Məhkəmə qərarları › İş №e-2(030)-102/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-102/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-102/2024 11.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 may 2022-ci tarixli 04291189 nömrəli “Müqaviləyə” əsasən 8 ədəd “Stul- Sofi”, Melis-qonaq-masa, Melis yataq-surgulu-dolab üçün 2786 manat borc və ödənilmiş 47.86 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2022-ci tarixli 04291189 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 121.03 manat ödəməklə 23 ay müddətinə 8 ədəd “Stul-Sofi”, Melis-qonaq-masa, Melis yataq-surguludolabı 2783.69 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 251 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 01 may 2022-ci tarixli 04291189 nömrəli “Müqavilə” üzrə 2532.69 manat ödənilməmiş hissə və 253.31 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 01 may 2022-ci tarixli 04291189 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 may 2022-ci tarixli 04291189 nömrəli “Müqavilə”yə əsasən 8 ədəd “Stul-Sofi”, Melis-qonaq-masa, Melis yataq-surguludolabı satın almış, 01 may 2022-ci tarixli 04291189 nömrəli müqaviləyə əsasən 8 ədəd “Stul-Sofi”, Melis-qonaq-masa, Melis yataq-surgulu-dolab Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 16 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01 may 2022-ci tarixli 04291189 nömrəli “Müqaviləyə” əsasən 8 ədəd “Stul- Sofi”, Melis-qonaq-masa, Melis yataq-surgulu-dolab üçün 2532.69 manat ödənilməmiş hissə və 253.31 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 47.86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 01 may 2022-ci il tarixli 04291189 nömrəli müqaviləyə əsasən 8 ədəd “Stul-Sofi”, Melis-qonaq-masa, Melis yataq-surgulu-dolabı 2783.69 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 251 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 01 may 2022-ci il tarixli 04291189 nömrəli müqavilə üzrə hesablanmış 253.31 manat məbləğində cərimə azaldılaraq 0.31 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01 may 2022-ci il tarixli 04291189 nömrəli müqaviləyə əsasən 8 ədəd “Stul-Sofi”, Melis-qonaq-masa, Melis yataq-surgulu-dolab üçün 2533 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 47.86 manat məbləğində dövlət rüsumunun 43 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 may 2022-ci il tarixli 04291189 nömrəli müqaviləyə əsasən 8 ədəd “Stul-Sofi”, Melis-qonaq-masa, Melis yataq-surgulu-dolab üçün 2533 manat borcu və ödənilmiş 43 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar