri tamamilə əsassızdır. Belə ki, iddiaçı xx.xx.2023- cü il tarixinədək cavabdehə heç bir müraciət etməmiş, bunlar yalan və uydurmadır. İddiaçı xx.xx.2023-cü il tarixinədək cavabdehə ilkin müqavilə üzrə 22.000 manat pulu ödəməyi təklif etməmiş, əksinə Cavabdeh ona pulun qalan hissəsini ödəmək tələbinə cavab olaraq bildirmişdir ki, pulları yoxdur, heyvanları satıb pulu düzəldər. İddiaçı 22.000 manat vəsaiti cavabdehə ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, ilkin müqavilə üzrə 22.000 manat pulun ödənilməsi üçün cavabdehə müraciət etməyə ehtiyac yoxdur, iddiaçı 22.000 manat pulu xx.xx.2023-cü il tarixinədək cavabdehə - ödəmək fikri olsaydı, 22.000 manat pulu notariusun depozit hesabına ödəyə bilərdi və ya pulu cavabdehin adına poçt vasitəsilə göndərərdi, lakin iddiaçı bunları etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 160-1-ci hissəsinin ikinci abzasında qeyd olunur ki, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixinədək, yəni sonuncu gün olan xx.xx.2023- cü il tarixdə 22.000 manat pulu ödəmək istəyi olmamışdır və o, ilkin alqı-satqı müqaviləsinin şərtlərini pozaraq öhdəliyini icra etməmişdir. İlk olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Sözügedən ilkin müqavilə gələcəkdə bağlanacaq əsas müqavilənin predmetini və digər mühüm şərtlərini özündə əks etdirməlidir. Lakin ilkin müqavilənin müddəti müəyyən olunmamış, əsas alqı-satqı müqaviləsinin mühüm şərtlərini özündə əks etdirməmişdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla əqdin bağlanması tələb olunur, hazırki halda sözügedən “İlkin müqavilə” qeyd olunan maddələrin tələblərinə cavab vermir. Mülki Məcəllənin 402.1-402.3-cü maddələrində nəzərdə tutulmuş ilkin müqavilə təşkilati müqavilədir. Belə ki, ilkin müqaviləyə əsasən əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Qanunvericiliyin adı çəkilən maddələrinin mənasına görə, ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan verən şərtlərlə yanaşı, əsas müqaviləni tərəflərin hansı müddətə bağlamağı öhdələrinə götürdükləri də nəzərdə tutulmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”ndə əsas müqavilənin hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməmişdir. Bu hal onu deməyə əsas verir ki, Mülki Məcəllənin 402.2-ci maddəsinə əsasən, qeyd olunan İlkin müqavilə mülki qanunvericiliyinin tələblərinə görə ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməklə bağlanmışdır. Bundan başqa, Mülki Məcəllənin 402.4-cü maddəsi tələb edir ki, İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməlidir, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin ’(bağlandığı andan bir il müddətində bağlanmalıdır. Lakin hazırki İlkin alqı-satqı müqaviləsinin 5.5-ci bəndində qeyd olunur ki, “Həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alqı- satqı müqaviləsinin bağlanılması anınadək qüvvədədir”. Müqavilədə alqı-satqı müqaviləsinin nə vaxt bağlanacağı göstərilməmişdir, yəni əsas alqı-satqı müqaviləsinin bağlanacağı müddət müəyyənləşdirilməmişdir. Mülki Məcəllənin 402.5-ci maddəsi mübahisə tərəflərinin əsas müqaviləni bağlamalı olduqları müddət qurtarana qədər bağlanmadığı hallarda və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərmədiyi halda, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilməsini ehtiva edir. Bu mülki qanunvericiliyin tələbidir. Hazırki mülki mübahisənin faktiki hallarından da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə bağlanmış “İlkin alqı-satqı müqaviləsi” üzrə ilkin 20.000 manat ödəniş olmuş, müqavilədə digər vəsait- 22.000 manat pulun xx.xx.2023-cü il tarixinədək ödənilməsi göstərildiyindən həmin tarixdə iddiaçı tərəfindən pulun ödənilməməsi və ilkin alqı-satqı müqaviləsinin bağlamaq barədə təklif göndərməməsi müqavilə üzrə öhdəliklərin xitamına səbəb olur. Mülki Məcəllənin maddi hüquq normaları bu məsələyə konket münasibət bildirmişdir. İddiaçı və cavabdeh tərəfin həmin müqavilə üzrə öhdəliklərinə xitam verilməsi həmin öhdəliyin artıq olmamasını ehtiva edir. Bu hal İddiaçı Cavabdeh ödədiyi 20.000 manat pulun geri tələb etmək hüququnu yaradır. Bundan başqa hazırki mülki mübahisədə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi”nin yuxarıda qeyd olunan qanunda nəzərdə tutulan ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməklə bağlanması ilə yanaşı müqavilədə satıcı-Cavabdeh Müqavilənin 3.1-ci bəndində qeyd olunan “Birinci tərəf Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin Dövlət reyestrindən çıxarışın alınması və əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alması” barədə müqavilə şərti məhkəmə tərəfindən əhəmiyyətsiz şərt hesab edilməlidir. Daşınmaz əmlaka dair Dövlət reyestrindən çıxarışın alınması öhdəliyinin icrası cavabdehdən asılı olan hal deyildir və bu öhdəliyin icrası mümkün olmaya da bilər və ya uzun müddət icrası ləngiyə bilər və s. Müqavilə tərəfinin belə bir şərtdən asılı etmək müqavilənin təbiətinə uyğun deyildir. Belə ki, Cavabdeh daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydə aldırmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdə, hüquqların qeydiyyatından imtina edilə bilər, inzibati məhkəmə mübahisəsi qaldırıldıqda, məhkəmələr həmin iddianı təmin etməyə bilər və s. Müqavilənin həmin şərti əhəmiyyətsizdir. İddiaçı tərəfin cavabdehdən müqavilənin bu şərtlərinin icrasını tələb etmək barədə subyektiv hüququ yoxdur. Bu cür tələb inzibati icraat qaydasında inzibati orqana qarşı irəli sürülə bilər və həmin orqanın üzərinə qoyula bilər. Məhkəmənin qətnaməsi ilə şəxsin üzərinə belə öhdəlik qoyulması həmin qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına almış olar. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 yazılı şəkildə olan mülahizəsini əsas tutaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan 18 sentyabr 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir. Müqavilənin 2.1-ci maddəsinə görə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən, “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi, “oxdan-oxa” 70,0 kv.m olan hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə görə də bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci maddəsinə əsasən birinci tərəf - yəni “Satıcı”, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə - yəni “Alıcı”ya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin - yəni “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə görə ikinci tərəf - yəni “Alıcı”, birinci tərəf - yəni “Satıcı” ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəya dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 5.5-ci maddəsinə görə də həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alqı-satqı müqaviləsinin bağlanması anınadək qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin mübahisə edilməyən faktiki halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 18 sentyabr 2022-ci il tarixli ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin predmetini Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklər təşkil etmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən, “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi, “oxdan-oxa” 70,0 kv.m olan hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə görə bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci maddəsinə əsasən birinci tərəf - yəni “Satıcı”, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə - yəni “Alıcı”ya satmağı, alqısatqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin - yəni “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə görə ikinci tərəf - yəni “Alıcı”, birinci tərəf - yəni “Satıcı” ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəyə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında mövcud olan hüquq münasibətləri alqı-satqı münasibətlərinə aiddir və tərəflərin razılaşmasının mahiyyəti gələcəkdə mənzilin alğı-satqı müqaviləsinin bağlanmasından ibarətdir. Belə olan halda, hüquqi dəyərləndirmə zamanı ilk öncə Mülki Məcəllənin ilkin müqavilənin bağlanması qaydalarını tənzimləyən müddəalarına istinad olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əsasən ilkin müqavilədə gələcəkdə bağlanması nəzərdə tutulan əsas müqavilənin bağlanması müddəti göstərilməlidir. Əgər həmin müddət müəyyən olunmazsa əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin müddət qurtaranadək əsas müqavilə bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Tərəflər arasında bağlanmış məlum ilkin alğı-satqı müqaviləsindən görünür ki, tərəflər əsas müqavilənin hansı müddət daxilində bağlanmalı olduğunu göstərməmişlər. Belə olan halda, nəzərdə tutulan əsas müqavilə 1 il müddətində bağlanmalı idi. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər ilkin müqavilənin bağlandığı vaxtdan, yəni 18 sentyabr 2022-ci il tarixdən 1 il müddətində tərəflər arasında əsas müqavilə bağlanmamış və belə bir müqavilənin bağlanması ilə bağlı iddiaçı tərəfindən Cavabdeh təklif göndərilməmişdir. Eyni zamanda, iddiaçı ilkin müqavilədə gələcəkdə satın alacağı mənzilin dəyərinin qalan hissəsini, yəni 22000 manat hissəsini xx.xx.2023cü il tarixədək cavabdehə ödəyəcəyini öhdəsinə götürsədə, həmin öhdəliyini də yerinə yetirməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə ilkin müqavilə üzrə tərəflərin, o cümlədən Cavabdeh öhdəliklərinə xitam verilmişdir. Bundan başqa, ilkin müqavilədə cavabdehin üzərinə gələcəkdə satılacaq mənzilin dövlət reyestrindən Çıxarışın alınması öhdəliyi qoyulsa da, həmin öhdəlik barədə şərt etibarlı hesab oluna bilməz. Belə ki, alqı-satqı prosesində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın alınması xüsusi hüquq münasibətləri çərçivəsində deyil, ümumi hüquq münasibətləri çərçivəsində, yəni inzibati icraat qaydasında həyata keçirilir və xüsusi hüquq münasibətləri çərçivəsində hüquq münasibəti iştirakçısının üzərinə belə bir öhdəliyin qoyulması Mülki Məcəllənin tələblərinə ziddir. İddia ərizəsinə nəzər saldıqda iddia tərəfin istinad etdiyi maddi hüquq normaları ilə, yəni iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları və mövcud olan hüquq münasibətləri uzlaşmadığı müəyyən olunur. Məhkəmə, tərəflərin izahatlarını, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 yazılı şəkildə olan mülahizəsini əsas tutaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar