Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-131/2025 24.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 oktyabr 2018-ci tarixli alqı-satqı müqaviləsinə əsasən 730 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 760 manat məbləğin alınıb İddiaçı1 qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 09 yanvar 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında imzalanmış 18 oktyabr 2018-ci tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borclu “KZS Electronics” mağazasından 1 ədəd “LG” markalı paltaryuyan dəyəri 800 manat, 1 ədəd “Heiner” markalı soyuducu dəyəri 720 manat, ümumilikdə 1520 manat məbləği 12 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 790 manat məbləğində ödəniş etmişdir. Qalan 730 manat məbləğə dair heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehdən borcunu ödəməyi tələb etsədə cavabdeh müxtəlif bəhanlər ilə onu yubadmışdır. Cavabdehdən müqavilə üzrə qalıq borc olan 730 manat məbləğin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İşə əlavə edilmiş 18 oktyabr 2018-ci tarixli nisyə alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, İddiaçı1 (“KZS Electronics” mağazası) ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı (“KZS Electronics” mağazası) Cavabdeh ümumi dəyəri 1520 manat olan “1 ədəd “LG” markalı paltaryuyan və 1 ədəd “Heiner” markalı soyuducu 12 ay müddətinə aylıq cəmi 127 manat ödəmək şərtilə satmışdır. Cavabdeh müqavilələr üzrə 720 manat məbləğində ödəniş etmişdir. İşə əlavə edilmiş 02 dekabr 2024-cü pretenziya məktubundan görünür ki, Cavabdeh məktubu aldığı vaxtdan 5 gün ərzində “KZS Electronics” mağazasına olan 730 manat borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə edilmiş 30 dekabr 2024-cü il tarixli Borca dair arayışdan görünür ki, Cavabdeh “KZS Electronics” mağazasına 730 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilmiş 18 oktyabr 2018-ci il tarixli Əşyaların təhvil-təslim aktlarının surətindən görünür ki, “KZS Electronics” mağazası tərəfindən 1 ədəd “LG” markalı paltaryuyan və 1 ədəd “Heiner” markalı soyuducu Cavabdehnna təhvil verilmiş, cavabdeh tərəfindən akt imzalanmışdır. 30 dekabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh arasında 18 oktyabr 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1 ədəd “LG” markalı paltaryuyan və 1 ədəd “Heiner” markalı soyuducunu 1520 manata satın almışdır. Cavabdeh tərəfindən qalıq qalan 730 manat ödəniş edilməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəlləsinin 600.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 730 manat pul vəsaiti alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1 ədəd “LG” markalı paltaryuyan və 1 ədəd “Heiner” markalı soyuducu üçün 730 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-131/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-131/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver