Məhkəmə qərarları › İş №e-2(030)-105/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-105/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-105/2024 10.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 dekabr 2022-ci tarixli 03542614 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A53” markalı mobil telefon üçün 1498 manat borc və ödənilmiş 34.98 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2022-ci tarixli 03542614 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 75.66 manat ödəməklə 18 ay müddətinə “SAMSUNG GALAXY A53” markalı mobil telefonu 1406.88 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 45 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 12 dekabr 2022-ci tarixli 03542614 nömrəli “Müqavilə” üzrə 1361.88 manat ödənilməmiş hissə və 136.12 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 12 dekabr 2022-ci tarixli 03542614 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2022-ci tarixli 03542614 nömrəli “Müqavilə”yə əsasən “SAMSUNG GALAXY A53” markalı mobil telefonu satın almış, 12 dekabr 2022-ci tarixli 03542614 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********32352 olan“SAMSUNG GALAXY A53 DS (SM-A536) 128GB 5G-BLACK” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 21 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 dekabr 2022-ci tarixli 03542614 nömrəli “Müqaviləyə” əsasən “SAMSUNG GALAXY A53” markalı mobil telefon üçün 1361.88 manat ödənilməmiş hissə və 136.12 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 22 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 34.98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 dekabr 2022-ci il tarixli 03542614 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A53” markalı mobil telefonu 1406.88 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 45 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 12 dekabr 2022-ci il tarixli 03542614 nömrəli müqavilə üzrə hesablanmış 136.12 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 dekabr 2022-ci il tarixli 03542614 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A53” markalı mobil telefon üçün 1362 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 34.98 manat məbləğində dövlət rüsumunun 31 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 dekabr 2022-ci il tarixli 03542614 nömrəli müqaviləyə əsasən “SAMSUNG GALAXY A53” markalı mobil telefon üçün 1362 manat borcu və ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar