Məhkəmə qərarları › İş №e-2(029)-511/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-511/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-511/2025 07.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1345 (bir min üç yüz qırx beş) manat əsas və 33,85 (otuz üç manat səksən beş qəpik) manat dövlət rüsumu, ümumilikdə 1378,85 (bir min üç yüz yetmiş səkkiz manat səksən beş qəpik) məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 1(027)-150/2021 saylı Quba rayon Məhkəməsinin Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlasız vəziyyətdə törətmiş X3 cinayət məzuliyyətindən və cəzadan azad edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cm-nin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 4(027)-100/2021 saylı Quba rayon Məhkəməsinin Qərarından görünür ki, Quba rayon PŞ-nin İB-nin müstəntiqi X2 tərtib etdiyi protokol əsasında Quba rayon prokuroru vəzifəsini icra edən Pərviz Nərimanovun maraciəti təmin edilmiş, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş şəxs hesab edilmiş, xx.xx.1991-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qərara alınışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məhkəməsinin 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunan normalarının tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman cavabdeh kimi göstərilmiş Cavabdeh prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən, qeyd olunan qanunvericilik normasına əsasən ona qarşı iddia tələbi ilə müraciət edilməsi istisna edilirdi. Bu isə ona dəlalət edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı "xxxx" ASC məhkəmə işə baxılması üçün ödənilmiş 33.85 (otuz üç manat səksən beş qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı "xxxx" ASC məhkəmə işə baxılması üçün ödənilmiş 33.85 (otuz üç manat səksən beş qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar