Məhkəmə qərarları › İş №e-2(029)-666/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-666/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-666/2022 19.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1799.2 (min yeddi yüz doxsan doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 179.8 (yüz yetmiş doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer komputer üçün 1564.8 (mün beş yüz altmış dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 156.2 (yüz əlli altı manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49469 olan Xiaomi Poco M3 markalı telefon üçün 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, ümumilikdə 4011 (dörd min on bir) manat borc və 60.11 (altmış manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddianı onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il; xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Samsung LED TV; Acer kompüter; İMEİ kodu **********49469 olan Xiaomi Poco M3 telefon almış və nəticədə 4011 (dörd min on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2008.2 (iki min səkkiz manat iyirmi qəpik) manat (18 ay x 102.4 manat + 165 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə 1979 (min doqquz yüz yetmiş doqquz) manat olmaqla, ondan 1799.2 (min yeddi yüz doxsan doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 179.8 (yüz yetmiş doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1708.8 (min yeddi yüz səkkiz manat səksən qəpik) manat (12 ay x 120 manat + 132.4 manat ilkin ödəniş) Acer komputer üçün ümumilikdə 1721 (min yeddi yüz iyirmi bir) manat olmaqla, ondan 1564.8 (mün beş yüz altmış dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 156.2 (yüz əlli altı manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 653.4 (altı yüz əlli üç manat qırx qəpik) manat (18 ay x 36.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********49469 olan Xiaomi Poco M3 markalı telefon üçün ümumilikdə 311 (üç yüz on bir) manat olmaqla ondan, 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 723.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödənilir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: ərizəyə əlavə olunan Tərəflər arasında bağlanmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması,onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Samsung LED TV, Acer komputer, İMEİ kodu **********49469 olan Xiaomi Poco M3 telefon almış və nəticədə 4011 (dörd min on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2008.2 (iki min səkkiz manat iyirmi qəpik) manat (18 ay x 102.4 manat + 165 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1979 (min doqquz yüz yetmiş doqquz) manat olmaqla, ondan 1799.2 (min yeddi yüz doxsan doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 179.8 (yüz yetmiş doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1708.8 (min yeddi yüz səkkiz manat səksən qəpik) manat (12 ay x 120 manat + 132.4 manat ilkin ödəniş) Acer komputer üçün ümumilikdə, 1721 (min yeddi yüz iyirmi bir) manat olmaqla, ondan 1564.8 (mün beş yüz altmış dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 156.2 (yüz əlli altı manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 653.4 (altı yüz əlli üç manat qırx qəpik) manat (18 ay x 36.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********49469 olan Xiaomi Poco M3 markalı telefon üçün ümumilikdə, 311 (üç yüz on bir) manat olmaqla ondan, 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 723.4 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh ümumilikdə 4011 (dörd min on bir) manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməlidir. Həmçinin, "xxxx" MMC tərəfindən ödənilmiş 60.11 (altmış manat on bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1799.2 (min yeddi yüz doxsan doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 179.8 (yüz yetmiş doqquz manat səksən qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1564.8 (mün beş yüz altmış dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 156.2 (yüz əlli altı manat iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 283 (iki yüz səksən üç) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə, ümumilikdə üç müqavilə üzrə 4011 (dörd min on bir) manat borc, 60.11 (altmış manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar