Məhkəmə qərarları › İş №e-2(030)-182/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-182/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-182/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" X1 (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 oktyabr 2022-ci tarixli 02132678 nömrəli “Müqaviləyə” əsasən “BLACKVİEW A95” markalı mobil telefon üçün 381 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2022-ci tarixli 02132678 nömrəli “Müqaviləyə” əsasən sonuncu hər ay 31 manat ödəməklə 18 ay müddətinə “BLACKVİEW A95” markalı mobil telefonu 559 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 212.99 manat ödəniş edilmişdir. Cavabdehin MMC-yə 04 oktyabr 2022-ci tarixli 02132678 nömrəli “Müqavilə” üzrə 346.01 manat ödənilməmiş hissə və 34.99 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 04 oktyabr 2022-ci tarixli 02132678 nömrəli “Müqavilə”nin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 oktyabr 2022-ci tarixli 02132678 nömrəli “Müqavilə”yə əsasən “BLACKVİEW A95” markalı mobil telefonu satın almış, 04 oktyabr 2022-ci tarixli 02132678 nömrəli müqaviləyə əsasən 1 ədəd İMEİ Kodu **********77543 olan “BLACKVİEW A95 8/128GB Blue” markalı mobil telefon Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 04 oktyabr 2022-ci tarixli 02132678 nömrəli “Müqaviləyə” əsasən “BLACKVİEW A95” markalı mobil telefon üçün 346.01 manat ödənilməmiş hissə və 34.99 manat cərimə borcu vardır. İşə əlavə edilmiş 19 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 04 oktyabr 2022-ci il tarixli 02132678 nömrəli müqaviləyə əsasən “BLACKVİEW A95” markalı mobil telefonu 559 manata satın almışdır. Cavabdeh tərəfindən cəmi 212.99 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 04 oktyabr 2022-ci il tarixli 02132678 nömrəli müqavilə üzrə hesablanmış 34.99 manat məbləğində cərimə azaldılaraq 0.99 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04 oktyabr 2022-ci il tarixli 02132678 nömrəli müqaviləyə əsasən “BLACKVİEW A95” markalı mobil telefon üçün 347 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 oktyabr 2022-ci il tarixli 02132678 nömrəli müqaviləyə əsasən “BLACKVİEW A95” markalı mobil telefon üçün 347 manat borcu və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq "xxxx" X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar