Məhkəmə qərarları › İş №e-2(030)-112/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-112/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-112/2024 12.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Total” markalı kompressor, 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Goranje” markalı şirəçəkən və 19 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı drel-şurup bağlayan üçün 420 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə bildirişdən və poçt xəbərnaməsindən görünür ki, Cavabdeh iddia ərizəsinin surətini və bildirişi rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş, iddia ərizəsinin surətini və bildirişi Cavabdeh 20 dekabr 2023-cü il tarixdə xəbərnaməni imza etməklə almışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27.30 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Total” markalı kompressoru 491.40 manata satın almışdır. 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 12 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Goranje” markalı şirəçəkəni 216 manata satın almışdır. 19 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 12.50 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı drel-şurup bağlayanı 150 manata satın almışdır. Cavabdehin MMC-yə 12 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 269.30 manat ödənilməmiş hissə, 26.70 manat cərimə borcu,17 avqust 2021-ci il tarixli 24022073 nömrəli “Müqavilə” üzrə 61.30 manat ödənilməmiş hissə və 6.70 manat cərimə borcu və 19 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 50.40 manat ödənilməmiş hissə, 5.60 manat cərimə borcu olmaqla, ümumilikdə 420 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 12 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 27.30 manat ödəməklə 18 ay müddətinə alqısatqı qiyməti 491.40 manat olan 1 ədəd “Total” markalı kompressoru satın almış və 12 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Total TC125506/50 litr” markalı kompressor Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 12 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 216 manat olan 1 ədəd “Goranje” markalı mobil telefonu satın almış və 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli müqaviləyə əsasən 1 ədəd “Goranje JC900E” markalı şirəçəkən Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 19 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 19 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 12.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 150 manat olan 1 ədəd "xxxx" markalı markalı drel-şurup bağlayanı satın almış və 19 fevral 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Bort Bab-14UX2Lİ-FK (BAG- 1X1.5)” markalı markalı drel-şurup Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 23 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 yanvar 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Total” markalı kompressor üçün 269.30 manat ödənilməmiş hissə və 26.70 manat cərimə borcu, 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Goranje” markalı şirəçəkən üçün 61.30 manat ödənilməmiş hissə və 6.70 manat cərimə borcu, 19 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı drel-şurup bağlayan üçün 50.40 manat ödənilməmiş hissə və 5.60 manat cərimə borcu olmaqla, ümumilikdə isə 420 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 24 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 31.26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 12 yanvar 2022-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “Total” markalı kompressoru 491.40 manata, 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Goranje” markalı şirəçəkəni 216 manata, 19 fevral 2022-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı drel-şurup bağlayanı 150 manata satın almışdır. Cavabdehin MMC-yə ümumilikdə 420 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 476.40 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 12 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 26.70 manat məbləğində cərimə azaldılaraq 0.70 manat, 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli müqavilə üzrə hesablanmış 6.70 manat məbləğində cərimə azaldılaraq 0,70 manat, 19 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 5.60 manat məbləğində cərimə azaldılaraq 0.60 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 270 manat, 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli müqavilə üzrə 62 manat, 19 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 51 manat olmaqla, ümumilikdə 383 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 yanvar 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 270 manat, 17 avqust 2021-ci il tarixli 24022073 nömrəli müqavilə üzrə 62 manat, 19 fevral 2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 51 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar