Məhkəmə qərarları › İş №e-2(030)-201/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-201/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-201/2024 23.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu İddiaçı X1 (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “LG” markalı televizor və 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd "xxxx" markalı soba, kronsteyin, mikrokart üçün 951.80 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2023cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 39 manat ödəməklə 18 ay müddətinə 1 ədəd “LG” markalı televizoru 699.90 manata satın almışdır. 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 21 manat ödəməklə 18 ay müddətinə 1 ədəd "xxxx" markalı soba, kronsteyin, mikrokartı 367.90 manata satın almışdır. Cavabdehin MMC-yə 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 543.90 manat ödənilməmiş hissə, 81.50 manat cərimə borcu və 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 283.90 manat ödənilməmiş hissə və 42.50 manat cərimə borcu olmaqla, ümumilikdə 951.80 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 815 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 81.50 manat, 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlısatqı” müqaviləsi üzrə isə 42.50 manat "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 39 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 699.90 manat olan 1 ədəd “LG” markalı televizoru satın almış və 12 yanvar 2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən 1 ədəd “LG 32LQ63006LA (208MALFEA264)” markalı televizor Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 06 noyabr 2022-ciil tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən sonuncu hər ay 21 manat ödəməklə 18 ay müddətinə alqı-satqı qiyməti 367.90 manat olan 1 ədəd "xxxx" markalı soba, kronsteyin, mikrokartı satın almış və 12 yanvar 2023-cü il tarixli ********* saylı müqaviləyə əsasən 1 ədəd “LOTUS DFP24PS STAR GOLDEN BROVN İRK152276” markalı soba, X3 YP430, Micro 32GB 10 Class Ultra 100MB SanDisk Cavabdeh təhvil verilmiş, Cavabdeh tərəfindən akt imzalanmışdır. İşə əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd “LG” markalı televizor üçün 543.90 manat borc və 815 manat cərimə borcu, 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsinə əsasən 1 ədəd "xxxx" markalı soba, kronsteyin, mikrokart üçün 283.90 manat borc və 425 manat cərimə borcu borcu vardır. İşə əlavə edilmiş 26 dekabr 2023-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 yanvar 2023-cü il tarixli ********* saylı müqaviləsinə əsasən 1 ədəd “LG” markalı televizoru 699.90 manata və 12 yanvar 2023-cü il tarixli ********* saylı müqaviləsinə əsasən 1 ədəd "xxxx" markalı soba, kronsteyin, mikrokartı 367.90 manata satın almışdır. Cavabdehin MMC-yə 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 543.90 manat ödənilməmiş hissə və 81.50 manat cərimə borcu, 12 yanvar 2023-cü il tarixli ********* saylı “Nisyə aqlı-satqı” müqaviləsi üzrə 283.90 manat ödənilməmiş hissə və 42.50 manat cərimə borcu olmaqla, ümumilikdə 951.80 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. АR ММ-in 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin maddi vəziyyətinin ağırlığını, hesablanmış cərimənin tənasübsüzlüyü nəzərə alaraq 12 yanvar 2023-cü il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 81.50 manat məbləğində cərimə azaldılaraq 1.50 manat, 12 yanvar 2023-cü il tarixli ********* saylı müqavilə üzrə hesablanmış 42.50 manat məbləğində cərimə azaldılaraq 1.50 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 yanvar 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 545.40 manat və 12 yanvar 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 285.40 manat, ümumilikdə 830.80 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 284-1, 284-49 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 yanvar 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 545.40 manat, 12 yanvar 2023-cü il tarixli ********* saylı müqavilə üzrə 830.80 manat borcun və ödənilmiş 27 manat dövlət rüsumunun tutularaq İddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar