Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-602/2024 07.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh İddiaçı MMC-nin xeyrinə 431 (dörd yüz otuz bir) manat məbləğində əsas borc, 43 (qırx üç) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 504 (beş yüz dörd) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC iddianı onunla əsaslandırmışdır ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış R0075638 nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 580 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 580 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğısatqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 149 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2024-cü il tarixə 43 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehdən iddiaçının xeyrinə 431 manat məbləğində əsas borc, 43 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış R0075638 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya 12 ay müddətinə zəmanət müqaviləsi ilə birlikdə 580 manat dəyərində olan əşyanı satmışdır. O, aldığı əşaya görə ilkin ödəniş etməsə də, cədvələ uyğun hissə-hissə mütəmadi olaraq, 149 manat ödəniş etmişdir. R0075638 nömrəli mobil telefon uşağın əlindən düşərək, ekranı qırılmışdır. Onun alqı-satqı müqaviləsinə əsasən, zəmanət müqaviləsi ilə birlikdə 580 manatdan sığorta pulu olaraq, telefon pulsuz təmir olunmalı idi. "xxxx" MMC öz alqı-satqı müqaviləsinə əsasən, öz öhdəçiliklərini yerinə yetirməmiş və telefonu geri götürmüş, iddiaçı telefonun yerinə ona başqa ucuz R0081256 nömrəli telefon zəmanət müqaviləsi ilə birlikdə 427 manat telefonla əvəz etmişdir. Cədvələ uyğun hissə-hissə mütəmadi olaraq, 100 manat ödəniş etmişdir.Aralarında anlaşılmazlıq yarandığı üçün alqı-satqı müqaviləsinə əsasən, ödəniş dayanmışdır. "xxxx" MMC anlaşılmazlığı aradan qaldırmamışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulan sığorta ilə bağlı öhdəliklərini yerinə yetirməmişlər, telefonu geri götürmüş, onda olmayan əşya üçün ondan pul tələb edirlər. İstifadə etdiyi R0081256 nömrəli telefona əsasən, 350 manat borcu qalmışdır. "xxxx" MMC alqı-satqı müqaviləsinin zəmanət öhdəliyini yerinə yetirmədiklərinə, onda olmayan R0075638 nömrəli telefon üçün əlavə pul ödənilməsini tələb etdiklərinə görə iddia ərizəsinə etiraz edir. MPM-nin 154-cü maddəsinə əsasən, iddiaçı "xxxx" MMC-nin iddiası əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehdən sınmış telefon götürülməmiş, əvəzində yeni telefon verilməmişdir. Cavabdehin qeyd etdiklərinin heç bir əsası yoxdur. Cavabdeh 2 ayrı-ayrı nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan telefon əldə etmiş və iddiada qeyd edildiyi kimi alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və cəmi 149 manat ödəniş etmişdir. Yerdə qalan 431 manat əsas, 43 manat cərimə borcu isə ödənilməmiş qalmışdır. Odur ki, iddia tələbini müdafiə edir, Cavabdeh hazırda iddiaçıya 431 manat əsas, 43 manat cərimə borcu qalmışdır. Yuxarıda qeyd olunanların nəzərə alınmasını, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, R0075638 nömrəli mobil telefon uşağın əlindən düşərək, ekranı qırılmışdır. Onun alqısatqı müqaviləsinə əsasən, zəmanət müqaviləsi ilə birlikdə 580 manatdan sığorta pulu olaraq, telefon pulsuz təmir olunmalı idi. "xxxx" MMC öz alqı-satqı müqaviləsinə əsasən, öz öhdəçiliklərini yerinə yetirməmiş və telefonu geri götürmüş, iddiaçı telefonun yerinə ona başqa ucuz R0081256 nömrəli telefon zəmanət müqaviləsi ilə birlikdə 427 manat telefonla əvəz etmişdir. O, həmin telefonu iddiaçıya qaytardıqda bu barədə heç bir qəbzə imza etməmişdir. O, həmin telefonu iddiaçıya qaytardığı zaman bu barədə qəbz tərtib edə bilərdi, lakin, o vaxt bu hərəkəti etmək onun ağlına gəlməmişdir. Onun sözügedən telefonu iddiaçıya qaytarması barədə heç bir sübutu yoxdur. İzahatında və etiraz ərizəsində qeyd oluanalara dair yazılı sənəd barədə sübutu yoxdur. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli R0075638 saylı alqı-satqı müqviləsindənvə ona əlavənin surətindən görünür ki,İddiaçı MMC Cavabdeh 580 (beş yüz səksən) manat məbləğində Xiaomi Redmi note 12 markalı mobil telefon və Qızıl zəmanət satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli R0075638 saylı alqı-satqı müqaviləsi üzrə 580 manat əsas borcundan maliyyə arayışı tərtib edilən tarixədək 149 manat ödəniş etmiş, 431 manat əsas borc, 43 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli R0075638 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 580 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 149 manat ödəniş etmiş və borclu olduğu qalıq 431 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmişdir.xx.xx.2024-cü il tarixə 43 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh əsas borcuna dair göstərdiyi məbləğlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. İddiaçı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə, cavabdehin etiraz ərizəsini və məhkəmə iclasında izahatını əsassız hesab edir. Belə ki, cavabdeh etiraz ərizəsində və izahatında göstərdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh etiraz ərizəsində və izahatında göstərdiyi hallara dair sübut təqdim etmədiyindən məhkəmə cavabdehin etiraz ərizəsini və izahatını inandırıcı hesab etmir. Odur ki, işin hallarını nəzərə alaraq məhkəmə hesab edirki, iddia qismən təmin olunmalı, Cavabdeh 431 (dörd yüz otuz bir) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 466 (dörd yüz altmış altı) manat məbləğində borc tutularaq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 431 (dörd yüz otuz bir) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 466 (dörd yüz altmış altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №e-2(029)-602/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-602/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver