Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-772/2023 09.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, fen ütü Philips üçün, 18.9 (on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1.1 (bir manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il, tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********16374 olan SAMSUNG GALAXY A12 markalı telefon, üçün, 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, DELL kompüter üçün, 1460.98 (bir min dörd yüz altmış manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 146.02 (bir yüz qırx altı manat iki qəpik) manat cərimə, ümumilikdə 1685 manat borc, 36.85 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, FEN ÜTÜ PHİLİPS, İMEİ KOD **********16374 SAMSUNG GALAXY A12 markalı telefon, DELL kompüter üçün 1685 (bir min altı yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 176.4 (bir yüz yetmiş altı manat qırx qəpik) manat (yəni 18 ay x 9.8 manat + 0 manat ilkin ödəniş) FEN ÜTÜ PHİLİPS üçün ümumilikdə, 20 (iyirmi) manat olmaqla ondan, 18.9 (on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.1 (bir manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 330 (üç yüz otuz) manat (yəni 12 ay x 26.5 manat + 12 manat ilkin ödəniş) İMEİ KOD **********16374 olan SAMSUNG GALAXY A12 markalı telefon, üçün ümumilikdə, 58 (əlli səkkiz) manat olmaqla ondan, 53 (əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2174.98 (iki min yüz yetmiş dörd manat doxsan səkkiz qəpik) manat (yəni 18 ay x 113.32 manat + 135.22 manat ilkin ödəniş) DELL kompüter üçün ümumilikdə, 1607 (bir min altı yüz yeddi) manat olmaqla ondan, 1460.98 (bir min dörd yüz altmış manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 146.02 (bir yüz qırx altı manat iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1148.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı MMC tərəfindən əldə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh X1 qeydiyyat yeri Gəncə şəhəri, Nizami rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 45, eyni zamandan həmin arayışda görünür ki, cavabdeh, sözügedən qeydiyyatdan çıxmışdır. Lakin AR MPM-nin 36.1 Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında Yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, FEN ÜTÜ PHİLİPS, İMEİ KOD **********16374 SAMSUNG GALAXY A12 markalı telefon, DELL kompüter üçün 1685 (bir min altı yüz səksən beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 176.4 (bir yüz yetmiş altı manat qırx qəpik) manat (yəni 18 ay x 9.8 manat + 0 manat ilkin ödəniş) FEN ÜTÜ PHİLİPS üçün ümumilikdə, 20 (iyirmi) manat olmaqla ondan, 18.9 (on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.1 (bir manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 330 (üç yüz otuz) manat (yəni 12 ay x 26.5 manat + 12 manat ilkin ödəniş) İMEİ KOD **********16374 olan SAMSUNG GALAXY A12 markalı telefon, üçün ümumilikdə, 58 (əlli səkkiz) manat olmaqla ondan, 53 (əlli üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2174.98 (iki min yüz yetmiş dörd manat doxsan səkkiz qəpik) manat (yəni 18 ay x 113.32 manat + 135.22 manat ilkin ödəniş) DELL kompüter üçün ümumilikdə, 1607 (bir min altı yüz yeddi) manat olmaqla ondan, 1460.98 (bir min dörd yüz altmış manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 146.02 (bir yüz qırx altı manat iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1148.5 manat təşkil edir. İddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, fen ütü Philips üçün, 18.9 (on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1.1 (bir manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il, tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********16374 olan SAMSUNG GALAXY A12 markalı telefon, üçün, 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, DELL kompüter üçün, 1460.98 (bir min dörd yüz altmış manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 146.02 (bir yüz qırx altı manat iki qəpik) manat cərimə, ümumilikdə 1685 manat (min atı yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməlidir. Həmçinin, "xxxx" MMC tərəfindən ödənilmiş 36.85 (otuz altı manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, fen ütü Philips üçün, 18.9 (on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1.1 (bir manat on qəpik) manat cərimə, xx.xx.2021-ci il, tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********16374 olan SAMSUNG GALAXY A12 markalı telefon, üçün, 53 (əlli üç) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, DELL kompüter üçün, 1460.98 (bir min dörd yüz altmış manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 146.02 (bir yüz qırx altı manat iki qəpik) manat cərimə, ümumilikdə 1685 manat (min atı yüz səksən beş) manat borc və 36.85 (otuz altı manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-772/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-772/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver