Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № e-2(029)-956/2024 16.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********25987 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 288.78 (iki yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 28.22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, DONDURUCU HOFFMANN üçün 172.08 (yüz yetmiş iki manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 17.92 (on yeddi manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ Mİ HOME SECURİTY CAMEERA üçün 43.63 (qırx üç manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 4.37 (dörd manat otuz yeddi qəpik) manat cərimə olmaqla ümumilikdə 555 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC TELECOM’ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********25987 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, DONDURUCU HOFFMANN, XİAOMİ Mİ H SECURİTY CAMERA almış və nəticədə 555 (beş yüz əlli beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 728.9 (yeddi yüz iyirmi səkkiz manat doxsan qəpik) manat (18 ay x 38.9 manat + 28.7 manat ilkin ödəniş), İMEİ KODU **********25987 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 317 (üç yüz on yeddi) manat olmaqla ondan, 288.78 (iki yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700.2 (yeddi yüz manat iyirmi qəpik) manat (18 ay x 38.9 manat + 0 manat ilkin ödəniş) DONDURUCU HOFFMANN üçün ümumilikdə, 190 (yüz doxsan) manat olmaqla ondan, 172.08 (yüz yetmiş iki manat səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.92 (on yeddi manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 139.92 (yüz otuz doqquz manat doxsan iki qəpik) manat (12 ay x 11.66 manat + 0 manat ilkin ödəniş) XİAOMİ Mİ HOME SECURİTY CAMERA üçün ümumilikdə, 48 (qırx səkkiz) manat olmaqla ondan, 43.63 (qırx üç manat altmış üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.37 (dörd manat otuz yeddi qəpik) manat cərimə olmaqla cəmi ödədiyi məbləğ 1064.53 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbinin əsaslılığı tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə sübuta yetirilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********25987 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 288.78 (iki yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 28.22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, DONDURUCU HOFFMANN üçün 172.08 (yüz yetmiş iki manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 17.92 (on yeddi manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ Mİ HOME SECURİTY CAMEERA üçün 43.63 (qırx üç manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 4.37 (dörd manat otuz yeddi qəpik) manat cərimə olmaqla ümumilikdə 555 manat borc tutularaq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********25987 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 288.78 (iki yüz səksən səkkiz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 28.22 (iyirmi səkkiz manat iyirmi iki qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, DONDURUCU HOFFMANN üçün 172.08 (yüz yetmiş iki manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 17.92 (on yeddi manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, XİAOMİ Mİ HOME SECURİTY CAMEERA üçün 43.63 (qırx üç manat altmış üç qəpik) manat ödənilməmiş hissə, 4.37 (dörd manat otuz yeddi qəpik) manat cərimə olmaqla ümumilikdə 555 (beş yüz əlli beş) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(029)-956/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(029)-956/2024
16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver