Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-114/2024 12.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 sentyabr 2021-ci il tarixli 03532 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 296 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2021-ci tarixli 03532 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 27.39 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefonu 509.52 manata satın almışdır. Cavabdeh tərəfindən 240.50 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 06 sentyabr 2021-ci tarixli 03532 nömrəli “Müqavilə” üzrə 269.02 manat ödənilməmiş hissə və 26.98 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 06 sentyabr 2021-ci tarixli 03532 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli 03532 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 27.39 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 509.52 manat olan 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefonu satın almış və 1 ədəd İMEİ Kodu **********03892 olan “SAMSUNG GALAXY A12 (SM-A125) 32GB Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 sentyabr 2021-ci il tarixli 03532 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 269.02 manat ödənilməmiş hissə və 26.98 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 28 noyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06 sentyabr 2021-ci il tarixli 03532 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefonu 509.52 manata satın almışdır. Cavabdeh tərəfindən 240.50 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin MMC-yə 06 sentyabr 2021-ci il tarixli 03532 nömrəli “Müqavilə” üzrə 269.02 manat ödənilməmiş hissə və 26.98 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 06 sentyabr 2021-ci il tarixli 03532 nömrəli müqavilə üzrə hesablanmış 26.98 manat məbləğində cərimə azaldılaraq 0.98 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 sentyabr 2021-ci il tarixli 03532 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 270 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 sentyabr 2021-ci il tarixli 03532 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon üçün 270 manat borc və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-114/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-114/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver