Məhkəmə qərarları › İş №e-2(030)-173/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-173/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-173/2025 12.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) cavabdeh X4 qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A25” markalı mobil telefon, İnnovtativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində rüsum və 02 iyun 2024-cü il tarixli 03996202 ömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 13C ” markalı mobil telefon üçün 1323.73 manat borc və ödənilmiş 33.24 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh X4 30 yanvar 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin, cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 27 iyun 2024cü il tarixli 18866978 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 42.50 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “Samsung Galaxy A25” markalı mobil telefonu 765 manata satın almışdır. 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 32.50 manat ödəməklə 12 ay müddətinə 1 ədəd “Xiaomi Redmi 13C” markalı mobil telefonu 390 manata satın almışdır. Cavabdehin MMC-yə 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli “Müqavilə” üzrə 722.50 manat ödənilməmiş hissə, 216.75 manat cərimə borcu və İnnovtativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində rüsum və 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli “Müqavilə” üzrə 277.60 manat ödənilməmiş hissə, 83.28 manat cərimə borcu olmaqla, ümumilikdə 1323.73 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 42.50 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 765 manat olan 1 ədəd “Samsung Galaxy A25” markalı mobil telefonu satın almış və 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********88546 olan “Samsung Galaxy A25 SM-A256 8/256 GB Light Blue” markalı mobil telefon X4 təhvil verilmiş, Səmədov Zamin tərəfindən akt imzalanmışdır. 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə X6 arasında 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli “Müqavilə”yə əsasən sonuncu hər ay 42.50 manat ödəməklə 12 ay müddətinə alqı-satqı qiyməti 390 manat olan 1 ədəd “Xiaomi Redmi 13C” markalı mobil telefon almış və 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********09585 olan “Xiaomi Redmi 13C 4/128GB Midnight Black” markalı mobil telefon X4 təhvil verilmiş, Səmədov Zamin tərəfindən akt imzalanmışdır. 16 yanvar 2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, X3 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Samsung Galaxy A25” markalı mobil telefon üçün 722.50 manat ödənilməmiş hissə, 216.75 manat cərimə borcu və İnnovtativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində rüsum, 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 13C” markalı mobil telefon üçün 277.60 manat ödənilməmiş hissə və 83.28 manat cərimə borcu olmaqla, ümumilikdə isə 1323.73 manat məbləğində borcu vardır. 17 yanvar 2025-ci il tarixli 72266402 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 33.24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli müqaviləyə əsasən 1 ədəd “Samsung Galaxy A25” markalı mobil telefonu 765 manata və 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli “Müqaviləyə” əsasən 1 ədəd “Xiaomi Redmi 13C” markalı mobil telefonu 390 manata satın almışdır. Cavabdehin MMC-yə 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli “Müqavilə” üzrə 722.50 manat ödənilməmiş hissə, 216.75 manat cərimə borcu və İnnovtativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində rüsum, 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli “Müqavilə” üzrə 360.88 manat ödənilməmiş hissə və 83.28 manat cərimə borcu olmaqla, ümumilikdə 1323.73 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 154.90 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli müqavilə üzrə hesablanmış 216.75 manat məbləğində cərimə azaldılaraq 73 manat məbləğində, 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli müqavilə üzrə hesablanmış 83.28 manat məbləğində cərimə azaldılaraq 28 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli “Müqavilə” üzrə 722.50 manat ödənilməmiş hissə, 73 manat cərimə borcu və İnnovtativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində rüsum, 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli “Müqavilə” üzrə 277.60 manat ödənilməmiş hissə və 28 manat cərimə borcu olmaqla, ümumilikdə 1124.70 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 33.24 manat məbləğində dövlət rüsumunun 31.25 manatı cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 27 iyun 2024-cü il tarixli 18866978 nömrəli müqavilə üzrə 722.50 manat ödənilməmiş hissə, 73 manat cərimə borcu və İnnovtativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində rüsum və 73 manat cərimə borcu, 02 iyun 2024-cü il tarixli 03996202 nömrəli müqavilə üzrə 277.60 manat ödənilməmiş hissə və 28 manat cərimə borcu olmaqla, ümumilikdə 1124.70 manat manat pul vəsaitinin və ödənilmiş 31.25 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar