Məhkəmə qərarları › İş №e-2(029)-660/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №e-2(029)-660/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № e-2(029)-660/2023 09.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün işi baxılmamış saxlayaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-yə qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-yə qərardad qanuni qüvvəyə mindikdən sonrageri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar