Məhkəmə qərarları › İş №e-2(030)-122/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-122/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-122/2025 10.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “JBL” markalı qulaqlıq və 22 yanvar 2023-cü il tarixli 03914012 ömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A33”, “Samsung Charger” üçün 196.04 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 25 dekabr 2024-cü il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin, cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 13.33 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “JBL” markalı qulaqlığı 159.96 manata satın almışdır. 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 38.79 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A33”, “Samsung Charger” 698.22 manata satın almışdır. Cavabdehin MMC-yə 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli “Müqavilə” üzrə 93.90 manat ödənilməmiş hissə, 28.17 manat cərimə borcu və 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli “Müqavilə” üzrə 56.90 manat ödənilməmiş hissə, 17.07 manat cərimə borcu olmaqla, ümumilikdə 196.04 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 13.33 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 159.96 manat olan 1 ədəd “JBL” markalı qulaqlığı satın almış və 15 dekabr 2023cü il tarixli 09644073 nömrəli müqaviləyə əsasən 1 ədəd “JBL Buds Black” markalı qulaqlığı Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 38.79 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 698.22 manat olan 1 ədəd “Samsung Galaxy A33”, “Samsung Charger” satın almış və 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********39178 olan “Samsung Galaxy A33 (SM-A336) 128GB 5G White” markalı mobil telefon, “Samsung 25W white charger” Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. 11 dekabr 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “JBL” markalı qulaqlıq üçün 93.90 manat ödənilməmiş hissə və 28.17 manat cərimə borcu, 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A33”, “Samsung Charger” üçün 56.90 manat ödənilməmiş hissə və 17.07 manat cərimə borcu olmaqla, ümumilikdə isə 196.04 manat məbləğində borcu vardır. 30 oktyabr 2024-cü il tarixli 70453347 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli müqaviləyə əsasən 1 ədəd “JBL” markalı qulaqlığı 159.96 manata və 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd matrası 120 manata satın almışdır. Cavabdehin MMC-yə 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli “Müqavilə” üzrə 259.28 manat ödənilməmiş hissə və 25.72 manat cərimə borcu, 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli “Müqavilə” üzrə 56.90 manat ödənilməmiş hissə və 17.07 manat cərimə borcu olmaqla, ümumilikdə 196.04 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 707.38 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli “Müqavilə” üzrə 93.90 manat ödənilməmiş hissə və 28.17 manat cərimə borcu, 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli “Müqavilə” üzrə 56.90 manat ödənilməmiş hissə və 17.07 manat cərimə borcu olmaqla, ümumilikdə 196.04 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 dekabr 2023-cü il tarixli 09644073 nömrəli müqavilə üzrə 93.90 manat ödənilməmiş hissə və 17.07 manat cərimə borcu, 22 yanvar 2023-cü il tarixli 03914012 nömrəli müqavilə üzrə üzrə 56.90 manat ödənilməmiş hissə və 17.07 manat cərimə borcu olmaqla, ümumilikdə 196.04 manat manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar