Məhkəmə qərarları › İş №e-2(030)-100/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-100/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-100/2024 10.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 mart 2021-ci il tarixli 22326814 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A10S” markalı mobil telefon üçün 23 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2021-ci tarixli 22326814 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 21.70 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A10S” markalı mobil telefonu 390.60 manata satın almışdır. Cavabdeh tərəfindən 370 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 mart 2021-ci tarixli 22326814 nömrəli “Müqavilə” üzrə 20.60 manat ödənilməmiş hissə və 2.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 01 mart 2021-ci tarixli 22326814 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2021-ci il tarixli 22326814 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 21.70 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 390.60 manat olan 1 ədəd “SAMSUNG GALAXY A10S” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ Kodu **********46165 olan “SAMSUNG GALAXY A10S (SM-107)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 mart 2021-ci il tarixli 22326814 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A10S” markalı mobil telefon üçün 20.60 manat ödənilməmiş hissə və 2.40 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 15 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 mart 2021-ci il tarixli 22326814 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A10S” markalı mobil telefonu 390.60 manata satın almışdır. Cavabdeh tərəfindən 370 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 mart 2021-ci il tarixli 22326814 nömrəli “Müqavilə” üzrə 20.60 manat ödənilməmiş hissə və 2.40 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 01 mart 2021-ci il tarixli 22326814 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A10S” markalı mobil telefon üçün 23 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01 mart 2021-ci il tarixli 22326814 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A10S” markalı mobil telefon üçün 23 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar