Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-125/2024 17.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “TOSHİBA” markalı paltaryuyan və 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 928 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 49.58 manat ödəməklə 24 ay müddətinə 1 ədəd “TOSHİBA” markalı paltaryuyanı 1189.92 manata satın almışdır. 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 44.61 manat ödəməklə 13 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 579.93 manata satın almışdır. Cavabdehin MMC-yə 03 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 494.10 manat ödənilməmiş hissə, 49.90 manat cərimə borcu və 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli “Müqavilə” üzrə 349.93 manat ödənilməmiş hissə və 34.07 manat cərimə borcu olmaqla, ümumilikdə 928 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 03 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 49.58 manat ödəməklə 24 ay müddətinə alqısatqı qiyməti 1189.92 manat olan 1 ədəd “TOSHİBA” markalı paltaryuyanı satın almış və 03 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “TOSHİBA TW- BJ80S2GE(SK) Gümüşü” markalı paltaryuyan Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 44.61 manat ödəməklə 13 ay müddətinə alqı-satqı qiyməti 579.93 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********59697 olan “SAMSUNG GALAXY A13 (SM-A135) 128GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 18 noyabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “TOSHİBA” markalı paltaryuyan üçün 494.10 manat ödənilməmiş hissə və 49.90 manat cərimə borcu, 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 349.93 manat ödənilməmiş hissə və 34.07 manat cərimə borcu olmaqla, ümumilikdə isə 928 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 05 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 03 dekabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 1 ədəd “TOSHİBA” markalı paltaryuyanı 1189.92 manata və 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 579.93 manata satın almışdır. Cavabdehin MMC-yə 03 dekabr 2021-ci il tarixli ******* nömrəli “Müqavilə” üzrə 494.10 manat ödənilməmiş hissə və 49.90 manat cərimə borcu, 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli “Müqavilə” üzrə 349.93 manat ödənilməmiş hissə və 34.07 manat cərimə borcu olmaqla, ümumilikdə 928 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 925.82 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 03 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə hesablanmış 49.90 manat məbləğində cərimə azaldılaraq 0.90 manat, 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli müqavilə üzrə hesablanmış 34.07 manat məbləğində cərimə azaldılaraq 0.07 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 495 manat və 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli müqavilə üzrə 350 manat, ümumilikdə 845 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 dekabr 2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 495 manat, 26 sentyabr 2022-ci il tarixli 13411810 nömrəli müqavilə üzrə 350 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-125/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-125/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver