Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-150/2025 29.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi, Yevlax rayon 2 saylı Notariat Kontoru (Ofisi) və Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı Yevlax rayonu Havarlı kəndində yerləşən 0,05 ha (ilkin olaraq 0,10 ha) həyətyanı torpaq sahəsi ilə əlaqədar bağlanmış 09 aprel 2015-ci il tarixli 4Ə-85 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına 16 aprel 2015-ci il tarixli ********** nömrəli qeydiyyatın etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzil ilə əlaqədar bağlanmış 03 aprel 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdəki qeydiyyatın ləğv edilərək həmin əmlaklar üzərində onun ½ hissədə iddiaçının mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının cavabdehlər Cavabdeh4, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə, Yevlax rayon 2 saylı Notariat Kontoruna (Ofisinə) və Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,05 ha (ilkin olaraq 0,10 ha) həyətyanı təyinatlı torpaq sahəsi ilə əlaqədar bağlanmış 09 aprel 2015-ci il tarixli 4Ə-85 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 adına olan 16 aprel 2015-ci il tarixli, ********** nömrəli qeydiyyatın etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzil ilə əlaqədar bağlanmış 03 aprel 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdəki qeydiyyatın ləğv edilərək həmin əmlaklar üzərində onun ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini əsaslandıran hallar kimi Cavabdeh1 Mingəçevir şəhərində notarius kimi uzun illər fəaliyyət göstərdiyindən asanlıq və əlçatanlıqla əmlakları üçüncü şəxslərin adına rəsmiləşdirə bilmək imkanına malik olması, həmçinin daşınmaz əmlakların iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş olduğundan həmin əmlaklar satılarkən iddiaçının məlumatsızlığı, Cavabdeh4 ilə Cavabdeh1 qohumluq əlaqələrinin olması, müqavilələrin uydurma əqd olması və digər hallar göstərilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha həyətyanı təyinatlı torpaq sahəsi ilə əlaqədar bağlanmış 09 aprel 2015-ci il tarixli 4Ə-85 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına 16 aprel 2015-ci il tarixli ********** nömrəli qeydiyyatın və X4 da adına olan 16 aprel 2015-ci il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin qalan hissələrini olduğu kimi saxlamışdır. Həmçinin məhkəməyə vəsatət təqdim edərək X4 cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi iddia tələbinin həcminin artırılmaqla X4 adına verilmiş çıxarışın ləğv edilməsi, və həmin şəxsin cavabdeh kimi işə cəlb olunması, həmçinin Cavabdeh4 adına qeydiyyatın etibarsız hesab edilməsinin ləğv edilməyə dəyişdirilməsi barədə ərizə və vəsatət ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra, sonuncu məhkəmə baxışı iclası keçirilən gün verilmişdir. Lakin, bunlar üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olması və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını iddiaçı ərizə və vəsatətində əsaslandırmamışdır. Odur ki, ərizə və vəsatətin verilməsi prosessual baxımdan yol verilən sayılmamışdır. İşə ilkin iddia ərizəsi üzrə mahiyyəti üzrə baxılmışdır. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə keçiririlmiş məhkəmə hazırlıq iclaslarında iddiaçı Səbizova (Rzayeva) Çinarə İsmət qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iştirak etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin əsaslı olduğunu və mahiyyəti üzrə baxılaraq təmin olunmasını bildirmişdir. Lakin, iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında iddiaçı tərəfdən iştirak edən olmamışdır. xx.xx.2025-ci il tarixdə keçiririlmiş məhkəmə baxışı iclasında Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbi qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, mənzilin və torpaq sahəsinin cavabdehə satılmasında digər Cavabdeh1 arvadı iddiaçı Çinarə Rzayevanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmuşdur. Alqı-satqı müqavilələri nəticəsində əmlaklar qanuni əsaslarla Cavabdeh4 mülkiyyətinə keçmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçiririlmiş məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, müqavilələrin etibarsızlığı üçün əsaslar mövcud deyildir. Əmlakların satılmasına iddiaçının yazılı və təsdiqlənmiş razılığı olmuşdur. İddiaçı ilə nikahı 2023-cü ildə pozulduqdan sonra onun əsassız şikayətləri və iddiaları yaranmışdır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 iddia müddətinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı iddiası iddia müddətini ötürülməsi səbəbindən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin, Yevlax rayon 2 saylı Notariat Kontoru (Ofisi) və Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunun (Ofisinin) nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X3 nikahı Mingəçevir Şəhər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha 07 noyabr 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 07 noyabr 2023-cü il tarixdə 147 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Cavabdeh1 ilə Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X11 arasında bağlanmış və Mingəçevir şəhəri 1 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* nömrəli 03 aprel 2015-ci il tarixli 4Ə-154 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 52/11 saylı binanın 5 saylı 3 otaqlı mənzili Cavabdeh4 satılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 03 aprel 2015-ci il tarixdə təsdiq edilmiş 7E-2710 reyestr nömrəli ərizənin surətindən görünür ki, X5 etibarnamə ilə təmsil etmək səlahiyyəti olan X1 Nidayət Bəşir oğluna məxsus Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 52/11 saylı binanın 5 saylı mənzilinin satılmasına razı olduğunu bildirmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 06 mart 2015-ci il tarixdə təsdiq edilmiş 7E-1943 reyestr nömrəli etibarnamənin məzmunundan görünür ki, X10 və X12 həmin etibamamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı idarə etməyi və onun üzərində sarəncam verməyi və digər hərəkətləri etməyi X6 etibar etmişlər. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 52/11 saylı binanın 5 saylı mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Yevlax rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* nömrəli, 09 aprel 2015-ci il tarixli 4Ə-85 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsi X7, 0,05 ha hissəsi isə Cavabdeh4 satılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhəri 1 saylı Dövlət Notariat Kontorunda 11 fevral 2015-ci il tarixdə təsdiq edilmiş 7E-02-12-18 reyestr nömrəli ərizənin surətindən görünür ki, X10 əri Cavabdeh1 məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına, dəyişdirilməsinə və ya bağışlanmasına etiraz etmədiyini bildirmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 aprel 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin mövcud olduğu zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-ci maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 225.6-ci maddəsinə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən anlayışdır. Arzu olunan hüquqi nəticəni əmələ gətirmək xüsusiyyəti olmayan və ya belə bir nəticəni yaratmaq qabilyyətindən məhrum olan əqd etibarsız sayıla bilər. Bəzi əqdlər də vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır. İş üzrə sübutlardan göründüyü kimi X10 notarial qaydada təsdiqlənmiş ərizə təqdim etməklə torpaq sahəsinin satılmasına razı olduğunu bildirmişdir. Toraq sahəsinin satılmasına razılıq isə iddiaçının buna etibarnamə əsasında səlahiyyət vermiş olduğu şəxs tərəfindən verilmişdir. Razılıq bildirən sənədlərin hər biri notarial qaydada təsdiq olunmuşdur. İşin hallarından göründüyü kimi, mübahisələndirilən müqavilələr üzrə öhdəliklər hər iki tərəfə münasibətdə tam icra olunmuş və hüquqi nəticə yaranmışdır. Həmin daşınmaz əmlaklar birgə nikah dövündə əldə edilmiş olduğundan bu əmlakların özgəninkiləşdirilməsinin gələcəkdə İddiaçı tərəfindən hüquqi yollarla ayrılma və ya bölünmə tələblərinin qarşısının alınması məqsədilə edilmiş olması ehtimalı o halda mümkün olardı ki, bu müqavilələr iddiaçının razılığı olmadan bağlanılmış olsun. Bir halda ki, əmlakların satılması Rzayeva (Səbizova) Çinarə İsmət qızından gizlədilməmişdir, ona görə də əqdlərin bu əsaslara görə etibarsızlıq halı yaranmır. O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf onu sübut etməlidir. Müqavilələr üzrə tərəflərin iradə ifadəsinin torpaq sahəsinin və mənzilin satılmasına deyil, başqa bir əqdin pərdələnmiş olmasına yönəlmiş olmasını və ya əqdlərin uydurma olmasını müəyyən edən, yaxud əqdlərin etibarsız hesab olunmasına əsas verən digər halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş vəsatətlərdə iş üçün əhəmiyyətli ola biləcək mötəbər sübutların əldə olunması göstərilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, əmlakların satılmasına razılıq bildirən sənədlərin hər biri notarial qaydada təsdiq olunmuşdur. İddiaçı tərəf notarial qaydada təsdiq olunmuş sənədlərdəki imzaların ona məxsus olmadığını bildirmiş olduğu təqdirdə bunların ekspertiza qaydasında müəyyən olunması üçün sərbəst xətt və imza nümunələrini məhkəməyə təqdim etməli olduğu halda, sübutetmə vəzifəsindən irəli gələrək iş üzrə keçirilən məhkəmə iclaslarında sübuti əhəmiyyəti olan sərbəst xətt yazı və imza nümunələrininin əsllərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, müqavilələrin etibarsızlığı tələbi iddia tələbinin digər hissələrinə münasibətdə əsas tələb hesab olunur. Yəni, sonrakı tələblərin həlli bu tələbdən asılıdır. Belə ki, müqavilələr etibarsız sayıldığı halda onlar əsasında verilmiş çıxarışlar ləğv olunmaqla əvvəlki vəziyyət bərpa oluna bilər. Belə vəziyyət yarandığı halda isə əmlakın bölünməsi üçün əsaslar yarana bilər. Qeyd olunanlar onu deməyə əsas verir ilkin tələbin əsassızlığı ondan asılı olan sonrakı tələblərin də əsassızlığına gətirib çıxarır. Odur ki, iddia tələbi bütünlüklə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-150/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-150/2025
29.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver