Məhkəmə qərarları › İş №e-2(030)-212/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-212/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-212/2025 09.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı pul tələbinə dair кiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyul 2019-cu il tarixli GNK5684415 saylı və 02 sentyabr 2020-ci il tarixli GNK5805480 saylı borc müqavilələrinə əsasən cəmi 368 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 19 fevral 2025-ci il tarixli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia ərizəsindən görünür ki, cavbdeh Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 29 iyul 2019-cu tarixli və müddəti 10 ay olmaqla 02 sentyabr 2020-ci il tarixli borc müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan dəyəri 1496 manat və 353 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilələr üzrə ödənişlər etdikdən sonra iddiaçıya hər iki müqaviləs üzrə 368 manat əsas borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 29 iyul 2019-cu il tarixli GNK5684415 saylı və 02 sentyabr 2020-ci il tarixli GNK5805480 saylı borc müqaviləsinə əsasən 368 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 398 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; 29 iyul 2019-cu tarixli GNK5684415 saylı borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1496 manat məbləğində məişət avadanlığı əldə etmiş, 74 manat ilkin ödəniş etmiş və qalan 1422 manat məbləği 18 ay müddətinə aylıq 79 manat olmaqla İddiaçı MMC-yə ödəməyi və borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödənilməsini öz öhdəsinə götürmüşdür. 02 sentyabr 2020-ci il tarixli GNK5805480 saylı borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 353 manat məbləğində məişət avadanlığı əldə etmiş, 3 manat ilkin ödəniş etmiş və qalan 350 manat məbləği 10 ay müddətinə aylıq 35 manat olmaqla İddiaçı MMC-yə ödəməyi və borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödənilməsini öz öhdəsinə götürmüşdür. 06 fevral 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlanılan 29 iyul 2019-cu il tarixli GNK5684415 saylı və 02 sentyabr 2020-ci il tarixli GNK5805480 saylı borc müqavilələri üzrə ödənilməmiş 368 manat əsas borcu vardır. 14 fevral 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 05 fevral 2025-ci il tarixli Pretenziya məktubundan görünür ki, cavabdehə borcla bağlı məlumat verilmiş, borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında məlumat verilmişdir. 29 iyul 2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “Ref Beko DN 142100” və “Riffel RF 198” markalı məişət avadnlıqları Cavabdeh təhvil verilmiş və cavabdeh aktı imzalamışdır. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 29 iyul 2019-cu tarixli GNK5684415 saylı və 02 sentyabr 2020-ci GNK5805480 saylı borc müqavilələrinə əsasən dəyərləri 1496 manat və 353 manat olan məişət avadnlıqlarını satın almışdır. Cavabdeh tərəfindən 29 iyul 2019-cu tarixli GNK5684415 saylı müqavilə üzrə 74 manat və 02 sentyabr 2020-ci GNK5805480 saylı müqavilə üzrə 3 manat ilkin ödəniş edilmişdir. Cavabdehin MMC-yə hər iki borc müqaviləsi üzrə 368 manat məbləğində əsas borcu qalmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Şərh olunanlara və iş ürzə tərərfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən edilməli, Cavabdeh 29 iyul 2019-cu tarixli GNK5684415 saylı və 02 sentyabr GNK ******* saylı borc müqavilələrinə əsasən 368 manat əsas borc alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 385-1, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29 iyul 2019-cu tarixli GNK5684415 saylı və 02 sentyabr GNK ******* saylı borc müqavilələrinə əsasən 368 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar