Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-723/2022 22.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı xeyrinə BSK4706995 saylı müqavilə üzrə 499 (dörd yüz doxsan doqquz) manat əsas borc, 150 (yüz əlli) manat dəbbə pulu, BSK4707263 saylı müqavilə üzrə 231 (iki yüz otuz bir) manat əsas borc, 69 (altmış doqquz) manat dəbbə pulu, BSK4707340 saylı müqavilə üzrə 161 (bir yüz altmış bir) manat əsas borc, 48 (qırx səkkiz) manat dəbbə pulu və 32 (otuz iki) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1190 (min yüz doxsan) manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasınıməhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 12 oktyabr 2018-ci il, 09 may 2019-cu il və 02 iyul 2019-cu il tarixlərində “Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 12 oktyabr 2018-ci il tarixli BSK4706995 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1000 (min) manat olan 1 ədəd "Beko" markalı televizor almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 960 (doqquz yüz altmış) manat borc yaranmış, 09 may 2019-cu il tarixli BSK4707263 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 398 (üç yüz doxsan səkkiz) manat olan 1 ədəd “Samsung Galaxy A10" markalı telefon almış, ilkin ödəniş olaraq 20 (iyirmi) manat ödəniş etmiş, nəticədə 378 (üç yüz yetmiş səkkiz) manat borc yaranmış və 02 iyul 2019-cu il tarixli BSK4707340 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 368 (üç yüz altmış səkkiz) manat olan 1 ədəd “Samsung Galaxay A10" markalı telefon almış, ilkin ödəniş olaraq 20 (iyirmi) manat ödəniş etmiş, nəticədə 348 (üç yüz qırx səkkiz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 12 oktyabr 2018-ci il tarixli BSK4706995 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 15 (on beş) manat ödəniş edilmiş, 09 may 2019-cu il tarixli BSK4707263 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-cu il tarixdə 54 (əlli dörd) manat ödəniş edilmiş və 02 iyul 2019-cu il tarixli BSK4707340 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 100(yüz) manat ödəniş edilmişdir. Bu günədək cavabdehə edilmiş yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və alqı-satqı qiyməti BSK4706995 saylı müqavilə üzrə ümumi 1000 (min) manat olan 1 ədəd “Beko” markalı televizor üçün ümumilikdə 499(dörd yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat dəbbə pulu, alqı-satqı qiyməti BSK4707263 saylı müqavilə üzrə ümumi 398 (üç yüz doxsan səkkiz) manat olan 1 ədəd“Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 69 (altmış doqquz) manat dəbbə pulu yaranmış və alqı-satqı qiyməti BSK4707340 saylı müqavilə üzrə ümumi 368 (üç yüz altmış səkkiz) manat olan 1 ədəd “Samsung Galaxay A10” markalı telefon üçün ümumilikdə 161 (bir yüz altmış bir) manat ödənilməmiş hissə, 48(qırx səkkiz) manat dəbbə pulu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı" tərəfindən və ya “Alıcı”nın müvəkkil etdiyi şəxs tərəfindən, birmənalı şəkildə “Müqavilə"nin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. "Alıcı, ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% həcmində "Satıcı"nın xeyrinə gecikmə faizi ödəyir. Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Bu müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, səhhətində olan problemlərlə əlaqədar olaraq məhkəmə baxış iclaslarında iştirakı mümkün olmayacaqdır. İddia ərizəsini müdafiə edərək, bütün məhkəmə hazırlıq və baxış iclaslarının iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 1190 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir mlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 12 oktyabr 2018-ci il tarixli ******* saylı hissə-hissə ödənişlə alqısatqı müqaviləsinin və 13 oktyabr 2018-ci il tarixli ******* saylı qaimənin surətlərindən görünür ki, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” ümumi dəyəri 1000 (min) manat olan 1 ədəd TV LED BEKO 32L6732 markalı televizor satmağı, “Alıcı” isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 09 may 2019-cu il tarixli ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin və 09 may 2019-cu il tarixli ******* saylı qaimənin surətlərindən görünür ki, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” ümumi dəyəri 398 (üç yüz doxsan səkkiz) manat olan 1 ədəd Samsung Galaxy A10 SM-A105 Blue markalı telefon satmağı, “Alıcı” isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 02 iyul 2019-cu il tarixli ******* saylı hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinin və 02 iyul 2019-cu il tarixli ******* saylı qaimənin surətlərindən görünür ki, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” ümumi dəyəri 368 (üç yüz altmış səkkiz) manat olan 1 ədəd SamsungGalaxy A10 SM-A105 Blue markalı telefon satmağı, “Alıcı” isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 29 iyun 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, BSK4706995 saylı, 12 oktyabr 2018-ci il tarixli; BSK4707263 saylı, 09 may 2019-cu il tarixli və BSK4707340 saylı, 02 iyul 2019-cu il tarixli nisiyə alğı - satqı müqaviləsinə əsasən borclu Cavabdeh həmin müqavilələr üzrə xx.xx.2022-ci il tarixə olan qalıq borcu müvafiq olaraq 499 manat əsas, 150 manat dəbbə pulu; 231 manat əsas, 69 manat dəbbə pulu; 161 manat əsas, 48 manat dəbbə pulu və 32 manat tərəfimdən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1190 manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 12 oktyabr 2018-ci il, 09 may 2019-cu il və 02 iyul 2019-cu il tarixlərində “Alqı-satqı" müqaviləsi bağlanmışdır. Cavabdeh 12 oktyabr 2018-ci il tarixli BSK4706995 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1000 (min) manat olan 1 ədəd "Beko" markalı televizor almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 960 (doqquz yüz altmış) manat borc yaranmış, 09 may 2019-cu il tarixli BSK4707263 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 398 (üç yüz doxsan səkkiz) manat olan 1 ədəd “Samsung Galaxy A10" markalı telefon almış, ilkin ödəniş olaraq 20 (iyirmi) manat ödəniş etmiş, nəticədə 378 (üç yüz yetmiş səkkiz) manat borc yaranmış və 02 iyul 2019cu il tarixli BSK4707340 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 368 (üç yüz altmış səkkiz) manat olan 1 ədəd “SamsungGalaxay A10" markalı telefon almış, ilkin ödəniş olaraq 20(iyirmi) manat ödəniş etmiş, nəticədə 348(üç yüz qırx səkkiz) manat borc yaranmışdır. Odurki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edirki, Cavabdeh BSK4706995 saylı müqavilə üzrə 499 (dörd yüz doxsan doqquz) manat əsas borc, 150 (yüz əlli) manat dəbbə pulu, BSK4707263 saylı müqavilə üzrə 231 (iki yüz otuz bir) manat əsas borc, 69 (altmış doqquz) manat dəbbə pulu, BSK4707340 saylı müqavilə üzrə 161 (bir yüz altmış bir) manat əsas borc, 48 (qırx səkkiz) manat dəbbə pulu və 32 (otuz iki) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 1190 (min yüz doxsan) manat pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BSK4706995 saylı müqavilə üzrə 499 (dörd yüz doxsan doqquz) manat əsas borc, 150 (yüz əlli) manat dəbbə pulu, BSK4707263 saylı müqavilə üzrə 231 (iki yüz otuz bir) manat əsas borc, 69 (altmış doqquz) manat dəbbə pulu, BSK4707340 saylı müqavilə üzrə 161 (bir yüz altmış bir) manat əsas borc, 48 (qırx səkkiz) manat dəbbə pulu və 32 (otuz iki) manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumu ümumilikdə 1190 (min yüz doxsan) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №e-2(029)-723/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-723/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver