Məhkəmə qərarları › İş №e-2(029)-477/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-477/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-477/2024 01.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-Vəkil1, Cavabdeh və onun nümayəndəsi-Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin üzərinə müqavilə öhdəliklərinin qoyulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması və cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və Cavabdeh mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən tikintisi başa çatmamış, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və Cavabdeh üzərinə, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 Reyestr №-li ilkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə göndərərək Cavabdeh üzərinə, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 Reyestr №-li İlkin alqı- satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər - “Satıcı”, Qusar rayonu Köhnə Xudat kəndində yaşayan Cavabdeh ilə “Alıcı” - Qusar rayonu Köhnə Xudat kəndində yaşayan İddiaçı arasında 18 sentyabr 2022-ci il tarixdə, Reyestrdə 3M-341 № ilə qeyd edilmiş ilkin alqı-satqı müqaviləsi bağlanaraq notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin predmeti, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklərdir. Müqavilənin 2.1-ci maddəsinə görə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən, “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi, “oxdan-oxa” 70,0 kv.m olan hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə görə də bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci maddəsinə əsasən birinci tərəf yəni “Satıcı”, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə - yəni “Alıcı”ya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin - yəni “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə görə ikinci tərəf - yəni “Alıcı”, birinci tərəf - yəni “Satıcı” ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəya dair bağlanacaq alqısatqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 5.5-ci maddəsinə görə də həmin müqavilə bağlandığı andan qüvvəyə minir və alqı-satqı müqaviləsinin bağlanması anınadək qüvvədədir. Müqaviləyə əsasən iddiaçı, yəni - “Alıcı” tərəfindən müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müddətinin tamamlandığı xx.xx.2023-cü il tarixdə həmin məbləği ödəmək üçün cavabdeh, yəni - “Satıcı” ilə əlaqə saxladıqda bildirilmişdir ki, həmin ödəniş, bayramdan sonra - yəni 2024-cü ilin yanvar ayının əvvəlində həyata keçirilsin. Lakin, həmin bayramdan sonra cavabdeh, iddiaçı ilə görüşməkdən yayınır, eləcə də iddiaçıya məlum olmuşdur ki, bina tikilib tamamlanmamış və müqavilənin predmeti olan 70 kv.metrdən ibarət yaşayış sahəsi də “Alıcı”ya təhvil verilməsi üçün hazır deyildir. Halbuki, tərəflər arasında bağlanmış həmin müqavilənin mətnindən görünür ki, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməli olduğu xx.xx.2023-cü il tarixə kimi yaşayış sahəsinin inşası tamamlanmalı və həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalı idi. Əks halda, yəni yaşayış sahəsi iddiaçıya təhvil verilib alqı-satqı müqaviləsi bağlanmadan, onun dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin xx.xx.2023-cü il tarixə kimi ödənilməsi müqavilənin məzmununa və məntiqə ziddir və həmin 22000 (iyirmi iki min) manat məbləğin ödənilməsi ilə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması eyni zamanda icra olunmalıdır. Alqı-satqı müqaviləsinin predmeti olan qeyriyaşayış sahəsi hazır olmadan, həmin sahəyə dair dövlət reyestrindən çıxarış, eləcə də əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alınmadan da tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması sadəcə mümkün deyildir. Cavabdehin bu hərəkəti də qeyd olunan İlkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin, yəni tərəflər arasında bağlanmış 18 sentyabr 2022-ci il tarixli müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərin “Satıcı” tərəfindən pozulmasıdır. Ona görə də qeyd olunan tikilinin tamamlanıb “Alıcı”ya təhvil verilməsi və müqavilə üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini təmin edib, müqavilənin dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi barədə Pretenziya - Xəbərdarlıq məktubu ilə, iddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət edilmiş, cavabdeh isə həmin məktubu 22 yanvar 2024cü il tarixdə Xəbərnamə qəbzini imzalayıb qəbul etməsinə baxmayaraq, bu günə kimi heç bir nəticəsi yoxdur və iddiaçının müraciətinə cavab verilməmişdir. Bununla da, Cavabdeh, iddiaçı X2 ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M-341 Reyestr №-li İlkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəlikləri yerinə yetirməyərək, həmin yaşayış sahəsinin inşasının tamamlanmasını, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı iddiaçıya satması, alqı-satqı müqaviləsi bağlaması və daşınmaz əmlakın onun mülkiyyətinə verməsi barədə üzərinə düşən öhdəlikləri yerinə yetirmir, bununla bağlı iddiaçının rəsmi müraciətinə cavab belə vermir. Bütün göstərilənlərə görə də Cavabdeh üzərinə, İddiaçı ilə aralarında bağlanmış 18 sentyabr 2022-ci il tarixli, 3M- 341 Reyestr №-li İlkin alqı-satqı müqaviləsi üzrə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və onun mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa edilən binanın 3-cü mərtəbəsində yerləşən, sahəsi “oxdan-oxa” 70 kv.m olan yaşayış sahəsinin inşasının tamamlanması, eləcə də həmin sahəyə dair dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq daşınmaz əmlakın, yaşayış sahəsinin müqavilə üzrə dəyərinin qalıq hissəsi olan 22000 (iyirmi iki min) manat məbləğinin ödənilməsi müqabilində İddiaçı satılması, onunla bu barədə alqı-satqı müqaviləsi bağlanması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərdi ki, onunla Cavabdeh arasında notarial formada ilkin alqı-satqı müqaviləsi bağlanmış və o, notarisun depozit hesabına yerləşdirmək yolu ilə Cavabdeh 20000 manat məbləğində pul ödəmişdir. O, ümumilikdə Nadirə 42000 manat məbləğində pul ödəməli olmuş və qeyd edilən 20000 manat puldan başqa əlbəəl 10000 manat məbləğində pul vermişdir. Bundan sonra o, Nadirə qalan məbləği ödəmək istəsə də, Nadir telefonlara cavab verməmiş, həmçinin şərikini gözlədiyini bildirmişdir. Bundan başqa, ona məlum olmuşdur ki, Nadirin ona satmalı olduğu mənzilin tikintisi başa çatmamış, alqı-satqı müqaviləsinin bağlanması üçün lazım olan sənədləri əldə etməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-Vəkil1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı əvvəlcə Cavabdeh 10000 manat məbləğində pul vermiş, Cavabdeh xəbərdarlıq məktubunu aldıqdan sonra isə həmin pulu geri qaytarmışdır. Satılacaq mənzilin qiyməti 42000 manat olmuş, həmin məbləğin 20000 manat hissəsi notariat ofisində ödənilmiş, qalan 22000 manat isə tikinti tamamlanmaq üçün xx.xx.2023-cü il tarixədək ödənilməli olmuşdur. Həmin vaxt bitdikdən sonra iddiaçı cavabdehə məktub göndərərək qalan məbləği ödəmək məqsədilə bank hesabının nömrəsini istəmiş, lakin Cavabdeh bank hesabının nömrəsini iddiaçıya verməmişdir. Həmçinin, məlum olmuşdur ki, cavabdeh mənzilin tikintisini başa çatdırmamış və nə vaxt başa çatdıracağını da deməmişdir. Beləliklə, cavabdeh tərəf qərəzli şəkildə müqavilənin şərtlərindən boyun qaçırmışdır. 31 dekabr 2023cü il tarixindən sonra 2 həftə keçəndən sonra cavabdehdən bnk hesab nömrəsinin təqdim edilməsi barədə məktub göndərilmiş və onun həmin məktuba cavab verlməməsi təsdiq edir ki, yenə də cavabdeh tərəf müqavilənin şərtlərini qəsdən pozmuşdur. Ona görə də məhkəmədən xahiş edirlər ki, Cavabdeh üzərinə iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsi üzrə Qusar şəhərində yerləşən mənzilin inşasının tamamlanması, həmçinin həmin sahəyə dair dövlət reyestrinin çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayış alaraq yaşayış sahəsinin müqavilə üzrə qalıq hissəsi olan 22000 manat məbləğinin ödənilməsi müqabilində İddiaçı satılması, onunla da bu barədə alğı-satqı müqaviləsinin bağlanılması və daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi öhdəliyi qoyulsun. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onunla İddiaçı arasında ilkin alqı-satqı müqaviləsi bağlanarkən o, həmin şəxsə qalan pulu nə vaxta kimi və necə ödəməli olduğunu izah etmişdir. Belə ki, müqaviləyə görə ödənilməli olan qalan pul 31 dekabr 2023-cü il tarixədək notariat ofisində ödənilməli idi. O, dəfələrlə Edikə zəng edib pulu ödəmək lazım olduğunu bildirsə də, iddiaçı pulun qalan hissəsinin ödənilməsini təmin etməmişdir. O, iddiaçı tərəfindən ona göndərilmiş xəbərdarlıq məktubunu almamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-Vəkil2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı tərəfin tərəflər arasında podrat münasibətləri yaranması barədə dedikləri ilə razılaşmır. Belə ki, Cavabdeh iddiaçı ilə razılaşmayıb ki, podrat müqaviləsinə görə iddiaçı sifarişçi, özü isə icraçı olsun. Cavabdeh razılaşmamışdır ki, iddiaçı sifariş versin, həmin evin formasını, arxitekturasını hansı formada tikəcəklərini müəyyən etsinlər, iddiaçı ona pul köçürsün və cavabdeh razılaşdırılmış şərtlərlə işə başlasın. İddiaçı tərəfin istinad etdiyi normalar həmin cür münasibətlərə şamil olunur. Burada isə ilkin alğısatqı olunub, lakin bu zaman da qanunvericiliyin tələblərinə tam əməl olunmayıb. Belə ki, Mülki Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilməli olmasına baxmayaraq tərəflər arasında bağlanmış bu müavilədə bu əksini tapmamışdır. Digər tərəfdən tərəflər arasında imzalanmış müqavilədə konkret olaraq qeyd edilib ki, alıcı 31 dekabr 2023-cü il tarixə kimi pulun alan hissəsini ödəməlidir. Lakin həmin tarixə kimi iddiaçı üzərinə düşən öhdəliklərini ödəməmişdir. Cavabdeh dəfələrlə iddiaçı ilə danışıb pulun hissə-hissə ödənilməsini təklif edib, lakin iddiaçı hələ də pul düzəldə bilmədiyini, heyvanlarını satıb məsələni həll edəcəyini bildirsə də, son nəticədə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin mübahisə edilməyən faktiki halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 18 sentyabr 2022-ci il tarixli 3M-341 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin predmetini Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3cü mərtəbəsində yerləşəcək, sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin gələcəkdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi barədə öhdəliklər təşkil etmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə görə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən, “Satıcı”nın mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi, “oxdan-oxa” 70,0 kv.m olan hissəsinin dəyəri 42000 (qırx iki min) manat məbləğində müəyyən edilmişdir. “Alıcı”, “Satıcı”ya ilkin olaraq 20000 (iyirmi min) manat ödəyir, qalan 22000 (iyirmi iki min) manatı isə xx.xx.2023-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə görə bu müqavilə ilə barəsində gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması haqqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Müqavilənin 3.1-ci maddəsinə əsasən birinci tərəf - yəni “Satıcı”, Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissənin dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair Dövlət reyestrindən arayış alaraq, daşınmaz əmlakı ikinci tərəfə - yəni “Alıcı”ya satmağı, alqı-satqı müqaviləsi bağlamağı, daşınmaz əmlakı ikinci tərəfin - yəni “Alıcı”nın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə görə ikinci tərəf - yəni “Alıcı”, birinci tərəf - yəni “Satıcı” ilə Qusar şəhəri Çingiz Qurbanov küçəsi-3 ünvanında yerləşən və mülkiyyətində olan 0,0825 ha torpaq sahəsi üzərində inşa ediləcək binanın 3-cü mərtəbəsində yerləşəcək sahəsi “oxdan-oxa” 70 kv.m olan hissəyə dair bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında mövcud olan hüquq münasibətləri alqı-satqı münasibətlərinə aiddir və tərəflərin razılaşmasının mahiyyəti gələcəkdə mənzilin alğı-satqı müqaviləsinin bağlanmasından ibarətdir. Belə olan halda, hüquqi dəyərləndirmə zamanı ilk öncə Mülki Məcəllənin ilkin müqavilənin bağlanması qaydalarını tənzimləyən müddəalarına istinad olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əsasən ilkin müqavilədə gələcəkdə bağlanması nəzərdə tutulan əsas müavilənin bağlanması müddəti göstərilməlidir. Əgər həmin müddət müəyyən olunmazsa əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin müddət qurtaranadək əsas müqavilə bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Tərəflər arasında bağlanmış məlum ilkin alğı-satqı müqaviləsindən görünür ki, tərəflər əsas müqavilənin hansı müddət daxilində bağlanmalı olduğunu göstərməmişlər. Belə olan halda, nəzərdə tutulan əsas müqavilə 1 il müddətində bağlanmalı idi. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ilkin müqavilənin bağlandığı vaxtdan, yəni 18 sentyabr 2022-ci il tarixdən 1 il müddətində tərəflər arasında əsas müqavilə bağlanmamış və belə bir müqavilənin bağlanması ilə bağlı iddiaçı tərəfindən Cavabdeh təklif göndərilməmişdir. Eyni zamanda, iddiaçı ilkin müqavilədə gələcəkdə satın alacağı mənzilin dəyərinin qalan hissəsini, yəni 22000 manat hissəsini xx.xx.2023-cü il tarixədək cavabdehə ödəyəcəyini öhdəsinə götürsə də, həmin öhdəliyini də yerinə yetirməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə ilkin müqavilə üzrə tərəflərin, o cümlədən Cavabdeh öhdəliklərinə xitam verilmişdir. Bundan başqa, ilkin müqavilədə cavabdehin üzərinə gələcəkdə satılacaq mənzilin dövlət reyestrindən Çıxarışın alınması öhdəliyi qoyulsa da, həmin öhdəlik barədə şərt etibarlı hesab oluna bilməz. Belə ki, alqı-satqı prosesində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın alınması xüsusi hüquq münasibətləri çərçivəsində deyil, ümumi hüquq münasibətləri çərçivəsində, yəni inzibati icraat qaydasında həyata keçirilir və xüsusi hüquq münasibətləri çərçivəsində hüquq münasibəti iştirakçısının üzərinə belə bir öhdəliyin qoyulması Mülki Məcəllənin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, məhkəmənin qənaətinə görə İddiaçı Cavabdeh qarşı hazırkı iddianı qaldırmaq üçün tələb hüququ (subyektiv hüququ) mövcud deyil. Eyni zamanda iddiaçı tərəfin istinad etdiyi maddi hüquq normaları ilə, yəni iddia tələbinin hüquqi əsası ilə işin faktiki halları və mövcud olan hüquq münasibətləri uzlaşmamaqdadır. Ona görə də iddia əsassız sayılmaqla rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərin icrası vəzifəsinin qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar