Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-104/2024 11.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefon və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 884 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 26.45 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefonu 476.10 manata satın almışdır. 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 605.70 manata satın almışdır. Cavabdehin MMC-yə 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli “Müqavilə” üzrə 456.10 manat ödənilməmiş hissə, 45.90 manat cərimə borcu və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 348 manat ödənilməmiş hissə və 34 manat cərimə borcu olmaqla, ümumilikdə 884 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 26.45 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 476.10 manat olan 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefonu satın almış və 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********74913 olan “SAMSUNG GALAXY A13 DS (SM-A135) 32GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 32 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 605.70 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********27584 olan “SAMSUNG GALAXY A12 (SM-A127) 128GB Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 18 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefon üçün 456.10 manat ödənilməmiş hissə və 45.90 manat cərimə borcu, 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 348 manat ödənilməmiş hissə və 34 manat cərimə borcu olmaqla, ümumilikdə isə 884 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 20 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A13” markalı mobil telefonu 476.10 manata və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 605.70 manata satın almışdır. Cavabdehin MMC-yə 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli “Müqavilə” üzrə 456.10 manat ödənilməmiş hissə və 45.90 manat cərimə borcu, 17 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 348 manat ödənilməmiş hissə və 34 manat cərimə borcu olmaqla, ümumilikdə 884 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 277.70 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli müqavilə üzrə hesablanmış 45.90 manat məbləğində cərimə azaldılaraq 0.90 manat, 17 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 34 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli müqavilə üzrə 457 manat və 17 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 349 manat, ümumilikdə 806 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 iyul 2022-ci il tarixli 03551717 nömrəli müqavilə üzrə 457 manat, 17 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 349 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-104/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-104/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver