Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-581/2023 23.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X2 İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik əsasında miras payın müəyyən edilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik əsasında miras payın müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməsi və həmin orqan tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olubolmamasına dair müvafiq sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bununla da, iddia mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədən verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-581/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-581/2023
23.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver