Məhkəmə qərarları › İş №e-2(030)-103/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-103/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-103/2024 11.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 aprel 2023-cü il tarixli 03383851 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A54” markalı mobil telefon, “Samsung” markalı adaptr başlığı üçün 1417 manat borc və ödənilmiş 34.17 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü tarixli 03383851 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 110.75 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A54” markalı mobil telefon, “Samsung” markalı adaptr başlığını 1433 manata satın almışdır. Cavabdeh tərəfindən 144 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 25 aprel 2023-cü tarixli 03383851 nömrəli “Müqavilə” üzrə 1289 manat ödənilməmiş hissə və 128 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 25 aprel 2023-cü tarixli 03383851 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tarixli 03383851 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 110.75 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 1433 manat olan 1 ədəd “SAMSUNG GALAXY A54” markalı mobil telefon, “Samsung” markalı adaptr başlığını satın almış və 1 ədəd İMEİ Kodu **********96052 olan “SAMSUNG GALAXY A54 5G (SM-A546) 6/128GB Black” markalı mobil telefon, “Samsung 25W Charger White EP-TA800NWEGRU” markalı adaptr başlığı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25 aprel 2023-cü il tarixli 03383851 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A54” markalı mobil telefon, “Samsung” markalı adaptr başlığı üçün 1289 manat ödənilməmiş hissə və 128 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 34.17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 25 aprel 2023-cü il tarixli 03383851 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A54” markalı mobil telefon, “Samsung” markalı adaptr başlığını 1433 manata satın almışdır. Cavabdeh tərəfindən 144 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 25 aprel 2023-cü il tarixli 03383851 nömrəli “Müqavilə” üzrə 1289 manat ödənilməmiş hissə və 128 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 25 aprel 2023-cü il tarixli 03383851 nömrəli müqavilə üzrə hesablanmış 128 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 aprel 2023-cü il tarixli 03383851 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A54” markalı mobil telefon, “Samsung” markalı adaptr başlığı üçün 1290 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 34.17 manat məbləğində dövlət rüsumunun 31 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 aprel 2023-cü il tarixli 03383851 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A54” markalı mobil telefon, “Samsung” markalı adaptr başlığı üçün 1290 manat borc və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar