Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-518/2023 06.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TOSHİBA LED TV, İMEİ KODU **********83980 olan SAMSUNG GALAXY A12 markalı telefon, ALYANS ÇARPAYİ, MATRAS üçün 1763.3 (bir min yeddi yüz altmış üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 176.7 (yüz yetmiş altı manat yetmiş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********54593 olan SAMSUNG GALAXY A32 markalı telefon üçün 418.4 (dörd yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 41.6 (qırx bir manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, RADİATOR HOFFMANN üçün 100.04 (yüz manat dörd qəpik) manat ödənilməmiş hissə, 10.96 (on manat doxsan altı qəpik) manat cərimə; ümumilikdə 2511 manat borcun, 45.11 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, “ABC TELECOM" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021- ci il tarixli müqaviləyə əsasən, TOSHİBA LED TV, İMEİ KODU **********83980 SAMSUNG GALAXY A12 markalı telefon, ALYANS CARP AYİ,MATRAS , İMEİ KODU **********54593 SAMSUNG GALAXY A32 markalı telefon, RADİATOR HOFFMANN almış və nəticədə 2511 (iki min beş yüz on bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2307.6 (iki min üç yüz yeddi manat altmış qəp,) manat (18 ay x 128.2 manat + 0 manat ilkin ödəniş) TOSHİBA LED TV, İMEİ KODU **********83980 SAMSUNG GALAXY A12 markalı telefon, ALYANS ÇARPAYİ, MATRAS üçün ümumilikdə.1940 (bir min doqquz yüz qırx,) manat olmaqla ondan, 1763.3 (bir min yeddi yüz altmış üç manat otuz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 176.7 (yüz yetmiş altı manat yetmiş qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 570.4 (beş yüz yetmiş manat qırx qəpik) manat (12 ay x 41.7 manat + 70 manat ilkin ödəniş) İMEİ KODU **********54593 olan SAMSUNG GALAXY A32 MARKALİ TELEFON üçün ümumilikdə, 460 (dörd yüz altmış) manat olmaqla ondan, 418.4 (dörd yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.6 (qırx bir manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 141.84 (yüz qırx bir manat səksən dörd qəpik) manat (18 ay x 7.88 manat + 0 manat ilkin ödəniş) RADİATOR HOFFMANN üçün ümumilikdə, 111 (yüz on bir) manat olmaqla ondan, 100.04 (yiiz manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.96 (on manat doxsan altı qəp) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 738.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla razılığa gəlmişlər ki, alıcı dəyəri 2307,6 manat olan TOSHİBA LED TV, İMEİ KODU **********83980 SAMSUNG GALAXY A12 markalı telefon, ALYANS ÇARPAYİ,MATRAS 18 ay müddətinə nisyə almaqla hər ay 128.2 manat satıcıya ödənilməsini üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla razılığa gəlmişlər ki, alıcı dəyəri 570.4 manat olan İMEİ KODU **********54593 olan SAMSUNG GALAXY A32 MARKALİ TELEFON 12 ay müddətinə nisyə almaqla hər ay 41.7 manat satıcıya ödənilməsini üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla razılığa gəlmişlər ki, alıcı dəyəri 141.84 manat olan RADİATOR HOFFMANN 18 ay müddətinə nisyə almaqla hər ay 7.88 manat satıcıya ödənilməsini üzərinə götürmüşdür. Həmin Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Müqavilələrin tərkib hissəsi olan ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 20 may 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 07.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 1763.3 manat, cərimə borcu 176.7 manat, cəmi borcu 1940 manat; xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 418.4 manat, cərimə borcu 41.6 manat, cəmi borcu 460 manat; xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ 100.04 manat, cərimə borcu 10.96 manat, cəmi borcu 111 manat; ümumilikdə borcu 2511 manat təşkil edir. Cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, həmin şəxsin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə müəyyən olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslılığı tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə TOSHİBA LED TV, İMEİ KODU **********83980 olan SAMSUNG GALAXY A12 markalı telefon, ALYANS ÇARPAYİ, MATRAS üçün 1763.3 (bir min yeddi yüz altmış üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 176.7 (yüz yetmiş altı manat yetmiş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********54593 olan SAMSUNG GALAXY A32 markalı telefon üçün 418.4 (dörd yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 41.6 (qırx bir manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə RADİATOR HOFFMANN üçün 100.04 (yüz manat dörd qəpik) manat ödənilməmiş hissə, 10.96 (on manat doxsan altı qəpik) manat cərimə; ümumilikdə 2511 manat məbləğində borc tutularaq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı MMC tərəfindən ödənilmiş 45.11 (qırx beş manat on bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə TOSHİBA LED TV, İMEİ KODU **********83980 olan SAMSUNG GALAXY A12 markalı telefon, ALYANS ÇARPAYİ, MATRAS üçün 1763.3 (bir min yeddi yüz altmış üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 176.7 (yüz yetmiş altı manat yetmiş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********54593 olan SAMSUNG GALAXY A32 markalı telefon üçün 418.4 (dörd yüz on səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 41.6 (qırx bir manat altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə RADİATOR HOFFMANN üçün 100.04 (yüz manat dörd qəpik) manat ödənilməmiş hissə, 10.96 (on manat doxsan altı qəpik) manat cərimə; ümumilikdə 2511 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 45.11 (qırx beş manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-518/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-518/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver