Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-208/2024 01.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC ) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 350 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb "xxxx" ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə olunan Renault Megane minik markalı 99UR248 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində 99FY962 dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xətta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 332.3-cü və 327.1-ci maddələri ilə TP ******* qərar yazılmışdır. Toyota Corolla markalı 99FY962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 350 manat ödəniş verilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3 əsasən sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ vardır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü tarixli TP-5827521 nömrəli Yol-hərəkət qaydaları, yol-hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 332.3-cü, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə, barəsində 200 manat məbləğində cərimə tərtib edilmişdir. İşə əlavə edilmiş 12 iyul 2023-cü il tarixli Dəymiş zərərin hesabatından görünür ki, Toyota Corolla markalı 99FY962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 350 manat təşkil edir. İşə əlavə edilmiş 14 iyul 2023-cü il tarixli CML-0990/2023-AKT1471/23 nömrəli Sığorta aktının surətindən görünür ki, Toyota Corolla markalı 99FY962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi, zərərçəkmiş X2 350 manat pul vəsaiti "xxxx" ASC tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 18 yanvar 2024-cü il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, Cavabdeh tərəfindən idarə olunan Renault Megane minik markalı 99UR248 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində 99UR248 dövlət qeydiyyat nişanlı avtomobil Toyota Corolla markalı 99FY962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə zərərçəkmiş X2 350 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən 350 manat məbləğində ödəniş zərərçəkmiş X1 hesabına ödənilmişdir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilməli, Cavabdeh 350 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC -yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 350 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(030)-208/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-208/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver