Məhkəmə qərarları › İş №e-2(030)-149/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-149/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-149/2024 26.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefon və 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 449 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 43 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefonu 944.40 manata satın almışdır. 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 36.20 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 778.60 manata satın almışdır. Cavabdehin MMC-yə 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli “Müqavilə” üzrə 266.51 manat ödənilməmiş hissə, 26.49 manat cərimə borcu və 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli “Müqavilə” üzrə 141.92 manat ödənilməmiş hissə və 14.08 manat cərimə borcu olmaqla, ümumilikdə 884 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 43 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 944.40 manat olan 1 ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefonu satın almış və 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********26081 olan “SAMSUNG GALAXY A51 DS (SM-A515) 128GB” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 36.20 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 778.60 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 26 fevral 2021ci il tarixli 22320414 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********1050 olan “SAMSUNG GALAXY A41 DS (SM-A415)” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 dekabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefon üçün 266.51 manat ödənilməmiş hissə və 26.49 manat cərimə borcu, 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 141.92 manat ödənilməmiş hissə və 14.08 manat cərimə borcu olmaqla, ümumilikdə isə 449 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 07 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A51” markalı mobil telefonu 944.40 manata və 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 778.60 manata satın almışdır. Cavabdehin MMC-yə 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli “Müqavilə” üzrə 266.51 manat ödənilməmiş hissə və 26.49 manat cərimə borcu, 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli “Müqavilə” üzrə 141.92 manat ödənilməmiş hissə və 14.08 manat cərimə borcu olmaqla, ümumilikdə 884 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 449 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli müqavilə üzrə hesablanmış 26.49 manat məbləğində cərimə azaldılaraq 0.49 manat, 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli müqavilə üzrə hesablanmış 14.08 manat məbləğində cərimə azaldılaraq 1.08 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli müqavilə üzrə 267 manat və 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli müqavilə üzrə 143 manat, ümumilikdə 410 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 aprel 2021-ci il tarixli 22439288 nömrəli müqavilə üzrə 267 manat, 26 fevral 2021-ci il tarixli 22320414 nömrəli müqavilə üzrə 143 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar