Məhkəmə qərarları › İş №e-2(029)-621/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-621/2023

17.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-621/2023 17.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxs Cavabdeh iştirakları ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh X3 və üçüncü şəxslər Cavabdeh və Qusar rayon Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik əsasında miras payın müəyyən edilməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh X3 və üçüncü şəxslər Cavabdeh və Qusar rayon Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik əsasında miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli Çıxarış əsasında mərhum anası X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ tanınması, həmin əmlaklara miras payı müəyyən olunmaqla miras payı mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə anası X5 adına qeydiyyata alınmaqla xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84- 10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. X14 xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1ində vəfat etmişdir. Mərhum anasının aşağıdakı 3 nəfər qanun üzrə vərəsələri qalmışdır: O yəni-İddiaçı, qardaşı Cavabdeh, qardaşı X6. Onun digər qardaşı X7 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olmuş, yuxarıda qeyd etdiyi əmlaklar mərhum anasına məhz şəhid ailəsi olduğu üçün verilmişdir. X1 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Mərhum X14 vəfat etdiyi vaxtdan 6 ay müddət keçmədən, yəni xx.xx.2022-ci il tarixdə o və qardaşı Cavabdeh Qusar rayon Notariat ofisinə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmişlər və həmin notariat ofisində həmin tarixdə 640 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Mərhum anasının vəfat etdiyi vaxtdan 6 ay keçdikdən sonra o, adına müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etsə də, Qusar rayon Notariat ofisi qardaşı Elçin Hacıyevin mirasa dair öz münasibətini bildirmədiyinə görə, adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, o, miras qoyan mərhum anası Səlmi Hacıyevin mirasını mirasın qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına qanunla müəyyən edilmiş müddət daxilində ərizə müraciət etməklə qəbul etmişdir. Bu səbəbdən də, onun həmin miras əmlaklarına dair vərəsəlik hüququm tanınmalı, həmin miras əmlaklara dair miras payım müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmaqla xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Səlmi Hacıyeva xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1ində vəfat etmişdir. Səlmi Hacıyevanın birinci dərəcəli vərəsələri İddiaçı, qardaşı Cavabdeh, qardaşı X6 qalmışdır. X7 isə 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olmuş, yuxarıda qeyd etdiyi əmlaklar mərhum anasına məhz şəhid ailəsi olduğu üçün verilmişdir. X1 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X12 vəfat etdiyi vaxtdan 6 ay müddət keçmədən, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı özü və qardaşı Cavabdeh Qusar rayon Notariat ofisinə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmişlər və həmin notariat ofisində həmin tarixdə 640 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Mərhum anasının vəfat etdiyi vaxtdan 6 ay keçdikdən sonra iddiaçı adına müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etsə də, Qusar rayon Notariat ofisi Elçin Hacıyevin mirasa dair öz münasibətini bildirmədiyinə görə, iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, miras qoyan mərhum Səlmi Hacıyevin mirasını mirasın qəbul edilməsinin formal üsulu ilə, yəni notariat orqanına qanunla müəyyən edilmiş müddət daxilində ərizə müraciət etməklə qəbul etmişdir. Bu səbəbdən də, iddiaçının həmin miras əmlaklarına dair vərəsəlik hüququ tanınmalı, həmin miras əmlaklara dair miras payı müəyyən edilməlidir. Buna görə də ünvan 1ində yerləşən, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarış əsasında mərhum X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair iddiaçının vərəsəlik hüququn tanınması, həmin əmlaklara iddiaçının miras payı müəyyən olunmaqla miras payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, onun etibarnamə üzrə nümayəndəsi vəkili Nümayəndə dediklərini təsdiq etmiş və bildirmişdir ki, anası xx.xx.2022-ci il tarixdə vəfat edib. Həmin ev şəhidin adına verilmişdir, anası rəhmətə getməmişdən əvvəl həmin ev kirayə verilmişdir, anası rəhmətə getdikdən sonra da kirayə verilib, kirayə haqqı qarşı tərəf alıb. Anası rəhmətə getməmişdən əvvəl həmin evi satıb üç yerə bölünməsini demişdir, qarşı tərəf də evin qiyməti 150 min manat qoymuşdu. O, özünə düşən payı istəyir. O, qarşı tərəflə mübahisəni öz aralarında həll edilməsi barədə xəbər göndərmiş, lakin onlar razı olmamışlar. Notariusa evə görə müraciət etmiş, notarius ona imtina cavabı vermişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh iddianı qəbul etmiş və izatında bildirmişdir ki, o, evin üç yerə bölünməsinə razıdır, ev neçəyə satılsa əldə olunan pul üç yerə bölünəcək. İddia ərizəsində göstərilən evin paylara ayrılmasına etiraz etmir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 56.80 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X8 məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-7623/2023 saylı məktubundan görünür ki, Qusar rayonu, Balaqusar bələdiyyəsinin xx.xx.2012-cı ıl tarixli, 17/1-11 saylı protokoldan çıxarışa. xx.xx.2013-cü il tarixli, 11 nömrəli “Torpaqların alqı-satqısına dair akt" na, AN-469734 saylı torpaq sahəsinin planı və ölçüsünə və 2015-ci il tarixli tikintinin eskiz lahiyəsinə əsasən Qusar rayonu, Həsənqala kəndində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən X4 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarış işlənmiş və hal-hazırda həmin fərdi yaşayış evi X4 mülkiyyətindədir. İşdə olan 01 iyun 2023-cü il tarixli X-631 saylı Qusar rayon Notariat ofisindən verilmiş məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş mərhum X4 vərəsələri: İddiaçı və Cavabdehdur. xx.xx.2022-ci il tarixdə Qusar Notariat Ofisində 640 reyestr nömrəli, vərəsəlik işi açılmışdır. İşdə olan Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 65 saylı arayışdan görünür ki, X11 vəfat etdiyi günə kimi ünvan 1ində yaşamış və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. Cavabdeh, X6, Hacıyeva (Mehtiyeva) Yeganə Fərhad qızı. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2002-ci il tarixdə ünvan 1ində ölmüşdür. İşdə olan AZ-İİ 300383 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ünvan 1ində ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli ünvan 1ində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmaqla xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Səlmi Hacıyeva xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1ində vəfat etmişdir. Səlmi Hacıyevanın aşağıdakı 3 nəfər qanun üzrə vərəsələri qalmışdır: İddiaçı, Cavabdeh, X6. İddiaçının digər qardaşı X7 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olmuş, yuxarıda qeyd edilmiş əmlaklar Səlmi Hacıyevaya məhz şəhid ailəsi olduğu üçün verilmişdir. Səlmi Hacıyeva vəfat etdiyi vaxtdan 6 ay müddət keçmədən, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı və qardaşı Cavabdeh Qusar rayon Notariat ofisinə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmişlər və həmin notariat ofisində həmin tarixdə 640 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Səlmi Hacıyevanın vəfat etdiyi vaxtdan 6 ay keçdikdən sonra İddiaçı adına müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etsə də, Qusar rayon Notariat ofisi iddiaçının qardaşı Elçin Hacıyevin mirasa dair öz münasibətini bildirmədiyinə görə, adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 1159.1.1-cimaddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, ünvan 1ində yerləşən, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarış əsasında X4 mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə İddiaçı vərəsəlik hüququ tanınmalı, ünvan 1ində yerləşən, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarış əsasında X4 mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras əmlak kimi 1/3 hissədə İddiaçı mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ünvan 1ində yerləşən, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarış əsasında X4 mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ tanınsın. ünvan 1ində yerləşən, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarış əsasında X4 mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras əmlak kimi 1/3 hissədə İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar