Məhkəmə qərarları › İş №e-2(029)-714/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-714/2023

21.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-714/2023 21.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3110,40 (üç min bir yüz on manat 40 qəpik) manat dəymiş ziyan tutularaq **********00980 saylı abonent koduna və 51,11 (əlli bir manat 11 qəpik) manat dövlət rüsumunun iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************. SWİFT İBAZAZ2X, Azəriqaz İB. VÖEN**********, İBANz AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AZƏRİQAZ X2 X4 İdarəsi tərəfindən onun barəsində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 03 iyul 2023-cü il tarixli ******* nömrəli Akta əsasən əsassız hesablanmış 3110,40 ( üç min yüz on manat qırx qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı istehlakçı hüquqlarının müdafiəsinə dair iddia ərizəsi üzrə 2(029)-714/2023 saylı və iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(029)-691/2023 saylı mülki işlər tərəflər eyni şəxslər olduğundan və həmin işlər üzrə mübahisələr bir biri ilə əlaqədar olduğundan bir icraatda birləşdirilmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Azəriqaz” X1 Rəşad Yasin oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsinə” dair iddia ərizəsi üzrə mülki işdə Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə baxılmamış saxlanılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsilə birlikdə Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən özünə məxsus yaşayış evində yaşayır. Bundan başqa Fərdi istehlakçı kimi cavabdeh AZƏRİQAZ X2 X4 İdarəsi ilə müqavilə bağlayaraq təbii qazdan istifadə edir və istehlak etdiyi təbii qazın pulunu vaxtında ödəyir. 16 may 2023-cü il tarixdə nahardan sonra evinə gələn qazın kəsildiyini müşahidə etmiş və bundan sonra saat təxminən 16:00 da AZƏRİQAZ tehsalat Birliyinin 104 cağrı mərkəzinə zəng vuraraq bu barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə AZƏRİQAZ İstehsalat Birliyinin nümayəndələri Əfqan Ərzimanov, Rauf Mürşüdov və Əfqan Qubatov yaşadığı Qusar rayonunun Yuxarı Ləgər kəndində yerləşən evə gələrək evindən kənarda, kəndin küçəsində quraşdırılan qaz sayğacına baxış keçirdikdən sonra qaz sayğacanın daxili mexanizminin pozulduğuna görə köhnə sayğacı yeni sayğacla əvəz etmək lazım olduğunu bildirmişlər və xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında” Akt tərtib edərək yeni sayğac quraşdıraraq köhnə sağacı da, özləri ilə aparmışlar. Bundan sonra AZƏRİQAZ X2 X4 İdarəsinin Qusar Qaz İstismarı Sahəsinin işçiləri Çingiz Sultanov Ağali Əşirov və Qahir Paşayev tərəfindən barəsində 03 iyul 2023cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plombların üzərində və yuvasının rafında əzik cızıq izləri vardır,sayğaca müdaxilə olunmuşdur. Qeyd edilən akta əsasən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair AZƏRİQAZ X2 X4 İdarəsi tərəfindən 30 iyun 2023-cü il tarixli ziyanın bərpasına dair tələbnamə tətib edilmiş və ya qaz sayğacına müdaxilə etdiyinə görə itrilmiş qazın bərpası məqsədi ilə 3110,40 AZN ( üç min yüz on) manat 40 qəpik borc hesablamışdır. Hazırda Qusar qaz İstismarı Sahəsinin əməkdaşları ondan həmin borcu tələb edir və əks təqdirdə evinə verilən qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. Aşağıda göstərilən hallara görə AZƏRİQAZ X2 X4 İdarəsinin əməkdaşları tərtəfindən tərtib edilmiş 03 iyul 23-cü il tarixli ******* nömrəli Akt ləğv edilməli və ona əsassız hesablanmış 3110,40 AZN (üç min yüz on) manat 40 qəpik borc silinməlidir. Ona məxsus qaz sayğacı evindən kənarda, kəndin küçəsində quraşdırıldığından onun tərəfindən sayğacın kənar müdaxilələrdən qorunması qeyri mümkündür və buna görə də qanunvericiliyə əsasən heç bir məsuliyyət daşımır. Bundan əlavə yeni quraşdırılmış sayğac gösrəriciləri ilə köhnə sayğacın əvvəlki illərin eyni ayları üzrə sayğac göstəriciləri arasında heç bir ciddi fərq müəyyən edilməmişdir ki, buda özlüyündə köhnə sayğacın qusurlu olmadığına dəlalət edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, İddiaçı məxsus qaz sayğacı evindən kənarda, kəndin küçəsində quraşdırılılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İddiaçı onun evindən kənarda, kəndin küçəsində quraşdırılan qaz sayğacının işlək vəziyyətdə olmasına cavabdehlik daşıya bilməz. Odur ki, İddiaçı ******* nömrəli Akta əsasən əsassız hesablanmış 3110,40 ( üç min yüz on manat qırx qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkilinun izahatını dinləyib iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsinə” dair iddiası aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X4 İdarəsi ilə İddiaçı arasında bağlanmış 05 iyul 2019-ci il tarixli 1238 saylı “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin surətindən görünür ki, paylayıcı həmin müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilədə istehlakçı Rəşad Eyvazovun hər hansı digər vəzifələr daşıması nəzərdə tutulmamışdır. İşdə olan «Azəriqaz» X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 iyun 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması aşkar edilməsi qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan 17 may 2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı ünvan 1i ünvanında olan evinə quraşdırılmış Zenner tipli G-4 markalı, **********7 nömrəli qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli G-4 markalı **********1 nömrəli yeni sayğac quraşdırılmışdır. İşdə olan «Azəriqaz» X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 25 iyun 2023-cü il tarixli ******* saylı saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 25920 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi «Azəriqaz» X2 X4 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1i ünvanında yerləşən evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərininnin aşkar edilməsi qeyd edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı Rəşad Eyvazov tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin aşkar edilməsi məhz İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin aşkar edilməsi istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombun üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin aşkar edilməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Azəriqaz» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsinə” dair iddiası təmin edilməli, AZƏRİQAZ X2 X4 İdarəsi tərəfindən İddiaçı barəsində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 03 iyul 2023-cü il tarixli ******* nömrəli Akta əsasən əsassız hesablanmış 3110,40 ( üç min yüz on manat qırx qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsinə” dair iddiası təmin edilsin. AZƏRİQAZ X2 X4 İdarəsi tərəfindən İddiaçı barəsində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 03 iyul 2023-cü il tarixli ******* nömrəli Akta əsasən əsassız hesablanmış 3110,40 ( üç min yüz on manat qırx qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar