Məhkəmə qərarları › İş №e-2(030)-195/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-195/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-195/2024 09.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı kredit müqaviləsi üzrə 933.49 manat əsas, 28.58 manat faiz,35.92 manat dəbbə borcu olmaqla, cəmi 997.99 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı kredit müqaviləsinə əsasən 14% dərəcəsi olmaqla 24 ay müddətinə 1500 manat məbləğində cavabdehə kredit verilmişdir. 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışlar. İşə əlavə edilmiş 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı Kredit müqaviləsinin surətindən görünür ki, bu kredit müqaviləsinə əsasən bank müştəriyə 14% dərəcəsi olmaqla 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 26 dekabr 2023-cü il tarixli RB-02/PK5323 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı kredit müqaviləsi üzrə 933.49 manat əsas, 28.58 manat faiz,35.92 manat dəbbə borcu olmaqla, cəmi 997.99 manat məbləğində kredit borcu mövcuddur. İşə əlavə edilmiş 28 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı kredit müqaviləsinə əsasən 14% dərəcəsi olmaqla 24 ay müddətinə 1500 manat məbləğində cavabdehə kredit verilmişdir. Hazırda cavabdehin Banka 997.99 manat məbləğində kredit borcu yaranmışdır. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı kredit müqaviləsi üzrə üzrə müqaviləyə əsasən 933.49 manat əsas, 28.58 manat faiz,35.92 manat dəbbə borcu olmaqla, cəmi 997.99 manat məbləğin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 235, 307-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh 11 noyabr 2022-ci il tarixli GNNPU-05134 saylı kredit müqaviləsi üzrə 997.99 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar