Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-172/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefon və 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 499 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 36.84 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefonu 442.08 manata satın almışdır. 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32.50 manat ödəməklə 12 ay müddətinə 1 ədəd "xxxx" markalı mobil telefonu 429 manata satın almışdır. Cavabdehin MMC-yə 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli “Müqavilə” üzrə 328.08 manat ödənilməmiş hissə, 32.92 manat cərimə borcu və 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli “Müqavilə” üzrə 126 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu olmaqla, ümumilikdə 499 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 36.84 manat ödəməklə 12 ay müddətinə alqısatqı qiyməti 442.08 manat olan 1 ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefonu satın almış və 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli müqaviləyə əsasən 1 ədəd İmei Kodu **********97317 olan “SAMSUNG GALAXY A04 (SM-A045) 64GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 noyabr 2022-ciil tarixli 03502964 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 32.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 429 manat olan 1 ədəd "xxxx" markalı mobil telefonu satın almış və 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********57845 olan “SAMSUNG GALAXY A13 DS (SM-A135) 32GB Black” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefon üçün 328.08 manat ödənilməmiş hissə və 32.92 manat cərimə borcu, 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefon üçün 126 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu olmaqla, ümumilikdə isə 499 manat məbləğində borcu vardır. İşə əlavə edilmiş 14 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli müqaviləyə əsasən 1 ədəd “SAMSUNG GALAXY A04” markalı mobil telefonu 442.08 manata və 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd "xxxx" markalı mobil telefonu 429 manata satın almışdır. Cavabdehin MMC-yə 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli “Müqavilə” üzrə 328.08 manat ödənilməmiş hissə və 32.92 manat cərimə borcu, 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli “Müqavilə” üzrə 126 manat ödənilməmiş hissə və 12 manat cərimə borcu olmaqla, ümumilikdə 499 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 449 manat məbləğində ödəniş edilmişdir.Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli müqavilə üzrə hesablanmış 32.92 manat məbləğində cərimə azaldılaraq 0.92 manat, 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli müqavilə üzrə hesablanmış 12 manat məbləğində cərimə azaldılaraq 1 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli müqavilə üzrə 329 manat və 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli müqavilə üzrə 127 manat, ümumilikdə 456 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 fevral 2023-cü il tarixli 09642471 nömrəli müqavilə üzrə 329 manat, 06 noyabr 2022-ci il tarixli 03502964 nömrəli müqavilə üzrə 127 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-172/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-172/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver